• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 17-də Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Artq üçüncü ildir ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirildiyini söyləyən təhsil nazirinin müavini Elmar Qasımov ilk öncə belə əhəmiyyətli tədbirin təşkil olunmasına görə təhsil naziri Misir Mərdanova və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyevə təşəkkür edib. Nazir müavini bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirilməsi gənclərimizin hərtərəfli formalaşmasına və onların istedadının üzə çıxarılmasına əlverişli şərait yaradıb. Mədəni irsimizin qorunub saxlanması, inkişaf etdirilməsi və geniş təbliği baxımından ulu öndərimiz Heydər Əliyevin ideyalarının əvəzsiz rolu olduğunu vurğulayan Elmar Qasımov nəzərə çatdırıb ki, bu festivalın əsas məqsədi ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etməkdən ibarətdir.
Sonra festivalda kollektiv və fərdi çıxışlarda müxtəlif nominasiyalar üzrə uğur qazanmış tələbələrə Təhsil Nazirliyi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov fərqlənən tələbələrin festivala hazırlanmasında zəhmət çəkmiş müəllimlərə Fəxri fərmanlar təqdim edib.
Azərbaycan gəncliyinin istedadından məmnunluqla söz açan xalq artistləri Təranə Muradova və Yalçın Rzazadə tələbələrə ən xoş arzularını bildirib, onlara yaradılan belə imkanlardan layiqincə bəhrələnməyi tövsiyyə ediblər.
Ali məktəb tələbələrinin  bədii yaradıcılıq festivalının təşkil olunmasında zəhməti keçən hər kəsə minnətdarlıqlarını ifadə edən gənclər belə yüksək səviyyəli tədbirə qatılmaqdan zövq aldıqlarını vurğulayıblar.


10 il əvvəl