• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 9-da Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin Respublika müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Milli Məclisin deputatları Kamilə Əliyeva, Ceyhun Osmanlı, Sədaqət Vəliyeva, Jalə Əliyeva, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmməd Bayramov, dərnək rəhbərləri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə keçirilmiş müsabiqə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlərdəndir. Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı uşaq və gənclərin yaradıcılıq potensialının inkişafna təkan vermək, məktəblilərin yaradıcılıq dərnəklərinə marağını daha da artırmaq, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsini təşkil etməkdən ibarətdir. Müsabiqə rayon (şəhər) və Respublika mərhələləri olmaqla 2 mərhələdə keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov  şagirdlərin həyatında, düşüncəsində və əqli inkişafında məktəbdənkənar təhsilin xüsusi rolu olduğunu bildirib. Şagirdlərin bu müsabiqədə fəal iştirakını müsbət hal kimi qiymətləndirən nazir müavini qeyd edib ki, regionlardan olan məktəblilərin də yaradıcılıq mərkəzlərinə böyük maraq göstərməsi xüsusilə təqdirəlayiqdir.
Q.Novruzov müsabiqənin respublika mərhələsinə 400-ə yaxın əl işinin təqdim edildiyi və münsiflər heyəti tərəfindən seçim aparıldıqdan sonra 60 qalibin müəyyənləşdirildiyi haqda məlumat verib. Müsabiqə qaliblərini təbrik edən nazir müavini onlara gələcək işlərində uğurlar arzulayıb.
Digər çıxış edənlər müsabiqənin əhəmiyyətindən danışıb, belə tədbirlərin məktəblilərin hərtərəfli formalaşmasında xüsusi rolu olduğunu bildiriblər.
Müsabiqədə I, II və III yerləri tutan dərnək üzvləri Təhsil Nazirliyinin diplomu və hədiyyələrlə mükafatlandırılıblar.


10 il əvvəl