SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 19-da Azərbaycan Dillər Universitetində xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, akademik Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Azərbaycan Dillər Universitetinin professor-müəllim və tələbə heyəti, eləcə də yubilyarın ailə üzvləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi ilə bağlı bir sıra dövlət qurumlarında və təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Gənclərin bu tədbirdə iştirakını müsbət dəyərləndirən təhsil naziri Mirzə İbrahimovun həyatı, ictimai-siyasi fəaliyyəti, bədii və publisistik yaradıcılığından ətraflı danışıb, onunla bağlı xatirələrindən söz açıb. Nazir görkəmli yazıçının bütün həyatı boyu Azərbaycan dilinin dövlət dili statusu qazanması uğrunda mübarizə apardığını diqqətə çatdırıb.
Sonra Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyevanın Mirzə İbrahimovun ədəbi-bədii yaradıcılığı haqqında geniş məruzəsi dinlənilib.
Məruzədən sonra yazıçının həyatının müxtəlif məqamları əks olunmuş foto-şəkillərdən ibarət slaydlar nümayiş etdirilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Sabir Rüstəmxanlı, yazıçının qızı, xalq artisti Sevda İbrahimova Mirzə İbrahimovun çətin və şərəfli həyat yolundan, ictimai xadim kimi əvəzsiz xidmətlərindən, eləcə də onunla bağlı xatirələrindən söz açıblar.
Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Mirzə İbrahimov kimi görkəmli şəxsiyyətin yubileyinin rəhbərlik etdiyi təhsil ocağında keçirilməsinin əlamətdar hadisə olduğunu söyləyib və pedaqoji kollektiv adından tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl