SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 7-də Təhsil Nazirliyində ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil edilmiş VI Respublika Spartakiadasında xidmətləri olan təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, spartakiada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub.
Tədbirdə iştirak edən təhsil nazirinin müavini Qulu Novruzov iştirakçıları salamlayaraq ölkəmizdə idmanın inkişafı üçün yaradılan şəraitdən, spartakiadanın keçirilməsi və nəticələrindən danışıb. Q.Novruzov qeyd edib ki, idmana maraq uşaq və gənclərin həyatında müsbət dönüş yaradır, onlar fiziki və mənəvi cəhətdən sağlam böyüyür, cəmiyyətdə öz yerini tutmağı bacarır, əxlaq qaydalarına əməl edirlər. Ölkəmizdə uşaq və gənclərlə işin bu gün möhkəm zəmin əsasında qurulduğunu vurğulayan nazir müavini belə tədbirlərin keçirilməsinin gənc nəslin fiziki və mənəvi inkişafında əhəmiyyətini diqqətə çatdırıb.
Q.Novruzov cari ilin sentyabrında spartakiada qaliblərinin artıq mükafatlandırıldığını bildirib və bugünkü tədbirin spartakiadanın keçirilməsində xidmətləri olan rəhbər təhsil işçilərinin, metodist və müəllimlərin mükafatlandırılmasına həsr olunduğunu qeyd edib.
Sonra nazir müavini spartakiadada yüksək nəticə göstərən komandaların təmsil etdiyi şəhər, rayon təhsil idarə və şöbələrinin rəhbər işçilərinə, eləcə də ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına hər üç kateqoriya üzrə kubok və diplomlar təqdim edib.
Qeyd edək ki, mükafat 3 kateqoriya üzrə verilib. Şəhərlər üzrə 1-ci kateqoriyada I yerə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, II yerə Sumqayıt Şəhər Təhsil Şöbəsi, III yerə isə Mingəçevir şəhər və Lənkəran rayon təhsil şöbələri layiq görülüb.
Rayonlar üzrə 2-ci kateqoriyada I yerin qalibi Cəlilabad Rayon Təhsil Şöbəsi, II yerin qalibi Sabirabad Rayon Təhsil Şöbəsi, III yerin qalibləri isə Qazax və Qusar rayon təhsil şöbələri olub.
Peşə təhsili müəssisələri arasında keçirilən 3-cü kateqoriya üzrə I yerə 7 saylı Bakı Peşə Liseyi, II yerə 12 saylı Bakı Peşə Liseyi, III yerə isə 9 saylı Bakı Peşə Liseyi layiq görülüb.
Sonda spartakiadada fərqlənən rayon təhsil şöbələrinin müdirlərinə, məktəb direktorlarına, metodist və müəllimlərə isə fəxri fərmanlar verilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl