SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 15-də Təhsil Nazirliyində "Peşə seçiminə dəstək sistemi" (PSDS) layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri və layihəni təqdim edən Türkiyə Respublikasının "Kavrakoğlu" şirkətinin nümayəndələri-şirkətin təsisçisi Füsun Kavrakoğlu, vitse-prezidenti Asuman Kuzuoğlu, icraçı direktorları Dilek Bağdatıoğlu, Zeki Gün və digər qonaqlar iştirak ediblər.
Öncə Asuman Kuzuoğlunun "Peşə seçiminə dəstək sistemi" layihəsi haqqında təqdimatı-məruzəsi dinlənilib. Layihənin əsas məqsədlərindən söz açan A.Kuzuoğlu bildirib ki, PSDS ibtidai və orta məktəb şagirdlərinə peşə seçimlərində dəstək vermək üçün nəzərdə tutulub. Qonaq qeyd edib ki, peşə təhsilinə yiyələnmək istəyənlərin düzgün istiqamətləndirilməsi, iş və peşə əldə etmək istəyən yeniyetmələrin, təhsildən kənarda qalmış şəxslərin uyğun peşə əldə etmələrinə yardımçı olmaq, tədris müəssisələrinin və peşələrin ictimaiyyətə daha yaxından tanıdılması məsələləri də layihədə əksini tapıb.
PSDS-nin əsas hədəfinin gənclərin qabiliyyət, maraq və fərdi seçimlərinə uyğun təhsilə yönəltməkdən ibarət olduğunu nəzərə çatdıran A.Kuzuoğlu cəmiyyətdə peşə təhsilinə münasibətin dəyişilməsində, peşəkar işçi qüvvəsinin hazırlanmasında layihənin əhəmiyyəti haqqında fikirlərini bildirib. Türkiyədə layihənin artıq fəaliyyət göstərdiyinə diqqət çəkən qonaq müvafiq qurumların təqdim etdiyi məlumatların köməyi ilə məşğulluq imkanlarının iş axtaranlara çatdırılması və müəyyən peşə sahiblərinin işəgötürən təşkilatlara təqdim edilməsi baxımından da layihənin üstün cəhətlərini sadalayıb.
Məruzəçi elektron hökumət üzrə başlanmış işlərin bir hissəsi olan PSDS-in texniki imkanlarının geniş olduğunu söyləyib, layihənin həyata keçirilməsindən gözlənilən nəticələri diqqətə çatdırıb.
Sonra təqdimatla bağlı müzakirə aparılıb. Geniş fikir mübadiləsi şəraitində keçən müzakirə zamanı layihənin reallaşdırılması imkanları ilə bağlı təkliflər səsləndirilib.
Təhsil naziri Misir Mərdanov "Peşə seçiminə dəstək sistemi" layihəsinin əhəmiyyətindən söz açaraq PSDS-in mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasının, bu məqsədlə müxtəlif maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb. Nazir layihənin həyata keçirilməsi üçün müvafiq dövlət qurumları ilə birgə müzakirələrin aparılmasının zəruriliyini bildirib və PSDS-in gələcəkdə böyük fayda verəcəyinə əmin olduğunu nəzərə çatdırıb.
Sonda Asuman Kuzuoğlunun "Təhsildə texnoloji dəyişiklik" mövzusunda təqdimatı da dinlənilib və bütün təhsil pillələri üzrə distant təhsilin təşkili imkanları, bu baxımdan İKT-nin imkanlarından istifadə məsələləri müzakirə olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl