• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakı şəhərindəki 1 nömrəli uşaq evinin rəqs kollektivi bu günlərdə Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq “23 Nisan Cocuq Festivalı”nda iştirak edib.

Uşaq evinin “Azəri” milli rəqs ansamblı 15 ölkənin iştirakı ilə keçirilən beynəlxalq festivalda uğurla çıxış edib və tamaşaçıların rəğbətini qazanıb. Rəngarəng və maraqlı çıxışlarına görə uşaq evinin yetirmələri festivalda fəxri fərman və medallarla təltif olunublar. Onu da qeyd edək ki, uşaqlar əvvəlcədən seçilmiş ailələrdə yerləşdiriliblər. Festivalın son günü Qaziemir bələdiyyəsinin başqanı Xəlil İbrahim Şenol festivalda iştirak edən ölkələrin nümayəndələri ilə görüşüb. Azərbaycanlı uşaqlar bələdiyyə başqanına xatirə hədiyyələri təqdim ediblər. Festivalın təşkilatçıları uşaqlar üçün ən görməli yerlərə gəzintilər də təşkil ediblər. Belə ki, uşaq evinin yetirmələri İzmirin ən məşhur heyvanat parkında, Egey dənizi gəzintisində, “Uzay-Space Kamp” beynəlxalq astronomik, aerokosmik texnologiya, kosmik tədqiqatlar tədrisi mərkəzində olub və müqəddəs Məryəmin məzarını ziyarət ediblər. Uşaqlar digər ölkələrdən gəlmiş festival iştirakçıları ilə yaxından ünsiyyət qurub və onlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” kitablarını və Xocalı soyqırımını əks etdirən diskləri təqdim ediblər.

Mayın 12-də Təhsil Nazirliyində Braziliya Federativ Respublikasına tədris səfəri etmiş nümayəndə heyətinin təqdimat-məruzəsi dinlənilib.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq bildirib ki, nümayəndə heyəti Braziliya Federativ Respublikasının təhsil sistemini və həyata keçirilən islahatları öyrənmək məqsədi ilə Braziliyada tədris səfərində olub. Təhsil nazirinin müavini İsgəndər İsgəndərov Azərbaycan təhsil işçilərindən ibarət nümayəndə heyətinin Braziliya Federativ Respublikasının təhsil sistemini və həyata keçirilən islahatları öyrənmək üçün 10-16 aprel 2010-cu il tarixli tədris səfəri haqqında təqdimat-məruzə edib. İsgəndər İsgəndərov Braziliya Federativ Respublikasında təhsil sisteminin strukturu və təhsilin idarə olunması qaydaları barədə ətraflı məlumat verib. Braziliyada dövlətə məxsus tədris müəssisələrinin daha nüfuzlu olduğunu qeyd edən nazir müavini bu ölkədə kurikulum islahatlarına 2006-cı ildən başlanıldığını nəzərə çatdırıb. Azərbaycanla Braziliya arasında təhsilin müxtəlif pillələri üzrə tədris ocaqları ilə təhsilalanların nisbət fərqini müqayisə edən İ.İsgəndərov dərslik siyasəti, təhsilin idarəolunması sahəsindəki tədqiqatlar, qiymətləndirmə proqramları, büdcədən təhsilə ayrılan vəsait və digər müvafiq məsələlər haqqında ətraflı söhbət açıb.

Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupu bu günlərdə Türkiyənin Fəthiyə şəhərində beynəlxalq “23 Nisan Cocuq Festivalı”nda iştirak edib.

20 ölkənin uşaq rəqs kollektivinin iştirakı ilə keçirilən beynəlxalq festivalda xüsusilə fərqlənən kollektiv minlərlə tamaşaçı qarşısında Azərbaycanı layiqincə təmsil edib. Festival çərçivəsində “Qızıl günəş” adı altında rəqs yarışması keçirilib. Kipr, Bolqarıstan, Rumıniya, Yunanıstan, İndoneziya, Rusiya, Gürcüstan, Litva və digər ölkələrdən gələn rəqs qrupları gözəl rəqslər nümayiş etdiriblər. “Azəri inciləri” rəqs qrupunun 3 rəqsi (Nəlbəki, Naz eləmə, Qaytağı) özündə birləşdirən kompozisiyası tamaşaçıların alqışları ilə qarşılanıb. Münsiflər heyəti qrupun çıxışına yüksək qiymət verib, rəqqaslarımız III yeri tutub və medallar qazanıblar. Fəthiyə şəhərində keçirilən böyük qala konsertdə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Dram” dərnəyinin üzvü Elnur Əliyev Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini ifa edib. Tamaşaçılar onun çıxışını sürəkli alqışlarla qarşılayıblar. Sonra rəqs qrupumuz öz şux rəqsləri ilə konserti daha da rövnəqləndirib. Çıxışdan sonra şəhər bələdiyyəsinin rəhbəri kollektivə uğurlar arzulayıb, hədiyyə və medalları uşaqlara təqdim edib.

Mayın 26-da 13-15 yaşlı yeniyetmələr arasında Milli Qurtuluş gününə həsr olunmuş “məhəllə kuboku” layihəsinə start veriləcək.

İlk dəfə keçirilən layihənin təşkilatçıları sırasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Təhsil İdman Mərkəzinin uşaq-gənclər futbol məktəbi, Bakı şəhərinin Nizami, Səbail, Yasamal, Nərimanov və Qaraçuxur bələdiyyələri yer alıb. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2005-ci il 10 oktyabr tarixli 1038 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)”nda nəzərdə tutulan futbolun kütləviləşməsi, uşaq futbolunun inkişafı və istedadlı gənclərin üzə çıxması məsələlərinə töhfə vermək, yeniyetmələrin sağlam həyat tərzinə meylini daha da artırmaqdır. Layihənin I mərhələsində Bakı şəhəri Nizami, Səbail, Yasamal, Nərimanov və Qaraçuxur bələdiyyələrinin ərazilərində daxili turnirlər təşkil olunacaq. Oyunlar olimpiya sistemi üzrə keçiriləcək. İlk mərhələnin yekununda hər bələdiyyə ərazisində qalib gələn məhəllə final mərhələsinə vəsiqə qazanacaq. Final mərhələsində isə komandalar dairəvi sistem üzrə yarışacaqlar. Yarışda iştirak etmək istəyən komandalar öz ərazilərinin bələdiyyələrinə və ya Azərbaycan Respublikası Təhsil İdman Mərkəzinin uşaq-gənclər futbol məktəbinə (tel: 012-520-18-50) 13-24 may tarixlərində müraciət edə bilərlər.

Mayın 13-də təhsil naziri Misir Mərdanov YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Allen, Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Mark Herevard və nümayəndəliyin məsul əməkdaşları ilə görüşüb.

Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlığına xüsusi önəm verdiyini qeyd edən nazir bu qurumun Azərbaycanda təhsil sahəsi üzrə həyata keçirdiyi layihələrin əhəmiyyətini diqqətə çatdırıb. Nazir qeyd edib ki, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə Təhsil Nazirliyinin birgə fəaliyyəti nəticəsində fəal təlim metodlarının tətbiqi, müəllimlərin ixtisasının artırılması, məktəbəqədər təhsil, Valideyn-Müəllim Assosiasiyasının yaradılması və digər istiqamətlər üzrə uğurlu nəticələr əldə olunub. Nümayəndəliyin təhsil sahəsi ilə bağlı gördüyü işləri, bu qurumun əməkdaşlarının əməyini yüksək qiymətləndirən Misir Mərdanov qarşılıqlı əməkdaşlıq nəticəsində daha mühüm nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.     Sonra nazir “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində görülən işləri qeyd edərək YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin bu sahəyə olan dəstəyindən söz açıb. Misir Mərdanov xüsusi olaraq qeyd edib ki, YUNİSEF-in ölkəmizdəki keçmiş nümayəndəsi Hanaa Singerə uşaq hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondu tərəfindən təsis edilən “Qızıl çinar” beynəlxalq  mükafatı təqdim olunub. Səmimi qəbul üçün nazirə təşəkkürünü bildirən YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Allen bu qurumun Azərbaycandakı nümayəndəliyinin Təhsil Nazirliyi ilə səmərəli və məhsuldar əlaqələrinin yaradılmasından və birgə əməkdaşlıqdan söz açıb. Regional direktor son illər Azərbaycanda iqtisadiyyatın inkişafı, informasiya texnologiyalarının tətbiqi və digər sahələr üzrə uğurlu addımlar atıldığından məlumatlı olduğunu qeyd edib. Stiven Allen bildirib ki, cari ilin iyununda Azərbaycan Hökuməti ilə YUNİSEF arasında 2011-2015-ci illəri əhatə edən birgə Fəaliyyət planının müzakirə edilməsi nəzərdə tutulub. Məhz bu məqsədlə də təmsil etdiyi qurumun Azərbaycanın müxtəlif dövlət təşkilatlarında görüşlər keçirməyə, aparılan işlərlə yaxından tanışlığa xüsusi əhəmiyyət verdiyini və səfərin əsas məqsədinin buna xidmət etdiyini vurğulayıb. Uşaq hüquqlarının qorunması, onların düzgün tərbiyə olunması kimi məsələlərin əhəmiyyətini diqqətə çatdıran qonaq Valideyn-Müəllim Assosiasiyasının rolundan da söz açıb. Çıxışının sonunda Stiven Allen YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi üçün xoş sözlərə görə Misir Mərdanova təşəkkür edib. Təhsil naziri Misir Mərdanov qeyd olunan Fəaliyyət planında məktəbəqədər təhsil sahəsi üzrə müvafiq işlərin aparılması, bu istiqamətdə yeni kurikulumların işlənilməsi,  tərbiyəçilərin və müvafiq vəsaitlərin hazırlanması, Valideyn-Müəllim Assosiasiyasının işinin daha da artırılması və digər mühüm məsələlərin öz əksini tapması təklifini irəli sürüb. Nazir, həmçinin, qonağın paytaxtın bir neçə məktəbəqədər təhsil müəssisəsi ilə yaxından tanış olması təşəbbüsü ilə çıxış edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı söhbət aparılıb.

Mayın 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhrami və Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Casbinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov öncə qonaqları salamlayıb, Azərbaycanla İran arasında münasibətlərin daha da möhkəmlənməsində təhsil sahəsindəki əlaqələrin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bakıda keçirilən İslam Dünyası Universitetləri Federasiyasının (İDUF) V baş konfransının uğurla başa çatdığını söyləyən nazir belə yüksək səviyyəli tədbirin təşkilində İSESKO-nun mühüm rolu olduğunu bildirib. Azərbaycanla və İran universitetlərinin əlaqələrinin potensial imkanlara uyğun gəlmədiyini qeyd edən təhsil naziri hər iki dövlət rəhbəri arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində belə görüşlərin mühüm əhəmiyyət daşıdığını bildirən Misir Mərdanov ali məktəblər arasındakı əlaqələrə diqqətin artırılmasının zəruriliyini önə çəkib.   Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən İranın Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Casbi ölkələrimiz arasında ortaq mədəni əlaqələrin və səmərəli əməkdaşlığın mövcud olduğunu nəzərə çatdırıb. Qonaq ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətlərindən söz açıb, rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. Aparılan müzakirələrin əhəmiyyətli olacağını bildirən nazir gələcəkdə ölkələrimizin təhsil sahəsində əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Builki buraxılış imtahanlarının keçirilmə tarixləri

Ümumtəhsil məktəblərində orta təhsil pilləsi üzrə (XI siniflərdə) buraxılış imtahanları 3 iyun Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında;  7 iyun Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında;  11 iyun Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında;  16 iyun Bakı və Sumqayıt şəhərlərində.  Qeyd: Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə buraxılış imtahanı 7 iyun 2010-cu il tarixdə keçiriləcəkdir. Bu rayonların işğal altında olan ərazilərinə aid olan və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcəkdir.    Ümumtəhsil məktəblərində əsas təhsil kursu üzrə (IX siniflərdə) buraxılış imtahanları 4 iyun Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında;   8 iyun Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında;  12 iyun Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında;   14 iyun Bakı və Sumqayıt şəhərlərində.  Qeyd: Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində əsas təhsil kursu üzrə buraxılış imtahanı 8 iyun 2010-cu il tarixdə keçiriləcəkdir. Bu rayonların işğal altında olan ərazilərinə aid olan və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcəkdir. XI sinif şagirdləri buraxılış imtahanlarına şəxsiyyəti təsdiq edən sənəd əsasında buraxılacaqlar.   Orta təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılacaqdır. İmtahan test suallarının sayı 120-dir. Bu sualların 25-i ana dili və ədəbiyyat (o cümlədən, 17-si Azərbaycan dilinə, 8-i ədəbiyyata), 25-i riyaziyyata (o cümlədən, 17-si riyaziyyat, cəbr, cəbr və analizin başlanğıcına, 8-i isə həndəsə fənninə), 15-i Azərbaycan tarixi və xarici dil fənninin hər birinə, fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər birinə isə 10-u aiddir. Əsas təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat fənlərindən keçiriləcəkdir. İmtahan test suallarının sayı 50-dir. Bu sualların 25-i ana dilinə, 25-i isə riyaziyyata (o cümlədən, 17-si cəbr, 8-i isə həndəsə fənninə) aiddir. Orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının aparılmasına 3 saat, əsas təhsil pilləsi üzrə buraxılış imtahanlarının aparılmasına 1,5 saat vaxt ayrılır. İmtahanda qiymətləndirmə hər bir fənn üzrə ayrılıqda aparılır. Hər bir fənn üzrə sualların 20%-nə müsbət cavab verən şagirdin biliyi 3 (kafi) qiymətləndirilir. Məsələn, ana dili və riyaziyyat fənlərinin hər birindən olan 25 sualın 5-nə (yəni, 20%-nə) düzgün cavab verən şagirdin nəticəsi 3 (kafi) olur. Şagird Azərbaycan tarixi və xarici dil fənlərinin hər birinə aid olan 15 sualın 20%-nə, yəni 3-nə düzgün cavab verdikdə, o, 3 (kafi) qiymət alır. Digər (fizika, kimya, biologiya və coğrafiya) fənlərin hər birinə aid 10 sualın 2-ni (yəni, 20%-ni) düzgün cavablandıran şagirdin biliyi 3 (kafi) qiymətləndirilir. "Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın 38-ci bəndinə əsasən şagirdlərin imtahanlara mobil telefon, dərslik və digər vasitələr gətirməsinə icazə verilmir. "Qaydalar"ın 39-cu bəndinə müvafiq olaraq şagirdlərin kalkulyatordan istifadə etmələrinə icazə verilir. Buraxılış imtahanlarında cari dərs ilində çap olunmuş "Buraxılış imtahanlarının test bankı"na daxil olan suallardan istifadə olunacaqdır. Bu "Qaydalar"ın aşağıda göstərilən (27, 29, 30, 31, 65-70-ci) bəndlərinə uyğun olaraq: 27. Bütün fənlərdən müsbət illik, həmçinin bir-üç fəndən qeyri-kafi illik qiyməti olan IX sinif şagirdləri əsas təhsil kursu üzrə imtahanlara buraxılırlar. 29. Bütün fənlərdən yalnız müsbət illik qiyməti olan XI sinif, peşə liseylərinin III kurs şagirdləri orta təhsil üzrə imtahanlara buraxılırlar. 30. Əvvəlki dərs ilində imtahanlara buraxılmayan və ya imtahanlarda qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs şagirdləri hər il aprelin 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər  rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin müşayiətedici məktubu və ilkin mərhələ imtahanlarının qiymətləri mayın 20-dək Təhsil Nazirliyinə təqdim edilir.     31. Əvvəlki dərs ilində biliyi qiymətləndirilmədiyi üçün imtahanlara buraxılmayan XI sinif, peşə liseylərinin III kurs şagirdləri, habelə müxtəlif səbəblərdən əsas və ya orta təhsil pilləsini vaxtında başa vura bilməyən və buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq istəyən şəxslər ekstern yolu ilə imtahanlara buraxılırlar. 65. Əvvəlki dərs ilində ən azı bir fəndən illik "qeyri-kafi" qiymət aldığı üçün imtahana buraxılmayan XI sinif şagirdləri növbəti dərs ilində imtahan aparılan bütün fənlərdən imtahan verirlər. Əvvəlki dərs ilində XI sinif şagirdi imtahana düşməyən fəndən (fənlərdən) illik "qeyri-kafi" qiymət almışsa, növbəti dərs ilində əvvəlcə oxuduğu məktəbdə həmin fəndən (fənlərdən) imtahan verir. Bu fənn (fənlər) üzrə imtahandan müsbət qiymət aldığı halda, o, müəyyən edilmiş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verir. 66. Əvvəlki dərs ilində XI sinif şagirdi, sayından asılı olmayaraq, imtahan aparılan fənlərdən illik "qeyri-kafi" qiymət almışsa, bu halda növbəti dərs ilində müəyyən olunmuş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verir. 67. İmtahanlarda "qeyri-kafi" qiymət alan XI sinif şagirdləri növbəti il yalnız həmin fəndən (fənlərdən) müəyyən olunmuş mərkəzlərdə imtahan verirlər. 68. İmtahanlara buraxıldığı halda, imtahanlarda iştirak etməyən XI sinif şagirdləri növbəti il müəyyən olunmuş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verirlər. Həmin şagirdlərə orta təhsil haqqında attestat oxuduqları məktəb tərəfindən verilir. 69. Əvvəlki dərs ilində illik "qeyri-kafi" qiymətlər aldığı üçün imtahanlara buraxılmayan və ya imtahanlarda "qeyri-kafi" qiymətlər alan şəxslər növbəti dərs ilində keçirilən imtahanda ən azı bir fəndən "qeyri-kafi" qiymətlər aldıqda, yaxud üzürsüz səbəbdən imtahanlarda iştirak etmədikdə, gələcəkdə yalnız ekstern yolu ilə imtahan verə bilərlər. 70. Üzürlü səbəblərdən imtahanda iştirak edə bilməyən IX və XI sinif, həmçinin peşə liseylərinin III kurs şagirdlərinin məsələsinə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin təqdimatı əsasında, fərdi qaydada Təhsil Nazirliyində baxılır. İmtahanda üzürlü səbəbdən iştirak etməməsi təsdiq olunan şagirdlər (o cümlədən, imtahan zamanı xəstələnən şagirdlər) iyunun 25-dək Bakı şəhərində müəyyən edilmiş məktəblərdə mərkəzləşdirilmiş qaydada imtahan verirlər. Şagirdlərin attestatına yazılacaq yekun qiymət "Qaydalar"ın 12-ci bəndinə əsasən müəyyən olunur: IX və XI siniflərin, peşə liseylərinin III kurs şagirdlərinin imtahan aparılan fənlərdən yekun qiymətləri Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq düstur üzrə çıxarılır. Təhsil sənədinə yazılacaq yekun qiymət şagirdin fənn üzrə əsas təhsil pilləsi üçün IX, orta təhsil pilləsi üçün XI sinifdə yoxlama imtahanının nəticələri, IX siniflərdə VIII və IX, XI siniflərdə X və XI siniflərin, peşə liseylərinin II-III kurs şagirdlərinin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanır. "Qaydalar"ın 13-cü bəndinə əsasən, əsas və orta təhsil pilləsi üzrə yoxlama imtahanında üzürsüz səbəbdən iştirak etməyən şagirdlərin imtahan fənləri üzrə yekun qiymətləri çıxarılarkən yoxlama imtahanının nəticəsi "0" (sıfır) qəbul edilir. Şagird yoxlama imtahanında üzürlü səbəbdən iştirak etmədiyi halda, onun imtahan fənləri üzrə yekun qiymətləri çıxarılarkən imtahanda aldığı qiymət həm də yoxlama imtahanının qiyməti hesab olunur. İmtahanda üzürlü səbəbdən iştirak etmədiyi barədə şagirdin imtahan başlanan müddətədək təhsil aldığı məktəbə müvafiq sənəd təqdim etməsi zəruridir. Mobil telefondan istifadə etdikləri üçün imtahandan kənarlaşdırılan şagirdlərin nəticələri "0" (sıfır) qəbul edilir. İmtahan cavab kartı ilə düzgün rəftar etməyən şagirdlərin nəticələri oxuyucu qurğu tərəfindən oxunmadığına görə ləğv edilir. Bu dərs ilində əvvəlki dərs ilində buraxılış imtahanında müəyyən fənlərdən qeyri-kafi qiymət alan şagirdlər təkrar buraxılış imtahanında iştirak edə bilər və onlar ancaq qeyri-kafi qiymət aldıqları fənlərdən imtahan verirlər. 2007-2008-ci dərs ilində buraxılış imtahanında qeyri-kafi qiymət almış, lakin 2008-2009-cu dərs ilində üzürlü səbəbdən imtahanda iştirak etməmiş şagirdlər də təkrar buraxılış imtahanında iştirak edə bilərlər. Qeyd edək ki, əsas təhsil kursu üzrə şəhadətnaməsinə yazılacaq qiymətləri 2 (qeyri-kafi) olan IX sinif şagirdləri cari dərs ilində sentyabr ayının 2-dən 12-dək olan müddətdə Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məktəblərdə mərkəzləşdirilmiş qaydada payız imtahanları verirlər. Bununla bağlı onların oxuduqları məktəblərin rəhbərlərinə müraciət etmələri və yerli təhsili idarəetmə orqanları tərəfindən müvafiq sənədlərin hazırlanması və vaxtında Təhsil Nazirliyinə təqdim edilməsi vacibdir. Üzürlü səbəbdən payız imtahanında iştirak etməyən IX sinif şagirdləri sentyabrın 20-dək Təhsil Nazirliyinin müəyyən etdiyi məktəbdə mərkəzləşdirilmiş qaydada payız imtahanları verirlər. Üzürsüz səbəbdən payız imtahanına gəlməyən şagirdlər təkrar sinifdə saxlanılırlar. Yoxlama və ya buraxılış imtahanlarının birindən müsbət qiymət almış şagirdlərin imtahan fənləri üzrə attestata yazılacaq yekun qiyməti müvəffəq ola bilər.

Mayın 14-də təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən Misir Mərdanov bu günlərdə Kür çayının daşması nəticəsində yaranmış vəziyyət və problemin həlli istiqamətində görülən tədbirlər barədə məlumat verib. Sonra nazir təhsil sahəsində səmərəli qarşılıqlı əlaqələrin qurulması üçün həyata keçirilmiş işlərdən və bu baxımdan qarşıda duran digər məsələlərdən danışıb, Azərbaycanda üç seçilmiş məktəbdə yapon dilinin xarici dil kimi tədrisi, azərbaycanlı gənclərin Yaponiyanın nüfuzlu ali təhsil müəssisələrində təhsili və peşə təhsili üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunub. Qonağa ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində atılan addımlar haqqında ətraflı məlumat verən Misir Mərdanov Təhsil Nazirliyi əməkdaşlarının, orta məktəb müəllimlərinin və peşə təhsili sahəsində çalışan mütəxəssislərin Yaponiyaya tədris səfərlərinin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürlərini bildirən Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki son günlər Azərbaycanda daşqınların törətdiyi fəsadlardan narahatçılıq hissi keçirdiyini, bu problemin vaxtında nəzarət altına alınmasının müsbət hal olduğunu qeyd edib. Səfir yapon dilinin orta məktəblərdə xarici dil kimi tədris olunması məsələsini yüksək dəyərləndirib, həmin tədris ocaqlarının müəllim və şagirdləri ilə görüşlərdən məmnun qaldığını, texniki peşə təhsili sahəsində əlaqələrin inkişaf etdirildiyini, azərbaycanlı gənclərin Yaponiya universitetlərində təhsil almasına dəstək göstərməyə hazır olduqlarını nəzərə çatdırıb. Görüşdə tərəflər Azərbaycanla Yaponiya arasında təhsil sahəsində əməkdaşlığın daha da möhkəmlənəcəyinə əmin olduqlarını vurğulayıb, müzakirə olunan digər məsələlərlə bağlı fikirlərini bildiriblər.

Mayın 14-də Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Gənclər və İdman Nazirliyi, Dövlət Neft Şirkəti və Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universitet tələbələri arasında futbol üzrə III Respublika Çempionatının açılış mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universitet tələbələri arasında futbol üzrə Respublika Çempionatının üçüncü ildir keçirildiyini nəzərə çatdırıb. Çempionatın təşkilində əməyi olanlara təşəkkürünü bildirən nazir ali məktəb tələbələrinin bu yarışlarda fəal iştirakını təqdirəlayiq hal kimi dəyərləndirib və onlara uğurlar arzulayıb. Tədbirdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və başqaları belə yarışların keçirilməsinin əhəmiyyətindən bəhs edib, ənənəvi çempionatın Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına layiqli töhfələr verəcəyinə inandıqlarını bildiriblər. “Şəfa” stadionunda keçirilən çempionatın ilk oyununda Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları qarşılaşıblar.

Mayın 14-də “Trend” informasiya agentliyinin mətbuat mərkəzində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) təşkilatçılığı ilə “Müasir müəllimin nüfuzu - bu gün və sabah” mövzusunda mətbuat konfransı keçirilib.

Cəmiyyət, ictimaiyyət və KİV-in müəllim nüfuzunun bərpasında roluna həsr edilən bu konfransda valideynlər, müəllimlər, müxtəlif sahələrin nüfuzlu elm xadimləri və alimlər iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova təhsilin, sağlamlığın, iqtisadiyyatın, mədəniyyətin, ümumilikdə bütün inkişaf sahələrinin yolgöstərəni olan, işinə məsuliyyətlə yanaşan, gənc nəslin formalaşmasında mühüm rol oynayan peşəkar müəllimlər və onların fəaliyyətindən danışıb, dövlətin onlara göstərdiyi qayğını xüsusi qeyd edib. T.Şərifova daha sonra ötən illərə nisbətən cəmiyyətdə müəllim nüfuzunun bir qədər aşağı düşdüyünü bildirərək bununla bağlı rəhbərlik etdiyi qurumun Bakıda və regionlardakı orta məktəblərdə 345 müəllim və valideyn arasında sosioloji sorğu keçirdiyini diqqətə çatdırıb. Mətbuat konfransında müasir müəllimin nüfuzuna dair keçirilən sosioloji sorğunun nəticələri slaydlar vasitəsilə iştirakçılara təqdim edilib və müvafiq təhlillər aparılıb. Daha sonra psixoloqlar tərəfindən  IX-XI sinifdə təhsil alan 300 şagird arasında müəllim olmaq istəyi ilə bağlı sorğu keçirildiyi bildirilib və onun nəticəsi açıqlanıb. Cəmiyyətdə müəllim nüfuzunun yüksəldilməsi, onun bərpası istiqamətində lazımi işlərin görülməsinin əhəmiyyətini qeyd edən T.Şərifova bununla bağlı müvafiq təkliflər verilməsinin zəruriliyindən danışıb, həmin təkliflərin aidiyyəti qurumlara göndəriləcəyini vurğulayıb. Tədbirdə AMEA-nın müxbir üzvləri Vaqif Abbasov, Südeyif İmamverdiyev, Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 177 saylı orta məktəbin direktoru Həqiqə Məmmədova və başqaları çıxış edərək ölkəmizdə müəllim nüfuzunun aşağı düşməsinin səbəbləri, onu yüksəltməyin yolları ilə bağlı fikir və mülahizələrini bildiriblər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı