• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 15-də Təhsil Nazirliyində “Mədəd” təşkilatının İKT-nin təhsil sahəsi üzrə tətbiqinə dair təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” çərçivəsində görülmüş mühüm işlərdən danışıb. Qeyd olunan Proqramın həyata keçirilməsi üçün 3 il ərzində dövlət büdcəsindən 30 milyon manat vəsaitin ayrıldığını diqqətə çatdıran nazir əlavə edib ki, vəsaitin 80,6%-i texniki avadanlıqların alınmasına, 15%-i elektron tədris vəsaitlərinin hazırlanmasına, 4%-i təlimlərin keçirilməsinə, 0,4%-i isə proqramın idarə edilməsinə sərf olunub. Daha sonra Misir Mərdanov məlumat verib ki, proqram çərçivəsində 3693 məktəbə 31677 kompüter, 1103 noutbuk və proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu və digər İKT avadanlıqları, 28661 kompüter masası, 23346 stul verilib, məktəblərdə 1722 kompüter sinfi yaradılıb, elektron tədris vəsaitləri hazırlanıb. Azərbaycan tarixi fənni üzrə 20 adda 37900, kimya fənni üzrə 8 adda 15160, biologiya fənni üzrə 12 adda 22740, fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron tədris vəsaitinin hazırlandığından söz açan təhsil naziri yerli və beynəlxalq təşkilatlar tərəfindən 20000 nəfər müəllimin treninqlərdən keçdiyini qeyd edib. Sonra Misir Mərdanov ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması” üzrə Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verərək bir sıra statistik rəqəmləri iştirakçıların diqqətinə çatdırıb. Nazir bildirib ki, qeyd olunan proqrama uyğun olaraq Məlumat və Resurs Mərkəzi yaradılıb, 20 məktəb “Elektron məktəb” layihəsinə qoşulub, 2005-ci ildə “Elektron məktəb”lərə verilmiş 226 dəst kompüter avadanlığı götürülərək moderinizasiya edilib və rayon təhsil şöbələrinə çatdırılıb, əvəzində isə həmin məktəblərə 300 yeni kompüter paylanıb. Daha sonra nazir Bakı və Sumqayıt şəhərlərindən “1 şagird 1 kompüter” pilot layihəsi çərçivəsində seçilən məktəblərə Təhsil Nazirliyi tərəfindən 236, İntel korporasiyası tərəfindən 100 ədəd netbukun hədiyyə edildiyini vurğulayıb. Qeyd olunub ki, 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub, 5800 nəfər inzibati-idarəetmə, 25180 nəfər pedaqoji və 800 nəfər texniki heyət təlimlərə cəlb olunub, təhsil sisteminin informasiyalaşdırılması üzrə hüquqi normativ sənədlər hazırlanıb. Misir Mərdanov bildirib ki, bu mühüm işlərin həyata keçirilməsi üçün 2008-ci ildə  8 milyon 353 min, 2009-cu ildə 14 milyon 980 min manat vəsait xərclənib. Tədbirdə Dövlət Proqramı çərçivəsində 2010-cu ildə nəzərdə tutulan məsələlərdən də danışılıb. Nazir xüsusi olaraq vurğulayıb ki, ilin sonunadək daha 400 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər “Elektron məktəb” layihəsinə qoşulan məktəblərin, 23000 isə digər pedaqoji heyətin təlimlərə cəlb olunması, Bakı və Sumqayıt şəhərlərinin məktəblərinə 2005-ci ildə verilmiş kompüterlərin 1500-nün moderinizasiya edilərək bölgələrə göndərilməsi, eləcə də “Elektron məktəb” layihəsinə regionlardan daha 10 məktəbin əlavə olunması nəzərdə tutulur. Misir Mərdanov onu da qeyd edib ki, “1 şagird 1 kompüter” layihəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə əlavə 1500 netbukun verilməsi planlaşdırılır. Sonra təhsil naziri Misir Mərdanov “Mədəd” təşkilatının təhsildə İKT-nin tətbiqi üzrə mühüm işlərin həyata keçirilməsində xüsusi fəaliyyəti olduğunu qeyd edərək bu qurumla əməkdaşlığın davamlı olacağına inamını ifadə edib. Nazir görülən işlər barədə ətraflı məlumat vermək üçün sözü “Mədəd” təşkilatının rəhbəri Emil Məmmədova verib. Tədbirdə Emil Məmmədov və bu qurumun əməkdaşı Ülkər Babayeva təşkilatın tarixi, onun məqsədi, fəaliyyət istiqamətləri, son 5 ildə görülmüş işlər, həyata keçirilmiş layihələr barədə təqdimatla çıxış ediblər. Təqdimatda, həmçinin, təşkilatın gördüyü işlərdən biri kimi müəllimlərin İKT-nin tədrisdə tətbiqi istiqamətində hazırlanması üzrə təlimlərin ölkəmizin 36 bölgəsini əhatə etdiyi, 2500 məktəb, 90 təlim mərkəzində müvafiq iş aparıldığı, həmin müəllimlərdən 95 nəfərinin “Ən yaxşı müəllim” müsabiqəsində qalib olduğu nəzərə çatdırılıb. Sonda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Bakıdakı 220 saylı orta  məktəbin direktoru Almaz Əsgərova “Mədəd” təşkilatının xətti ilə görülən işlər barədə danışıblar.   

Avropa İttifaqı və Azərbaycan hökümətinin birgə həyata keçirdiyi, Britaniya Şurasının texniki dəstəyilə icra olunan “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi çərçivəsində təhsil nazirinin müavini İsgəndər İsgəndərovun rəhbərliyi ilə 16-23 may tarixlərində Şotlandiyaya təcrübə səfəri təşkil edilib.

Səfərin məqsədi səriştəyə əsaslanan peşə təhsili və təlimi sisteminin formalaşdırılması və fəaliyyəti sahəsində Şotlandiyanın təcrübəsini öyrənməkdir. Səfər zamanı Şotlandiya İxtisas İdarəsi, Şotlandiya Parlamenti və bu ölkənin peşə təhsili kolleclərində görüşlərin keçirilməsi nəzərdə tutulub.

Sentyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənnini tədris edəcək müəllimlər qrupunun təqdimat mərasimi olub

Mərasimdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəb rektorları, müəllimlər və KİV nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, yeni dərs ilindən üç pilot ali məktəbdə (Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və Gəncə Dövlət Universiteti) «Təhsiin əsasları» fənni tədris olunacaq. Nazir fənnin birinci semestrinin materiallarını tədris edəcək müəllimlər üçün Azərbaycan Müəllimlər İnstitutunun bazasında təşkil olunan 10 günlük xüsusi kursda təlim materiallarının yeni forma və üsullarla tədris edildiyini nəzərə çatdırıb. Sonda kursu bitirən müəllimlərə təhsil naziri Misir Mərdanov tərəfindən sertifikatlar təqdim edilib.

Mayın 17-də Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Artq üçüncü ildir ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirildiyini söyləyən təhsil nazirinin müavini Elmar Qasımov ilk öncə belə əhəmiyyətli tədbirin təşkil olunmasına görə təhsil naziri Misir Mərdanova və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyevə təşəkkür edib. Nazir müavini bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirilməsi gənclərimizin hərtərəfli formalaşmasına və onların istedadının üzə çıxarılmasına əlverişli şərait yaradıb. Mədəni irsimizin qorunub saxlanması, inkişaf etdirilməsi və geniş təbliği baxımından ulu öndərimiz Heydər Əliyevin ideyalarının əvəzsiz rolu olduğunu vurğulayan Elmar Qasımov nəzərə çatdırıb ki, bu festivalın əsas məqsədi ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etməkdən ibarətdir. Sonra festivalda kollektiv və fərdi çıxışlarda müxtəlif nominasiyalar üzrə uğur qazanmış tələbələrə Təhsil Nazirliyi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov fərqlənən tələbələrin festivala hazırlanmasında zəhmət çəkmiş müəllimlərə Fəxri fərmanlar təqdim edib. Azərbaycan gəncliyinin istedadından məmnunluqla söz açan xalq artistləri Təranə Muradova və Yalçın Rzazadə tələbələrə ən xoş arzularını bildirib, onlara yaradılan belə imkanlardan layiqincə bəhrələnməyi tövsiyyə ediblər. Ali məktəb tələbələrinin  bədii yaradıcılıq festivalının təşkil olunmasında zəhməti keçən hər kəsə minnətdarlıqlarını ifadə edən gənclər belə yüksək səviyyəli tədbirə qatılmaqdan zövq aldıqlarını vurğulayıblar.

Dekabrın 7-də Təhsil Nazirliyində ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil edilmiş VI Respublika Spartakiadasında xidmətləri olan təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, spartakiada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub.  Tədbirdə iştirak edən təhsil nazirinin müavini Qulu Novruzov    iştirakçıları salamlayaraq ölkəmizdə idmanın inkişafı üçün yaradılan şəraitdən, spartakiadanın keçirilməsi və nəticələrindən danışıb. Q.Novruzov qeyd edib ki, idmana maraq uşaq və gənclərin həyatında müsbət dönüş yaradır, onlar fiziki və mənəvi cəhətdən sağlam böyüyür, cəmiyyətdə öz yerini tutmağı bacarır, əxlaq qaydalarına əməl edirlər. Ölkəmizdə uşaq və gənclərlə işin bu gün möhkəm zəmin əsasında qurulduğunu vurğulayan nazir müavini belə tədbirlərin keçirilməsinin gənc nəslin fiziki və mənəvi   inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Q.Novruzov cari ilin sentyabrında spartakiada qaliblərinin artıq mükafatlandırıldığını bildirib və bugünkü tədbirin spartakiadanın keçirilməsində xidmətləri olan rəhbər təhsil işçilərinin, metodist və müəllimlərin mükafatlandırılmasına həsr olunduğunu qeyd edib. Sonra nazir müavini spartakiadada yüksək nəticə göstərən komandaların təmsil etdiyi şəhər, rayon təhsil idarə və şöbələrinin rəhbər işçilərinə, eləcə də ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına hər üç kateqoriya üzrə kubok və diplomlar təqdim edib. Qeyd edək ki, mükafat 3 kateqoriya üzrə verilib. Şəhərlər üzrə 1-ci kateqoriyada I yerə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, II yerə Sumqayıt Şəhər Təhsil Şöbəsi, III yerə isə Mingəçevir şəhər və Lənkəran rayon təhsil şöbələri layiq görülüb. Rayonlar üzrə 2-ci kateqoriyada I yerin qalibi Cəlilabad Rayon Təhsil Şöbəsi, II yerin qalibi Sabirabad Rayon Təhsil Şöbəsi, III yerin qalibləri isə Qazax və Qusar rayon təhsil şöbələri olub. Peşə təhsili müəssisələri arasında keçirilən 3-cü kateqoriya üzrə I yerə 7 saylı Bakı Peşə Liseyi, II yerə 12 saylı Bakı Peşə Liseyi, III yerə isə 9 saylı Bakı Peşə Liseyi layiq görülüb. Sonda spartakiadada fərqlənən rayon təhsil şöbələrinin müdirlərinə, məktəb direktorlarına, metodist və müəllimlərə isə fəxri fərmanlar verilib.  

Dekabrın 9-da Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin Respublika müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Milli Məclisin deputatları Kamilə Əliyeva, Ceyhun Osmanlı, Sədaqət Vəliyeva, Jalə Əliyeva, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmməd Bayramov, dərnək rəhbərləri və digər şəxslər iştirak ediblər. Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə keçirilmiş müsabiqə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlərdəndir. Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı uşaq və gənclərin yaradıcılıq potensialının inkişafna təkan vermək, məktəblilərin yaradıcılıq dərnəklərinə marağını daha da artırmaq, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsini təşkil etməkdən ibarətdir. Müsabiqə rayon (şəhər) və Respublika mərhələləri olmaqla 2 mərhələdə keçirilib. Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov  şagirdlərin həyatında, düşüncəsində və əqli inkişafında məktəbdənkənar təhsilin xüsusi rolu olduğunu bildirib. Şagirdlərin bu müsabiqədə fəal iştirakını müsbət hal kimi qiymətləndirən nazir müavini qeyd edib ki, regionlardan olan məktəblilərin də yaradıcılıq mərkəzlərinə böyük maraq göstərməsi xüsusilə təqdirəlayiqdir. Q.Novruzov müsabiqənin respublika mərhələsinə 400-ə yaxın əl işinin təqdim edildiyi və münsiflər heyəti tərəfindən seçim aparıldıqdan sonra 60 qalibin müəyyənləşdirildiyi haqda məlumat verib. Müsabiqə qaliblərini təbrik edən nazir müavini onlara gələcək işlərində uğurlar arzulayıb. Digər çıxış edənlər müsabiqənin əhəmiyyətindən danışıb, belə tədbirlərin məktəblilərin hərtərəfli formalaşmasında xüsusi rolu olduğunu bildiriblər. Müsabiqədə I, II və III yerləri tutan dərnək üzvləri Təhsil Nazirliyinin diplomu və hədiyyələrlə mükafatlandırılıblar.

Dekabrın 14-də Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası: görülmüş işlər, nəticələr və qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.

Kollegiya iclasında Dövlət Proqramının icrası, nəticələr, proqramın icrasının təkmilləşdirilməsi, mövcud çətinliklərin aradan qaldırılması, növbəti tədris ili üçün prioritet ixtisasların müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub. İclasda Müxtəlif dövlət qurumlarının rəhbərləri və əməkdaşları, ali məktəblərin rektorları, prorektorları, eləcə də digər qurumların nümayəndələri iştirak ediblər. İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanın iqtisadiyyatı kimi ölkəmizin elmi və təhsili də geniş inteqrasiya proseslərinə cəlb olunub. Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla həyata keçirildiyini söyləyən nazir proqramın əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Dövlət Proqramı çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir bildirib ki, bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib. Müvafiq proqram çərçivəsində məzun olmuş 322 nəfərin bir qisminin təhsilini növbəti səviyyələrdə davam etdirdiyini nəzərə çatdıran Misir Mərdanov digərlərinin isə ölkəmizdə müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla çalışdıqları haqda məlumat verib. Təhsil naziri qeyd edib ki, Azərbaycan gənclərinin Dövlət Proqramı üzrə dünyanın qabaqcıl ölkələrinin nüfuzlu ali məktəblərinə göndərilməsini təmin etmək üçün Almaniya Akademik Mübadilə Xidməti (DAAD) və Fransanın CNOUS təşkilatı ilə imzalanmış ikitərəfli razılaşmalar əsasında uğurlu əməkdaşlıq həyata keçirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası haqqında ətraflı məlumat verən təhsil nazirinin müavini Qulu Novruzov təqdimat-məruzəsində xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin seçdikləri prioritet ixtisaslar üzrə statistik göstəriciləri nəzərə çatdırıb. Dövlət Proqramı çərçivəsində ən çox azərbaycanlı tələbələrin təhsil aldığı ölkələrin adlarını sadalayan Q.Novruzov diplomdan sonrakı təhsil pillələri üzrə xaricə göndərilən gənclərin sayının ilbəil artmasını müsbət hal kimi dəyərləndirib. Xaricdə təhsil alan azərbaycanlı gənclərin hər bir ölkədə Azərbaycanı layiqincə təmsil etdiklərini vurğulayan nazir müavini Dövlət Proqramının icrasının səmərəliliyini daha da artırmaq üçün Təhsil Nazirliyi tərəfindən irəli sürülən təklifləri diqqətə çatdırıb və proqramın reallaşdırılmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib. Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev xaricdə təhsil alan azərbaycanlı gənclərin elmi biliklərə dərindən yiyələnmələrinin vacibliyindən, onlara göstərilən dövlət qayğısının əhəmiyyətindən söz açıblar. Çıxış edənlər neft kapitalının insan kapitalına çevrilməsi məsələsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunduğu Azərbaycanda gəncliyin müasir tələblər səviyyəsində yetişməsi üçün Dövlət Proqramının icrası prosesində bütün müvafiq qurumların təkliflərinin nəzərə alınmasının zəruriliyi qeyd ediblər.

Dekabrın 15-də Təhsil Nazirliyində "Peşə seçiminə dəstək sistemi" (PSDS) layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri və layihəni təqdim edən Türkiyə Respublikasının "Kavrakoğlu" şirkətinin nümayəndələri-şirkətin təsisçisi Füsun Kavrakoğlu, vitse-prezidenti Asuman Kuzuoğlu, icraçı direktorları Dilek Bağdatıoğlu, Zeki Gün və digər qonaqlar iştirak ediblər. Öncə Asuman Kuzuoğlunun "Peşə seçiminə dəstək sistemi" layihəsi haqqında təqdimatı-məruzəsi dinlənilib. Layihənin əsas məqsədlərindən söz açan A.Kuzuoğlu bildirib ki, PSDS ibtidai və orta məktəb şagirdlərinə peşə seçimlərində dəstək vermək üçün nəzərdə tutulub. Qonaq qeyd edib ki, peşə təhsilinə yiyələnmək istəyənlərin düzgün istiqamətləndirilməsi, iş və peşə əldə etmək istəyən yeniyetmələrin, təhsildən kənarda qalmış şəxslərin uyğun peşə əldə etmələrinə yardımçı olmaq, tədris müəssisələrinin və peşələrin ictimaiyyətə daha yaxından tanıdılması məsələləri də layihədə əksini tapıb. PSDS-nin əsas hədəfinin gənclərin qabiliyyət, maraq və fərdi seçimlərinə uyğun təhsilə yönəltməkdən ibarət olduğunu nəzərə çatdıran A.Kuzuoğlu cəmiyyətdə peşə təhsilinə münasibətin dəyişilməsində, peşəkar işçi qüvvəsinin hazırlanmasında layihənin əhəmiyyəti haqqında fikirlərini bildirib. Türkiyədə layihənin artıq fəaliyyət göstərdiyinə diqqət çəkən qonaq müvafiq qurumların təqdim etdiyi məlumatların köməyi ilə məşğulluq imkanlarının iş axtaranlara çatdırılması və müəyyən peşə sahiblərinin işəgötürən təşkilatlara təqdim edilməsi baxımından da layihənin üstün cəhətlərini sadalayıb. Məruzəçi elektron hökumət üzrə başlanmış işlərin bir hissəsi olan PSDS-in texniki imkanlarının geniş olduğunu söyləyib, layihənin həyata keçirilməsindən gözlənilən nəticələri diqqətə çatdırıb. Sonra təqdimatla bağlı müzakirə aparılıb. Geniş fikir mübadiləsi şəraitində keçən müzakirə zamanı layihənin reallaşdırılması imkanları ilə bağlı təkliflər səsləndirilib. Təhsil naziri Misir Mərdanov "Peşə seçiminə dəstək sistemi" layihəsinin əhəmiyyətindən söz açaraq PSDS-in mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasının, bu məqsədlə müxtəlif maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb. Nazir layihənin həyata keçirilməsi üçün müvafiq dövlət qurumları ilə birgə müzakirələrin aparılmasının zəruriliyini bildirib və PSDS-in gələcəkdə böyük fayda verəcəyinə əmin olduğunu nəzərə çatdırıb. Sonda Asuman Kuzuoğlunun "Təhsildə texnoloji dəyişiklik" mövzusunda təqdimatı da dinlənilib və bütün təhsil pillələri üzrə distant təhsilin təşkili imkanları, bu baxımdan İKT-nin imkanlarından istifadə məsələləri müzakirə olunub.

Dekabrın 17-də təhsil naziri Misir Mərdanov valideyn, müəllim və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə Bakı, İsmayıllı, Lənkəran və digər bölgələrdən Valideyn-Müəllim Assosiasiyasının (VMA) 200-dək üzvü və ictimaiyyət nümayəndəsi iştirak edib. Görüş valideynlərlə müəllimlərin sıx əməkdaşlığına, faydalı ünsiyyət mühitinin yaradılmasına və müəyyən problemlərin həllinə dəstək vermək məqsədi ilə keçirilib. Təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq son iki ildə VMA üzvləri ilə vaxtaşırı keçirilən görüş və müzakirələrin faydalı olduğunu bildirib. Nazir cəmiyyətin, valideynlərin təlim-tərbiyə prosesində həlledici təsirə malik olduğunu, bu baxımdan təhsil siyasətinin düzgün həyata keçirilməsində valideynlərin fikirlərinin, arzu və təkliflərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Sonra Misir Mərdanov ictimaiyyətin təhsil sahəsi ilə bağlı qaldırdığı və AMVMA tərəfindən ümumiləşdirilərək Təhsil Nazirliyinə təqdim edilən məsələlərə, o cümlədən kurikulumların mürəkkəbliyi, valideynlərin məsuliyyətinin artırılması və onların kurikulumlar haqqında məlumatının azlığı, buraxılış imtahanlarında fənlərin sayının çox olması, məktəb bufetlərində isti yeməklərin verilməsi, dərs vəsaitləri və komplektləşdirici vasitələrin çoxluğu, eləcə də digər bu kimi məsələlərə öz münasibətini bildirib. Qaldırılan problemlərin aktual olduğunu vurğulayan nazir onların bəzilərinin həlli üçün müvafiq tədbirlər görüldüyünü diqqətə çatdırıb. Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova çıxış edərək rəhbəri olduğu təşkilatın prioritet fəaliyyət istiqamətləri, 2012-ci ildə həyata keçiriləcək tədbirlər, habelə Valideyn-Müəllim Assosiasiyalarının fəaliyyətinin genişləndirilməsinin və məktəb idarəetməsində ictimai nəzarətin gücləndirilməsinin təhsilin keyfiyyətinə müsbət təsiri barədə fikirlərini bildirib. VMA üzvləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, məktəb rəhbərləri müzakirə olunan məsələlərə münasibətlərini bildiriblər. Çıxışlarda belə görüşlərin faydalı olduğu, valideynləri və ictimaiyyət nümayəndələrini narahat edən məsələlərə, onların rəy və təkliflərinə Təhsil Nazirliyi tərəfindən diqqətlə və operativ yanaşıldığı vurğulanıb. Həmçinin VMA-ların fəaliyyətinə verilən dəstəyə görə Təhsil Nazirliyinə minnətdarlıq ifadə olunub.

Dekabrın 19-da Azərbaycan Dillər Universitetində xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, akademik Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Azərbaycan Dillər Universitetinin professor-müəllim və tələbə heyəti, eləcə də yubilyarın ailə üzvləri iştirak ediblər. Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi ilə bağlı bir sıra dövlət qurumlarında və təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Gənclərin bu tədbirdə iştirakını müsbət dəyərləndirən təhsil naziri Mirzə İbrahimovun həyatı, ictimai-siyasi fəaliyyəti, bədii və publisistik yaradıcılığından ətraflı danışıb, onunla bağlı xatirələrindən söz açıb. Nazir görkəmli yazıçının bütün həyatı boyu Azərbaycan dilinin dövlət dili statusu qazanması uğrunda mübarizə apardığını diqqətə çatdırıb. Sonra Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyevanın Mirzə İbrahimovun ədəbi-bədii yaradıcılığı haqqında geniş məruzəsi dinlənilib. Məruzədən sonra yazıçının həyatının müxtəlif məqamları əks olunmuş foto-şəkillərdən ibarət slaydlar nümayiş etdirilib. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Sabir Rüstəmxanlı, yazıçının qızı, xalq artisti Sevda İbrahimova Mirzə İbrahimovun çətin və şərəfli həyat yolundan, ictimai xadim kimi əvəzsiz xidmətlərindən, eləcə də onunla bağlı xatirələrindən söz açıblar. Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Mirzə İbrahimov kimi görkəmli şəxsiyyətin yubileyinin rəhbərlik etdiyi təhsil ocağında keçirilməsinin əlamətdar hadisə olduğunu söyləyib və pedaqoji kollektiv adından tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı