• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 15-də Təhsil Nazirliyində “Mədəd” təşkilatının İKT-nin təhsil sahəsi üzrə tətbiqinə dair təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” çərçivəsində görülmüş mühüm işlərdən danışıb. Qeyd olunan Proqramın həyata keçirilməsi üçün 3 il ərzində dövlət büdcəsindən 30 milyon manat vəsaitin ayrıldığını diqqətə çatdıran nazir əlavə edib ki, vəsaitin 80,6%-i texniki avadanlıqların alınmasına, 15%-i elektron tədris vəsaitlərinin hazırlanmasına, 4%-i təlimlərin keçirilməsinə, 0,4%-i isə proqramın idarə edilməsinə sərf olunub. Daha sonra Misir Mərdanov məlumat verib ki, proqram çərçivəsində 3693 məktəbə 31677 kompüter, 1103 noutbuk və proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu və digər İKT avadanlıqları, 28661 kompüter masası, 23346 stul verilib, məktəblərdə 1722 kompüter sinfi yaradılıb, elektron tədris vəsaitləri hazırlanıb. Azərbaycan tarixi fənni üzrə 20 adda 37900, kimya fənni üzrə 8 adda 15160, biologiya fənni üzrə 12 adda 22740, fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron tədris vəsaitinin hazırlandığından söz açan təhsil naziri yerli və beynəlxalq təşkilatlar tərəfindən 20000 nəfər müəllimin treninqlərdən keçdiyini qeyd edib.
Sonra Misir Mərdanov ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması” üzrə Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verərək bir sıra statistik rəqəmləri iştirakçıların diqqətinə çatdırıb. Nazir bildirib ki, qeyd olunan proqrama uyğun olaraq Məlumat və Resurs Mərkəzi yaradılıb, 20 məktəb “Elektron məktəb” layihəsinə qoşulub, 2005-ci ildə “Elektron məktəb”lərə verilmiş 226 dəst kompüter avadanlığı götürülərək moderinizasiya edilib və rayon təhsil şöbələrinə çatdırılıb, əvəzində isə həmin məktəblərə 300 yeni kompüter paylanıb. Daha sonra nazir Bakı və Sumqayıt şəhərlərindən “1 şagird 1 kompüter” pilot layihəsi çərçivəsində seçilən məktəblərə Təhsil Nazirliyi tərəfindən 236, İntel korporasiyası tərəfindən 100 ədəd netbukun hədiyyə edildiyini vurğulayıb. Qeyd olunub ki, 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub, 5800 nəfər inzibati-idarəetmə, 25180 nəfər pedaqoji və 800 nəfər texniki heyət təlimlərə cəlb olunub, təhsil sisteminin informasiyalaşdırılması üzrə hüquqi normativ sənədlər hazırlanıb. Misir Mərdanov bildirib ki, bu mühüm işlərin həyata keçirilməsi üçün 2008-ci ildə  8 milyon 353 min, 2009-cu ildə 14 milyon 980 min manat vəsait xərclənib.
Tədbirdə Dövlət Proqramı çərçivəsində 2010-cu ildə nəzərdə tutulan məsələlərdən də danışılıb. Nazir xüsusi olaraq vurğulayıb ki, ilin sonunadək daha 400 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər “Elektron məktəb” layihəsinə qoşulan məktəblərin, 23000 isə digər pedaqoji heyətin təlimlərə cəlb olunması, Bakı və Sumqayıt şəhərlərinin məktəblərinə 2005-ci ildə verilmiş kompüterlərin 1500-nün moderinizasiya edilərək bölgələrə göndərilməsi, eləcə də “Elektron məktəb” layihəsinə regionlardan daha 10 məktəbin əlavə olunması nəzərdə tutulur. Misir Mərdanov onu da qeyd edib ki, “1 şagird 1 kompüter” layihəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə əlavə 1500 netbukun verilməsi planlaşdırılır.
Sonra təhsil naziri Misir Mərdanov “Mədəd” təşkilatının təhsildə İKT-nin tətbiqi üzrə mühüm işlərin həyata keçirilməsində xüsusi fəaliyyəti olduğunu qeyd edərək bu qurumla əməkdaşlığın davamlı olacağına inamını ifadə edib. Nazir görülən işlər barədə ətraflı məlumat vermək üçün sözü “Mədəd” təşkilatının rəhbəri Emil Məmmədova verib.
Tədbirdə Emil Məmmədov və bu qurumun əməkdaşı Ülkər Babayeva təşkilatın tarixi, onun məqsədi, fəaliyyət istiqamətləri, son 5 ildə görülmüş işlər, həyata keçirilmiş layihələr barədə təqdimatla çıxış ediblər. Təqdimatda, həmçinin, təşkilatın gördüyü işlərdən biri kimi müəllimlərin İKT-nin tədrisdə tətbiqi istiqamətində hazırlanması üzrə təlimlərin ölkəmizin 36 bölgəsini əhatə etdiyi, 2500 məktəb, 90 təlim mərkəzində müvafiq iş aparıldığı, həmin müəllimlərdən 95 nəfərinin “Ən yaxşı müəllim” müsabiqəsində qalib olduğu nəzərə çatdırılıb.
Sonda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Bakıdakı 220 saylı orta  məktəbin direktoru Almaz Əsgərova “Mədəd” təşkilatının xətti ilə görülən işlər barədə danışıblar.   


10 il əvvəl