• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb

Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə “PolyUp” Azərbaycan müsabiqəsi keçiriləcək.    “PolyUp” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir. Şagirdlər platformada təşkil olunan müsabiqədə iştirak etməklə, dayanıqlı enerji, süni zəka, kriptoqrafiya tətbiqlərində robot texnologiyaları, mühəndisliyi, riyaziyyatı və digər müxtəlif sahələri kəşf edəcək, eləcə də, yaradıcılıq bacarıqlarını nümayiş etdirəcəklər.   IV-XI sinif şagirdləri üçün təşkil olunan müsabiqənin cari il üzrə mövzusu “Tullantıların təkrar emalının idarə edilməsi” adlanır. Şagirdlər platformada mövzu üzrə sinif səviyyələrinə uyğun müxtəlif tapşırıqları yerinə yetirməli və “Poly” xallar toplamalıdırlar.  Müsabiqənin sonunda ən çox xal toplayan şagirdlər qalib elan olunacaq və keçiriləcək “PolyFest” tədbirində dəyərli hədiyyələrlə təltif olunacaqlar.   Müsabiqə haqqında daha ətraflı məlumat almaq üçün https://az.polychallenge.org/ internet səhifəsinə müraciət  etmək mümkündür.  

Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

Noyabrın 2-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir.   Səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Prezidenti yanında Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç ilə görüşüb.    Görüş zamanı Azərbaycan Respublikası Təhsil İnstitutu nümayəndələrinin TEKNOFEST festivalında iştirakı vurğulanıb.

Oktyabrda 257 nəfərin diplomu tanınıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi oktyabr ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, oktyabr ayı üzrə 338 müraciətçinin 257-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 81 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.   Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 41, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 20, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, digər səbəblər üzrə 5 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.   Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 95, Rusiyadan 89, Ukraynadan 87, Gürcüstandan 19, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.   Ən çox müraciət olunan ixtisaslar isə iqtisadiyyat üzrə 44, hüquqşünaslıq üzrə 43, tibb üzrə 17, biznesin idarə edilməsi üzrə 14, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.   Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib. Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az  keçidinə daxil ola bilərlər.

Təhsil nazirinin Türkiyəyə səfəri davam edir

Noyabrın 2-də təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasına səfəri davam edir.   Səfər çərçivəsində əvvəlcə ulu öndər Heydər Əliyevin Türkiyənin Ankara şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.   Daha sonra Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbi ziyarət edib, müəssisədəki tədris prosesi ilə yaxından tanış olub.   Təhsil naziri Emin Əmrullayev səfər zamanı Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş İdarəsinin (YTB) sədri Abdullah Erenlə də görüşüb. Təhsil naziri YTB tərəfindən ayrılan təqaüdlər çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının Türkiyədə doktorantura səviyyəsində təhsil almasını yüksək qiymətləndirib.   Qeyd edək ki, YTB ilə əldə olunan razılıq əsasında 2021-2022-ci tədris ilində 15 azərbaycanlı doktorantura səviyyəsində Türkiyədə təhsil almaq hüququ qazanıb.

“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir

Təhsil Nazirliyi tərəfindən “Minecraft Global Challenge 2021” çərçivəsində III-XI sinif şagirdləri üçün “Qarabağı Birlikdə Quraq!” adlı ölkədaxili müsabiqə təşkil olunur. Yerli müsabiqədə uğur qazanan şagirdlər ölkəni beynəlxalq müsabiqədə təmsil edəcəklər.   Müsabiqənin məqsədi şagirdlərdə alqoritmik, məntiqi və tənqidi düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırmaq, Qarabağın tarixi və bərpası məsələsinə diqqət çəkmək, Qarabağda aparılan quruculuq işlərini dünya və ölkə ictimaiyyətinə təqdim etməkdir.   Müsabiqə onlayn formatda “Minecraft” təhsil platforması üzərindən həyata keçirilir. “Virtual məktəb” hesabı olan hər bir şagird müsabiqəyə qoşularaq “Minecraft” təhsil platformasının geniş imkanlarından faydalana bilər.   Müsabiqənin şərtlərinə əsasən, şagirdlər ilk növbədə Qarabağın tarixi və mədəniyyəti ilə bağlı araşdırma aparıb, bu araşdırma əsasında işğal zamanı dağıdılmış tarixin və mədəniyyətin bərpası ilə bağlı öz “Minecraft” dünyasını hazırlamalıdırlar. Daha sonra yaradılmış  dünyanın video çəkilişini aparıb, aşağıdakı link vasitəsi ilə müsabiqəyə təqdim etməlidirlər: https://forms.office.com/r/p2zw2GPwmz   Qeyd edək ki, müsabiqəyə işlərin qəbulu 1-30 noyabr tarixlərində həyata keçiriləcək. Müsabiqə ilə bağlı ətraflı məlumat əldə etmək istəyən şagirdlər 3 noyabr saat 17:00 tarixində keçiriləcək onlayn seminara qoşula bilərlər (Keçid: http://shorturl.at/jxyJY)  

Şamaxıda Çarhan kənd orta məktəbinin yeni binasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.   Məktəbin əvvəlki binası 1972-ci ildə inşa olunmuşdu. Orta təhsil müəssisəsi tədris üçün artıq yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb üçün yeni binanın tikilməsinə qərar verildi.   Diqqətə çatdırıldı ki, 420 şagird yerlik məktəb binası 5 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.   Qeyd edək ki, Heydər Əliyev Fondu elmin və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sırasına “Uşaq evlərinin və internat məktəblərinin inkişaf proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları daxildir. Fondun bu proqramları çərçivəsində Şamaxı rayonunda da müxtəlif illərdə yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqla təmin edilməsi üzrə bir sıra layihələr reallaşdırılıb.   https://president.az/

İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib

Noyabrın 1-də İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib.   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.   Məlumat verilib ki, 1984-cü ildə inşa olunan bu məktəbin binası ötən müddətdə heç vaxt təmir olunmadığından istifadəyə yararsız vəziyyətə düşmüşdü. Ona görə də Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb üçün yeni binanın inşasına başlanıldı. 720 şagird yerlik yeni məktəb binası 5 korpusdan ibarətdir. Məktəbin nəzdində, həmçinin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulan STEAM Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə şagirdlərə praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqi nümayiş olunacaq. Məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, idman zalları, açıq idman meydançası var. Otaqlar zəruri mebel və avadanlıqla, əyani vəsaitlərlə təchiz edilib.   https://president.az/

Emin Əmrullayev YÖK rəhbəri ilə görüşüb

Noyabrın 1-də Türkiyədə səfərdə olan təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvarla görüşüb. Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrdən məmnunluq hissi ifadə olunub, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti arasında ikili diplom proqramının əhəmiyyəti vurğulanıb. 

Təhsil nazirinin Türkiyəyə səfəri başlayıb

Noyabrın 1-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başlayıb.   Səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerlə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin gələcək perspektivləri müzakirə olunub. Tərəflər 19 fevral 2021-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”unun icrasından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparıb.   Təhsil Nazirliyinin nümayəndə heyəti Bilkənt Universitetini də ziyarət edib. Universitetin rektoru Abdullah Atalar ilə keçirilən görüş zamanı Bilkənt Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.   Səfər davam edir. 

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr davam edir

Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilib. Bakı şəhəri üzrə namizədlərlə keçirilən müsahibələr başa çatıb, hazırda digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində direktor müavini vəzifəsində çalışan namizədlərlə müsahibələr həyata keçirilir. Müsahibələrin ikinci mərhələsinə test imtahanında 30 bal və daha çox nəticə əldə etmiş namizədlər dəvət olunur.   Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.   Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir.   İndiyədək keçirilən müsahibələrdə 112 namizəd iştirak edib, 18 namizəd uğur qazanıb.   Qeyd edək ki, namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.   Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzulayır!

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı