• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 17-də təhsil naziri Misir Mərdanov valideyn, müəllim və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə Bakı, İsmayıllı, Lənkəran və digər bölgələrdən Valideyn-Müəllim Assosiasiyasının (VMA) 200-dək üzvü və ictimaiyyət nümayəndəsi iştirak edib. Görüş valideynlərlə müəllimlərin sıx əməkdaşlığına, faydalı ünsiyyət mühitinin yaradılmasına və müəyyən problemlərin həllinə dəstək vermək məqsədi ilə keçirilib.
Təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq son iki ildə VMA üzvləri ilə vaxtaşırı keçirilən görüş və müzakirələrin faydalı olduğunu bildirib. Nazir cəmiyyətin, valideynlərin təlim-tərbiyə prosesində həlledici təsirə malik olduğunu, bu baxımdan təhsil siyasətinin düzgün həyata keçirilməsində valideynlərin fikirlərinin, arzu və təkliflərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Sonra Misir Mərdanov ictimaiyyətin təhsil sahəsi ilə bağlı qaldırdığı və AMVMA tərəfindən ümumiləşdirilərək Təhsil Nazirliyinə təqdim edilən məsələlərə, o cümlədən kurikulumların mürəkkəbliyi, valideynlərin məsuliyyətinin artırılması və onların kurikulumlar haqqında məlumatının azlığı, buraxılış imtahanlarında fənlərin sayının çox olması, məktəb bufetlərində isti yeməklərin verilməsi, dərs vəsaitləri və komplektləşdirici vasitələrin çoxluğu, eləcə də digər bu kimi məsələlərə öz münasibətini bildirib. Qaldırılan problemlərin aktual olduğunu vurğulayan nazir onların bəzilərinin həlli üçün müvafiq tədbirlər görüldüyünü diqqətə çatdırıb.
Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova çıxış edərək rəhbəri olduğu təşkilatın prioritet fəaliyyət istiqamətləri, 2012-ci ildə həyata keçiriləcək tədbirlər, habelə Valideyn-Müəllim Assosiasiyalarının fəaliyyətinin genişləndirilməsinin və məktəb idarəetməsində ictimai nəzarətin gücləndirilməsinin təhsilin keyfiyyətinə müsbət təsiri barədə fikirlərini bildirib.
VMA üzvləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, məktəb rəhbərləri müzakirə olunan məsələlərə münasibətlərini bildiriblər. Çıxışlarda belə görüşlərin faydalı olduğu, valideynləri və ictimaiyyət nümayəndələrini narahat edən məsələlərə, onların rəy və təkliflərinə Təhsil Nazirliyi tərəfindən diqqətlə və operativ yanaşıldığı vurğulanıb. Həmçinin VMA-ların fəaliyyətinə verilən dəstəyə görə Təhsil Nazirliyinə minnətdarlıq ifadə olunub.


10 il əvvəl