• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Virtual bələdçi
Sizə necə kömək edə bilərik?

Daha ətraflı seçin:

2021-2022-ci dərs ili üzrə I sinfə şagird qəbulu ilə bağlı sualım var.
Uşaqların I sinfə qəbulu prosesi necə həyata keçirilir?
Qəbul hansı portal vasitəsi ilə həyata keçirilir?
Ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu www.mektebeqebul.edu.az ortalı vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.
Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər?
Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər.
Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir?
Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Qəbul prosesi hansı tarixdən başlanılır?
Uşaqların birinci siniflərə elektron qəbulu prosesinin tarixləri və ardıcıllıqları aşağıda qeyd olunan qaydada təşkil olunacaq: 27 aprel 2021-ci il saat 11:00-da birinci sinfə qəbul elektron xidmətində şagird qeydiyyatının açılması; 29 aprel 2021-ci il saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan  müsahibəyə yazılmaq üçün qeydiyyat; 29 aprel 2021-ci il saat 11:00-dan etibarən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat; 8 iyun 2021-ci il saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir; 4 may tarixindən – 14 iyun tarixinədək dövlət ümumitəhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin təşkili; 22 may tarixindən – 19 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılması; 24 iyun 2021-ci il saat 11:00-da dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul üçün müsahibədən uğurla keçən uşaqlara valideynləri tərəfindən məktəb seçimi ilə bağlı sorğuların yerləşdirilməsi və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi istisna olmaqla) tədris rus dilində aparılan birinci siniflərinə qəbulla bağlı xidməti ərazi üzrə uşaqların məktəb seçimi; 24 iyun 2021-ci il saat 11:00-da Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı ( ərazidə yaşamayanlar üçün) müsabiqəyə yazılma (Bakı Avropa liseyi,  Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla); 2 iyul 2021-ci il saat 18:00-da Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə qəbulla bağlı müsabiqəyə (həm tədris digər dillərdə aparılan bölmə üzrə, həm də  Bakı Avropa liseyi,  Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə) yazılmaq üçün qeydiyyat bitir; 12 iyul 2021-ci il saat 18:00-daTəhsil Nazirliyinin birbaşa tabeliyində olan, rus bölməsi üzrə birinci sinfə ərazi üzrə qəbul aparılan ümumi təhsil müəssisələrinə məktəb seçimi üçün qeydiyyat bitir. 5 iyul tarixindən 15 iyul tarixinədək Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələrin keçirilməsi; 19 iyul tarixindən 14 sentyabr tarixinədək Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə prioritetlər üzrə məktəb seçimi etmiş və müsabiqədən uğurla keçən şagirdlər üçün müəllim seçiminin başlaması; 14 sentyabr 2021-ci il tarixdə birinci sinfə qəbulla bağlı elektron qeydiyyatın başa çatması.
I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?
Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:  valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan; valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən; bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan.
Hansı halda valideyn elektron sorğusunu ləğv edib, başqa məktəb seçimi edə bilər və ya başqa məktəb seçimi edə bilməz?
Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa məktəb seçimi etmək olar.
I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir: Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti; Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi; xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti; digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U); 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil; valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?
İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər.
Uşaqların təhsil alacağı məktəbə yerləşdirilməsi prosesi tam olaraq hansı halda başa çatmış hesab olunur?
Valideyn (qanuni nümayəndə) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edir, müəssisə tərəfindən sənədlər yoxlanılır və sənədlərdə uyğunsuzluq və ya səhv olmadığı halda uşağın məktəbə qəbulu başa çatmış hesab olunur.
Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?
Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.
Tədris digər dillərdə aparılan I siniflərə qəbul qaydası barədə maraqlanıram.
Qəbul hansı qaydada həyata keçirilir?
Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata aparılır.
Tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr hansı formada keçiriləcək?
Koronavirus (Covid-19) pandemiyasına görə ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu nəzərə alınaraq müsahibələr ancaq onlayn formada təşkil olunacaq.
Müsahibə zamanı uşaqlara hansı meyarlar üzrə suallar verilir?
Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş Müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) yoxlanılır.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat valideynə nə zaman və necə bildiriləcək?
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 3 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.
Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq?
Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi üzrə məktəb seçimi edərək sorğu yerləşdirə bilərlər.
Elektron sistemdə müsahibəyə yazılma mərhələsi hansı tarixdə yekunlaşacaqdır?
Elektron sistemdə tədris digər dillərdə aparılan bölmə üzrə müsahibəyə yazılma mərhələsi 8 iyun 2021-ci il tarixdə saat 18:00-da bitir.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hara müraciət edə bilər?
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə valideyn (qanuni nümayəndə) 15 may tarixindən 12 iyun tarixinədək ərizə ilə yaşadığı ərazi üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarə) müraciət edə bilər. Müraciətlər ümumiləşdirilərək Təhsil Nazirliyində məsələ ilə bağlı yaradılmış komissiya tərəfindən baxılaraq müvafiq qərar qəbul ediləcək.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə və valideyn məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etdikdə uşağın yenidən müsahibədə iştirakı təmin ediləcəkmi?
Müsahibənin nəticələrindən narazı olan valideynlərin övladları üçün yenidən müsahibə təşkil olunmayacaq. Apelyasiya komissiyası tərəfindən müsahibə zamanı aparılmış videoçəkilişə baxılaraq müvafiq qərar qəbul ediləcək.
Lisey və gimnaziyalara qəbul qaydası barədə sualım var.
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinə qəbul hansı qaydada həyata keçirilir?
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir. Qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa liseyi, İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla) qeydiyyat necə aparılır?
Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, tədris digər dildə aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Övladı müsahibədən uğur qazanmış valideyn “Ərazi üzrə” bölməsini seçib müvafiq liseyə sorğu yerləşdirə bilər. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin  təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələr 05 iyul tarixindən 15 iyul tarixinədək keçiriləcək.
Lisey və ya gimnaziyaların müəyyənləşdirilmiş mikroərazisində qeydiyyatlı yaşamayan valideynlərin övladının tədrisi digər dillərdə aparılan bölmələrinə qəbulu hansı qaydada aparılır?
Şifahi nitq bacarıqlarının yoxlanılması üzrə müsahibədən uğur qazandıqları təqdirdə lisey və gimnaziyalara müsabiqəyə yazılırlar.
Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilə bilərmi?
Bəli, uşaq tədrisi digər dildə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda, həmin lisey və gimnaziyalarda boş qalan yerlərə yalnız Azərbaycan bölməsi üzrə sorğu yerləşdirə bilər.
Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və ya gimnaziyalara qəbulu mümkündürmü?
Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin lisey və ya gimnaziyanın müəyyən edilmiş ərazisinə uyğun deyilsə, uşağın bacı və qardaşlarından biri həmin lisey və ya gimnaziyada təhsil almırsa və ya valideynlərdən (qanuni nümayəndə) biri həmin lisey və ya gimnaziyada işləmirsə “Növbə” bölməsini seçərək növbəyə yazıla bilər. Tədrisi digər dildə aparılan bölmə seçildiyi halda isə müsabiqəyə yazıla bilər.
Müsabiqənin nəticələrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərmi?
Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi məqbul hesab edildiyi halda ümumtəhsil məktəblərinin tədris digər dildə aparılan bölməsini seçib sorğu yerləşdirmək mümkündür. Əks halda valideynə yalnız Azərbaycan bölməsini seçib sorğu yerləşdirmək imkanı verilir.
Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbulu barədə sualım var.
Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbulu hansı qaydada həyata keçirilir?
Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün sistemdə həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu yerləşdiriləcək. Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların valideynləri (qanuni nümayəndə) isə aprel ayının 29-dan etibarən şəxsi kabinetinə daxil olmalı, komissiyanı, müsahibənin keçirilmə tarixi və saatını seçərək övladının müsahibəyə yazılmasını təmin etməlidir. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistemdə həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu yerləşdiriləcək.
Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə birinci sinfə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?
Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir (ərizələrin məktəbə təqdim edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək).
Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu prosesi ilə maraqlanıram.
Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?
Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Yaşı 8-dən yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?
Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.07.2020-ci il tarixindən yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidir.
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu ilə bağlı sualım var.
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün www.mektebeqebul.edu.az  portalında qeydiyyatından keçdikdən sonra beş iş günü müddətində valideyn (digər qanuni nümayəndə) aşağıdakı sənədləri yaşayış yeri üzrə yerli təhsili idarəetmə orqanına təqdim edir: valideynin (digər qanuni nümayəndənin) himayəsində olan xüsusi təhsilə ehtiyacı olan övladının psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsindən keçirilməsi üçün razılıq ərizəsi;  valideynin (digər qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin surəti; uşağın şəxsiyyət vəsiqəsinin surəti; uşağın xəstəliyi ilə bağlı yaşayış yeri üzrə xidmət göstərən poliklinikanın baş həkimi tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış (forma 27U); yaşayış yerindən arayış. - Psixoloji-tibbi-pedaqoji komissiya müayinə sənədlərini qəbul edərək on gün ərzində uşağın müayinə olunacağı günü təyin edir. - Psixoloji-tibbi-pedaqoji komissiya bir ay müddətində xüsusi təhsilə ehtiyacı olan uşağın müayinəsini keçirir və uşağın məhdudiyyətlərinə və imkanlarına əsaslanaraq təhsilinin təşkilinə dair qərar qəbul ediir. Qərar, müayinə sənədlərinin surəti və komissiyanın uşağın inkişafının qiymətləndirməsinin nəticələri onun təhsil alacağı təhsil müəssisəsinə göndərilir.
Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəb seçimi necə həyata keçirilir?
Sağlamlıq imkanı məhdud uşaqların xüsusi təhsilə cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yerli təhsili idarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir. Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşağın cəlb olunacağı xüsusi təhsilin təşkili formasını, tədris olunacaq proqramı və təhsil alacağı təhsil müəssisəsini müəyyənləşdirir. Qanunvericiliyin tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağın yönləndirildiyi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində valideynlərin və ya uşağın digər qanuni nümayəndələrin iştirak hüququ vardır.  Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinin I sinfinə şagird qəbulu ilə bağlı sualım var.
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələri hansılardır?
Bakı Avropa Liseyi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası, Heydər Əliyev adına lisey, Humanitar fənlər təmayüllü məktəb-lisey, 132-134 nömrəli Təhsil Kompleksi, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, İlyas Əfəndiyev adına Elitar gimnaziya, İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi, "Zəngi" liseyi, "Ankara məktəbi" məktəb-liseyi, Bakı Slavyan Universitetinin nəzdində Məktəb-lisey Kompleksi, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey.
Bakı Avropa Liseyi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasına qəbul necə aparılır?
Azərbaycan bölməsi üzrə qəbul necə aparılır?
Bakı Avropa Liseyi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasına Azərbaycan bölməsi üzrə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə 4 mərhələdən ibarətdir. I mərhələ: 27 aprel 2021-ci il saat 11:00-dan etibarən valideyn şəxsi kabinet yaradır. II mərhələ: 29 aprel 2021-ci il saat 11:00-dan 02 iyul 2021-ci il saat 18:00-dək olan müddət ərzində valideyn (qanuni nümayəndə) məktəbi seçir və müsabiqəyə yazılır. III mərhələ: 05 iyul tarixdən - 15 iyul tarixədək müsabiqələrin keçirilməsi.  IV mərhələ: 19 iyul tarixdən - 14 sentyabr tarixədək müsabiqədən keçən uşaqlar üçün valideynləri tərəfindən  müəllim seçimi.
Rus bölməsi üzrə qəbul necə aparılır?
Bakı Avropa Liseyi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasına rus bölməsi üzrə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Proses 5 mərhələdən ibarətdir. I mərhələ: 27 aprel 2021-ci il saat 11:00-dan etibarən valideyn şəxsi kabinet yaradır. II mərhələ: 29 aprel 2021-ci il saat 11:00-dan 8 iyun 2021-ci il saat 18:00-dək valideyn (qanuni nümayəndə) dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan I siniflərinə qəbulla bağlı təşkil olunacaq ümumu müsahibələrə yazılır. III mərhələ: Müsahibədən uğurla keçən uşaqların valideynləri (qanuni nümayəndə) 24 iyun 2021-ci il saat 11:00-dan 02 iyul 2021-ci il saat 18:00-dək məktəbi seçərək övladlarının müsabiqəyə yazılmasını təmin edə bilərlər. IV mərhələ: 05 iyul tarixdən - 15 iyul tarixədək müsabiqələrin keçirilməsi. V mərhələ: 19 iyul tarixdən - 14 sentyabr tarixədək müsabiqədən keçən uşaqlar üçün valideynləri tərəfindən  müəllim seçimi.
Heydər Əliyev adına lisey, Humanitar fənlər təmayüllü məktəb-liseyinə qəbul necə aparılır?
Sözügedən təhsil müəssisələrində rus bölməsi yoxdur, Azərbaycan bölməsi üzrə qəbul aşağıdakı formada həyata keçirilir: I mərhələ: İlkin olaraq xidməti ərazidə yaşayan, bacı qardaşı məktəbdə oxuyan və valideynlərindən biri  müəssisədə işləyən uşaqlar, qalan yerlərə isə növbəlilik əsasında qeyri-ərazidə yaşayan uşaqlar qəbul edilir. II mərhələ: 27 aprel 2021-ci il saat 11:00-dan etibarən valideyn şəxsi kabinet yaradır. III mərhələ: 29 aprel 2021-ci il saat 11:00-dan valideyn (qanuni nümayəndə) məktəbi seçir. Ərazidə yaşayan, digər bacı və qardaşı həmin məktəbdə oxuyan, valideyni həmin məktəbdə işləyən uşaqlar ilkin olaraq qəbul edilir. Boş qalan yerlərə isə qeyri-ərazidə yaşayan uşaqlar növbəlilik əsasında qəbul edilə bilər.
132-134 nömrəli Təhsil Kompleksi, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, İlyas Əfəndiyev adına Elitar gimnaziya, İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi, "Zəngi" liseyi, "Ankara məktəbi" məktəb-liseyi, Bakı Slavyan Universitetinin nəzdində Məktəb-lisey Kompleksi, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyə qəbul necə aparılır?
Azərbaycan bölməsi üzrə qəbul necə aparılır?
I mərhələ: İlkin olaraq xidməti ərazidə yaşayan, bacı qardaşı məktəbdə oxuyan və valideynlərindən biri  müəssisədə işləyən uşaqlar, qalan yerlərə isə növbəlilik əsasında qeyri-ərazidə yaşayan uşaqlar qəbul edilir. II mərhələ: 27 aprel 2021-ci il saat 11:00-dan etibarən valideyn şəxsi kabinet yaradır. III mərhələ: 29 aprel 2021-ci il saat 11:00-dan valideyn (qanuni nümayəndə) məktəbi seçir. Ərazidə yaşayan, digər bacı və qardaşı həmin məktəbdə oxuyan, valideyni həmin məktəbdə işləyən uşaqlar ilkin olaraq qəbul edilir. Boş qalan yerlərə isə qeyri-ərazidə yaşayan uşaqlar növbəlilik əsasında qəbul edilə bilər.
Rus bölməsi üzrə qəbul necə aparılır?
Rus bölməsi üzrə qəbul mərkəzləşdirilmiş müsahibə və məktəb tərəfindən keçirilən müsabiqə əsasında aparılır. I mərhələ: 27 aprel 2021-ci il saat 11:00-dan etibarən valideyn şəxsi kabinet yaradır. II mərhələ: 29 aprel 2021-ci il saat 11:00-dan 8 iyun 2021-ci il saat 18:00-dək valideyn (qanuni nümayəndə) dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan I siniflərinə qəbulla bağlı təşkil olunacaq ümumu müsahibələrə yazılır.      III mərhələ: Ümumi müsahibədən keçən uşaqların valideynləri (qanuni nümayəndə) ərazidə qeydiyyatdadırlarsa  24 iyun 2021-ci il saat 11:00-dan 12 iyul 2021-ci il saat 18:00-dək birbaşa məktəbi seçir (müəllim seçimi edilmir) .Qeyri ərazidə qeydiyyatda olanlar isə 24 iyun 2021-ci il saat 11:00-dan 02 iyul 2021-ci il saat 18:00-dək  məktəbin müsabiqəsinə yazılır.         IV mərhələ. 05 iyul tarixdən - 15 iyul tarixədək müsabiqələrin keçirilməsi. V mərhələ. 19 iyul 2021-ci il saat 11:00-dan 14 sentyabr 2021-ci il saat 18:00-dək ərazidə qeydiyyatda olan və məktəb seçimi etmiş, həmçinin müsabiqələrdən uğurla keçən uşaqlar üçün müəllim seçimi.
2020/2021-ci tədris ilinin ikinci semestri üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə suallarım var?
Hansı təhsil müəssisələrinin tələbələri təhsil haqqı xərclərinin ödənilməsi üçün müraciət edə bilərlər?
Ölkənin bütün dövlət və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri təhsil haqqı xərclərinin ödənilməsi üçün e-telebe.edu.az elektron sistemi vasitəsilə müraciət edə bilərlər.
Tələbənin təhsil haqqı xərcinin ödənilməsinin hüquqi əsasları hansılardır?
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli, 138 nömrəli Qərarı.
Müraciətlərin elektron sistem vasitəsilə qəbulu hansı zərurətdən irəli gəlir?
Müraciətlərin elektron sistem vasitəsilə qəbulu prosesin şəffaflığının təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Elektron sistemdə müraciət kim tərəfindən aparıla bilər?
Qeydiyyat tələbə tərəfindən aparılır. 
Elektron sistem vasitəsilə müraciətlərin qəbulu ödənişlidirmi?
Xeyr, elektron müraciətlərin qəbulu ödənişsiz aparılır.
Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşanlar, hara müraciət etməlidir?
Təhsil Nazirliyinin 146-1 nömrəsinə və portaldakı dəstək düyməsindən müraciət edə bilərsiz.
Hansı tələbələrə təhsil haqqı xərcininin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına nəzərdə tutulmuşdur?
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəl təhsil müəssisələrində sosial baxımdan aşağıda göstərilən həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənişi nəzərdə tutulmuşdur: 1.  ünvanlı dövlət sosial yardımı alanlar; 2.  hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: 2.1.      I və II dərəcə əlilliyi olan şəxslər; 2.2.      işsiz kimi qeydiyyatda olanlar; 2.3.      yaşa görə əmək pensiyaçıları; 2.4.      yaşa görə sosial müavinət alanlar.
Hansı tələbələrə təhsil haqqı xərcininin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına nəzərdə tutulmamışdır?
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarda aşağıdakı tələbələrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənişi nəzərdə tutulmamışdır: təkrar təhsil alan tələbələr; normativ təhsil müddətindən çox təhsil alan tələbələr; əyani təhsil almayan tələbələr.
Tələbə qeydiyyatdan neçə keçə bilər?
E-telebe.edu.az portalında yerləşdirilmiş istifadəçi təlimatı ilə tanış olduqdan sonra qeydiyyatdan keçə bilər.
2020/2021-ci tədris ilinin birinci semestri (yarımili) üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən tələbələrinin ikinci semestri (yarımili) üçün də https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunur?
Xeyr tələb olunmur. 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili)  əsas götürülərək onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcəkdir.  Lakin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq 2020/2021-ci tədris ilinin birinci semestrində (yarımili) sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr ikinci semestri (yarımili) üçün https://e-telebe.edu.az elektron portalına müraciət etməlidirlər.
2021-ci ilin iyun ayında keçiriləcək milli qiymətləndirmə ilə bağlı sualım var
Milli qiymətləndirmə nədir və nə üçün təşkil edilir?
Milli qiymətləndirmə ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə təşkil olunur.
Hansı fənlər üzrə milli qiymətləndirmə təşkil olunur?
Tədqiqatın məqsədindən asılı olaraq milli qiymətləndirmə müxtəlif fənlər üzrə təşkil oluna bilər. 
1-11 iyun tarixlərində milli qiymətləndirmə hansı formada təşkil olunacaqdır?
Ümumi təhsil müəssisələrinin  Azərbaycan və rus bölmələri üzrə milli qiymətləndirmənin təşkili nəzərdə tutulur. Milli qiymətləndirmə əyani (seçilmiş siniflər üzrə), və onlayn (“Virtual məktəb” platformasında) formada təşkil olunacaqdır.
Onlayn formada təşkil olunan milli qiymətləndirməyə hansı şagirdlər cəlb olunacaqdır?
​​​​​​​Onlayn formatda təşkil olunan milli qiymətləndirməyə II-VIII və X sinif şagirdləri cəlb olunacaqdır.
Əyani formada təşkil olunan milli qiymətləndirməyə hansı şagirdlər cəlb olunacaqdır?
Əyani formada milli qiymətləndirmə riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənlərini əhatə edəcəkdir.
Onlayn formada təşkil olunan milli qiymətləndirmədə necə iştirak etmək olar?
Onlayn formada təşkil olunan milli qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında ümumi şagird qruplarında “Testlər” alt bölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır. Təlimat videosu - https://www.youtube.com/watch?v=TYD5z3Hq9vU
“Virtual məktəb” platforması üzrə istifadəçi adı və şifrəmi unutduqda nə etməliyəm?
​​​​​​​Platforma üzrə istifadəçi adı və şifrə unudulduqda www.virtual.edu.az internet ünvanında “şifrəni bərpa et” əmrini seçməklə, şəxsi məlumatları daxil edib təsdiqləyə və yeni şifrənizi təyin edə bilərsiniz. Təlimat videosu - https://www.youtube.com/watch?v=VgiLMgEEkK4
Testlərdə sual hissəsi görünmürsə, nə etməliyəm?
​​​​​​​İnternet sürətinin zəif olması bəzən şəkilli sualların yüklənməsini ləngidə bilər. Bu zaman səhifəni yeniləyərək yenidən cəhd etməyinizə ehtiyac vardır. 
Onlayn formada iştirak etdiyim milli qiymətləndirmə fənlərində nəzərdə tutulan ingilis dili mənim tədris aldığım xarici dil deyil, nə etməliyəm?
​​​​​​​Ümumi şagird qruplarında xarici dil olaraq, sadəcə ingilis dili fənni üzrə sualların tərtibi nəzərdə tutulub. Tədris aldığınız xarici dil ingilis dilindən fərqlidirsə, müvafiq test tapşırıqlarını cavablandırmamağınız xahiş olunur.
Profilimdə ümumi şagird qrupu görünmür, nə etməliyəm?
​​​​​​​"Virtual Məktəb” platforması üzrə qeydiyyatdan keçmiş bütün şagirdlər ümumi şagird qruplarına daxil edilmişdir. Bu cür hal müşahidə olunarsa, “Virtual Məktəb” üzrə fəaliyyət göstərən texniki dəstək xidmətinə: teams@tsii.edu.az və ya Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qaynar xəttinə:146-1-4 müraciət etməyiniz xahiş olunur.
Testləri işləmək üçün vaxt limiti mövcuddurmu?
​​​​​​​Onlayn formada təşkil olunan milli qiymətləndirmə üzrə test tapşırıqları 2-11 iyun 2021-ci il tarixləri müddətində platformada açıq qalacaqdır. Bu müddət ərzində testləri işləmək üçün vaxt limiti nəzərdə tutulmayıb.
Testləri təkrar işləmək mümkündürmü?
​​​​​​​Hər bir fənn üzrə hazırlanmış test tapşırıqlarını 1 şagird yalnız 1 dəfə cavablandıra bilər.
Milli qiymətləndirmə üzrə nəticələrim məktəbdaxili qiymətləndirmə nəticələrimə təsir edəcək?
​​​​​​​Testlər üzrə şagird nəticələri cari tədris ilində  məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etməyəcəkdir. Qiymətləndirmənin təşkilində məqsəd, etibarlı məlumatların toplanması, təkliflərin verilməsi və problemlərin həll edilməsi  üçün konkret istiqamətləri müəyyənləşdirməkdir.
Test nəticələrimə necə baxa bilərəm?
​​​​​​​Onlayn formada təşkil olunan milli qiymətləndirmədə iştirak edən şagirdlər öz nəticələrinə test tamamlandıqdan sonra ekrana çıxacaq “Təhlil” (“Review”) bölməsindən baxa bilərlər. Onlayn qiymətləndirmədə iştirak edən şagirdlərin nəticələrinin əlavə olaraq, elektron poçtla göndərilməsi nəzərdə tutulmamışdır.
Ümumi qrupda yerləşdirilmiş sorğunun məqsədi nədir?
​​​​​​​Sorğu milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətin şagirdin akademik nəticələrinə təsirinin  araşdırılması və müvafiq qərarların verilməsi üçün nəzərdə tutulub.
Testləri tamamlamaq üçün son tarix nə vaxtdır?
​​​​​​​Testlər 11 iyun saat 18:00-da bağlanacaqdır. 
Mənim övladım dərslərini yaxşı oxuyur. Amma ola bilər ki hər hansı sualın cavabını bilmir bu halda nə etməlidir?
Sualların məcburi cavablandırılması tələbi yoxdur, şagird cavablandıra bilmədiyi sualdan növbəti suala keçid edə bilər. 
Əgər milli qiymətləndirmə təşkil edilirsə, summativ qiymətləndirmə keçirilməyəcək?
Milli qiymətləndirmə tədqiqatı məktəbdaxili summativ qiymətləndirmə ilə qarışdırılmamalıdır. Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün təşkil olunur.
Fənlər üzrə testləri eyni vaxtda yekunlaşdırmalıyam?
​​​​​​​Hər bir sinif pilləsi üzrə test tapşırıqları eyni vaxtda aktiv olacaqdır, ancaq fənlər üzrə test tapşırıqlarını 10 gün müddətində fərqli vaxtlarda həll edə bilərsiniz.
Əyani formada milli qiymətləndirmə hansı fənləri əhatə edir?
Əyani formada milli qiymətləndirmə riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənlərini əhatə edəcəkdir.
2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sualım var
Müəllimlərin işə qəbulu prosesi necə həyata keçirilir?
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
Müsabiqə hansı mərhələlərdən ibarətdir?
Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilər?
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.
Orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri müsabiqədə iştirak edə bilərmi?
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində “Təhsil haqqında sənədin nümunəsi” bölməsinə “Arayış” sözü yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaqdır.
Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?
Müsabiqədə iştirak etmək istəyən namizədlər elektron sənəq qəbulu üçün elan edilən vaxtda miq.edu.az saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçməlidirlər.
Miq.edu.az saytından qeydiyyatdan keçərkən xüsusi diqqət yetirmək lazımdır:
Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etdikdən sonra səhifədə iş nömrəsi görünəcəkdir. Namizəd həmin iş nömrəsini yadda saxlamalıdır. Daha sonra yenidən şəxsi səhifəyə daxil olmaq üçün həmin iş nömrəsi tələb ediləcəkdir.
Müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVİD-19 pasportu tələb ediləcəkmi?
Test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVİD-19 peyvəndi ilə bağlı hər hansı bir sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən müvafiq məlumat veriləcək. Koronavirus infeksiyasının daha geniş yayılmasının qarşısının alınması, eyni zamanda özümüzün və digər vətəndaşların sağlamlığının təmin edilməsi məqsədilə namizədlərin virus əleyhinə peyvənd olunması tövsiyə edilir.
Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul necə həyata keçirilir?
Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
Test imtahanı necə təşkil olunur?
Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir.
Müəllimlərin işə qəbulu zamanı namizədlər neçə vakant yer seçə bilirlər?
Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
Hazırda müəllim işləyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərmi?
Ümumi təhsil müəssisələrində hazırda müəllim vəzifəsində çalışan şəxslər cari müsabiqədə iştirak edə bilərlər.
Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələr müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınacaqmı?
Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.
Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?
Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.
İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı balın növbəti işə qəbul müsabiqələrində rolu varmı?
Müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir.
Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə işə qəbul necə həyata keçirilir?
Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Müsabiqənin yekun nəticələri nə zaman elan olunacaqdır?
Müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdiriləcək, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndəriləcəkdir.
Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə baxılacaqmı?
Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra tərkibi Təhsil Nazirliyi tərəfindən formalaşdırılan apelyasiya komissiyası tərəfindən bir həftə ərzində baxılacaqdır.
Əvvəlki ildə olduğu kimi, cari ildə də müsabiqənin test imtahanı regionlarda təşkil olunacaqdır?
Cari tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin regionlarda təşkili nəzərdə tutulmuşdur.
Cari ildə keçirilən yerdəyişmə müsabiqəsində iştirak edən şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərmi?
2021-2022-ci tədris ili üzrə keçirilən iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.
Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyatla bağlı sualım var
Təhsil haqqının ödənilməsi ilə bağlı sualım var
Təhsil haqqımı necə ödəməliyəm?
Təhsil haqqınızı nağdsız formada, portal.edu.az, gpp.az, müştərisi olduğunuz bank və Azərpoçt vasitəsilə ödəyə bilərsiniz. Bunun üçün müəssisə sizin sənədlərinizi yoxlamalı və ödəniş edilməlidir statusu təyin etməlidir. Ödəniş edilməlidir statusu təyin edildikdən sonra ödənişi qeyd olunan vasitələrlə ödəyə bilərsiniz.
Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə Güzəştli qəbul edildi statusu təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir.
Təhsil haqqında azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem üzərindən edə bilərəm?
Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza Təhsil haqqından azad addımı çıxacaqdır. Burada “Bəli”seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz.
Məlumatların daxil edilməsi ilə bağlı sualım var
Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem vasitəsilə məlumat göndərəcəkdir.
Əlavə sənədlər əlavə etmək istəyirəm, amma xana sayı azdır
Digər sənəd xanasının yanındakı + düyməsini sıxmaqla xana sayını artıra bilərsiniz.
Hansı xanalar məcburidir?
Qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.
Sənədlərimi hansı formatda əlavə edim? Tək-tək bir neçə səhifə yüklənmir
Sənədlərinizi pdf formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz.
Qəbul məlumatlarımı necə daxil etməliyəm?
Qəbul məlumatlarınız avtomatik əks olunur. Qəbul məlumatlarınızda hər hansı səhv olarsa, bu barədə Təhsil Nazirliyinə məlumat verməyiniz xahiş olunur.
Şəxsi məlumatlarımdakı elektron poçt və mobil nömrə mənə aid deyil
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur.
Magistraturaya müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?
Bildiyiniz kimi magistraturaya qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir.  Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.
Elektron qeydiyyatla bağlı sualım var
Qeydiyyat nə zaman bitir?
Qeydiyyat 2021-ci ilin 13 iyuldan 22 iyul tarixinədək olacaqdır.
Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.
Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?
Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsini sıxın və açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.
Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyatdan keçməliyəm?
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyat keçməyinizə ehtiyac yoxdur.
Magistratura səviyyəsinə elektron formada necə qeydiyyatdan keçməliyəm?
Ali təhsil müəssisələrinin magistraturasına qəbul olmuş şəxslər ilk öncə “portal.edu.az”  saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid edin.
Virtual Bələdçi - 2021-2022-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına qəbulla bağlı sualım var.
Sənədlərin təqdim edilməsi ilə bağlı sualım var.
Qeydiyyatdan keçdikdən sonra uşaqların məktəblərdə müsahibəyə cəlb olunması və ya onların ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı?
Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün uşağın mübadilə vərəqini (sağlamlığı haqqında tibbi arayışı (forma 26U)) məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qrupuna qəbul üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:  Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti; Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi; xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti; digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U); 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil; valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Məktəbəhazırlıq qruplarında dərs məşğələləri ilə bağlı sualım var.
Məktəbəhazırlıq qruplarında hansı dərs məşğələləri tədris olunacaq?
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.
Məşğələlərin müddəti necə müəyyən olunur?
Həftədə 4 gün olmaqla, 12 məşğələ; Bir gün ərzində 3 məşğələ; Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə; Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
Tədris digər dillərdə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı sualım var.
Məktəbəhazırlığa sənəd qəbulu zamanı müsahibə önəm daşımır. Bəs, bu proses 1-ci sinfə qəbul zamanı prioritet xarakter daşıyacaqmı?
Bəli, uşağın məktəbəhazırlıq qruplarında təhsil almasından asılı olmayaraq tədris digər dillərdə aparılan I siniflərə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirakı mütləqdir.
Tədris digər dillərdə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu necə həyata keçirilir?
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni seçdiyi zaman uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsinə ehtiyac yaranmır.
Məktəb seçimi ilə bağlı sualım var.
Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşlar uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirə bilərlər?
Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Məcburi köçkün ailəsindən olan vətəndaşa dair məlumatlar tapılmırsa, nə etmək lazımdır?
Seçilmiş uşağın məlumatları "Vahid Aylıq Müavinətlə Bağlı Elektron İnformasiya Sistemi"ndə tapılmırsa, vətəndaş şəxsi kabinetin əlaqə bölməsindən müraciət etməlidir.
Məcburi köçkün məktəblərini necə seçmək olar?
Məcburi köçkün məktəblərini seçən zaman yaşayış ünvanına uyğun rayon (şəhər) təhsil şöbəsini (idarəsini) seçib qeydiyyatdan keçmək lazımdır.
Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu hansı prioritetlər nəzərə alınmaqla aparılır?
Siniflərdə şagird sıxlığı və məktəbə qəbulla bağlı daha çox müraciət olunan bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur: • Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən  edilmiş ərazidə yaşayanlar; • Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər; • Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.
Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilməz?
Valideyn məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.
Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?
Valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.
Elektron qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?
Xeyr. Valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.
Məktəblərin seçimi hansı qaydada aparılır?
Valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir.
Məktəbəhazırlıq qruplarına uşaqların sənəd qəbulu necə həyata keçirilir?
Uşaq hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər?
İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.
Elektron sistemdən istifadə ödənişlidirmi?
Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur.  
Elektron ərizənin qeydiyyatı kim tərəfindən aparıla bilər?
Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər.
Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu hansı müddətlərdə həyata keçirilir?
Ərizələrin onlayn qeydiyyatı avqustun 10-dan, məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 12-dən başlanılır və proses sentyabrın 14-də yekunlaşır. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 01 sentyabr 2021-ci il tarixdən başlayır, 24 sentyabr 2021-ci ildə başa çatır.
Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu necə həyata keçirilir?
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu https://mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir.
Məktəbəhazırlıq qruplarına qəbul qaydaları barədə sualım var.
Məktəbəhazırlıq qruplarına qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar?
Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzlərinə;  Proqramın əlaqə bölməsinə;  
Məktəbəhazırlıq qruplarında məktəbli forması tətbiq edilirmi?
Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.
Məktəbəhazırlıq qruplarında təhsil ödənişlidirmi?
Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün hər hansı bir məhdudiyyət varmı?
Xeyr, məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.
Məktəbəhazırlıq qruplarına hansı yaşda uşaqlar qəbul edilir?
Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2016-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
Abituriyentlərin təhsil müəssisəsi üzrə elektron qeydiyyat prosesi ilə bağlı sualım var.
Qeydiyyat nə zaman bitir?
Qeydiyyat 19.09.2021-ci il tarixində saat 23.59-da bitəcəkdir.
İki təhsil müəssisəsindən birini seçib müraciəti göndərdikdən sonra fikrimi dəyişərəmsə nə edə bilərəm?
Yalnız ilk müraciət etdiyiniz müəssisə imtina statusu (Qəbul edilməsi və ya Vətəndaş imtina etdi) təyin etdikdən sonra digər qəbul olduğunuz müəssisəyə müraciət göndərmək imkanınız yaranacaqdır.
İki təhsil müəssisəsindən qəbul almışam, seçimi necə davam etdirməliyəm?
Qəbul xətti seçimi mərhələsinə gəldikdə, sistem tərəfindən sizə xəbərdarlıq ediləcək ki, siz iki təhsil müəssisəsinə qəbul olmusunuz, lakin yalnız bir təhsil müəssisəsi seçmək imkanınız var və seçim etdikdən sonra yenidən seçim imkanınız olmayacaq. Yalnız ilk müraciət etdiyiniz müəssisə imtina statusu (Qəbul edilməsi və ya Vətəndaş imtina etdi) təyin etdikdən sonra digər qəbul olduğunuz müəssisəyə yeni müraciət göndərmək imkanınız yaranacaqdır.
Qeydiyyatdan keçmədən ödəniş edə bilərəm?
Qeydiyyatdan keçmədən ödəniş etməməyiniz xahiş olunur.
Ödəniş qəbzi əlavə edirəm, amma status Ödəniş edilməlidir olaraq qalır. Müəssisə sənədlərimi qəbul edəcək?
Ödəniş qəbzi əlavə etdikdən sonra status dəyişmir. Siz çeki əlavə etdikdə, əlavə etdiyiniz ödəniş qəbzi müəssisəyə yönləndirilir və müəssisə yoxladıqdan sonra sistem vasitəsilə statusu dəyişəcəkdir. Gözləməyiniz xahiş olunur.
Təhsil haqqımı hansı formada ödəməliyəm?
Təhsil haqqınızı portal.edu.az, gpp.az və ya bank vasitəsi ilə ödəyə bilərsiniz. Bunun üçün ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməli, “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsi ilə qəbul olduğunuz təhsil müəssisənizə müraciət etməlisiniz. Müraciətiniz göndərildikdən sonra təhsil müəssisəsi tərəfindən sənədləriniz yoxlanılacaq və müvafiq olaraq onlara Ödəniş edilməlidir statusu təyin ediləcək. Ödəniş edilməlidir statusu təyin edildikdən sonra ödənişi qeyd olunan vasitələrlə ödəyə bilərsiniz. Ödəniş etmək üçün detallı izahlar: Addım 1: Tələbə şəxsi kabinetilə ödəniş edə bilər. Addım 2: Tələbə “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər. Addım 3: Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir, FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək ödəniş edir. 
Valideynim vəfat etdiyinə və ya məlum olmadığına görə FİN-ni bilmədikdə, FİN daxil etməyə bilərəm?
Valideyni məlum olmayan, valideyni vəfat etmiş və ya itkin düşmüş şəxslər valideyn FİN-ni daxil etmədən növbəti addıma keçə bilərlər. Amma həmin şəxslərin valideynlərinin FİN-ni tapıb daxil etmələri onların təhsil haqqı güzəştindən istifadə edilməsi üçün çevik qərarın verilməsində böyük əhəmiyyətə malikdir.
Valideyn məlumatlarını daxil etmək üçün xanalar görünmədikdə, valideyn məlumatlarımı necə daxil etməliyəm?
Valideyn məlumatları yalnız aşağıdakı şəxslər üçün görünür: 1. Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında təhsil haqqı güzəştindən istifadə etmək istədiyini bildirən şəxslər; 2. Dövlət sifarişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında müəyyən olunmuş təqaüdün 2 mislindən az olmayan məbləğdə təqaüd istədiyini bildirən 23 yaşı tamam olmamış şəxslər. Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş şəxs Güzəştli qəbul addımında təhsil haqqı güzəştindən istifadə etmək istədiyini bildirsə də, aşağıdakı sosial kateqoriyalar seçildikdə valideyn məlumatlarının daxil edilməsi üçün addım və xanalar görünmür. 1. I və II dərəcə əlilliyi olan şəxslər; 2. Sağlamlıq imkanları məhdud 18 yaşınadək olan şəxs; 3. Məcburi köçkün statusu olan şəxs. Qeyd: Valideyni III qrup əlil olan şəxslərin uşaqları “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təhsil haqqı güzəştindən yararlana bilməzlər.
Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə “Güzəştli qəbul edildi” statusu təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir. Müraciətinizə münasibəti şəxsi kabinetinizdə “Ali və Orta İxtisas Təhsili Müəssisələrinə Təhsilalan Qeydiyyatı” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində Statusların tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Statuslar dərhal yenilənməyə bilər, çünki müraciət etdiyiniz təhsil müəssisəsinin müraciəti araşdırması və yoxlaması müəyyən vaxt tələb edir. Həmçinin, qeydiyyatını tamamlayaraq, təsdiq etmiş bütün müraciətlərin izlənməsinə nəzarət Təhsil Nazirliyi tərəfindən də, həyata keçirilir.
Təhsil haqqından azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem vasitəsilə edə bilərəm?
Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa, şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza “Güzəştli qəbul” addımı çıxacaqdır. Burada “Bəli” seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz. 23 yaşı tamam olmuş ödənişli tələbələr üçün “Valideyn himayəsindən məhrum olmuş uşaq və onlar arasından olan şəxslər” seçimi görünmür və onlar bu güzəştdən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq istifadə edə bilmirlər.
Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənə bilərəm?
Müraciətinizə münasibəti şəxsi kabinetinizdə “Ali və Orta İxtisas Təhsili Müəssisələrinə Təhsilalan Qeydiyyatı” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində Statusların tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Statuslar dərhal yenilənməyə bilər, çünki müraciət etdiyiniz təhsil müəssisənin müraciəti araşdırması və yoxlaması müəyyən vaxt tələb edir. Həmçinin, qeydiyyatını tamamlayaraq təsdiq etmiş bütün müraciətlərin izlənməsinə nəzarət Təhsil Nazirliyi tərəfindən də, həyata keçirilir.
Əlavə sənədlər əlavə etmək istəyirəm, amma xana sayı azdır, nə etməliyəm?
“Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanası: Adından göründüyü kimi bu xanaya müəssisənin tələb etdiyi sənədlər yüklənə bilər. Xananın yanındakı + (Əlavə et) düyməsini sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkan yaranır.
Sənədlərin hansı xanalara əlavə edilməsi mütləqdir?
“Müraciət et” və ya “Yadda saxla” düymələrini sıxdığınız zaman qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.
Hansı sənədləri əlavə etməliyəm?
Attestatın surəti: Məcburi sənəddir. Bu sənəd mütləq yüklənməlidir. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün): Məcburi sənəddir. Bu sənəd mütləq yüklənməlidir. Şəxsiyyəti təsdiq edən vəsiqənin əsli: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsa “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə bilər. Ağ fonda 3x4 ölçüdə fotoşəkil: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsa “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə bilər. Sağlamlıq haqqında arayışın surəti: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsa “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə bilər. “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanası: Adından göründüyü kimi bu xanaya müəssisənin tələb etdiyi sənədlər yüklənə bilər. Xananın yanındakı + (Əlavə et) düyməsinə sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkanı yaranır.
Sənədlərimi hansı formatda əlavə edim?
Eyni sənədin bir neçə səhifəsi varsa, onu skan edərkən, 1 PDF faylda birləşdirərək əlavə etməlisiniz.
Şəxsi məlumatlarımdakı elektron poçt və ya mobil nömrə mənə aid deyil, nə etməliyəm?
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və ya elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur. Bunu 146 xidməti vasitəsilə Təhsil Nazirliyinə bildirməyiniz xahiş olunur.
Şəxsi məlumatlarımı necə daxil etməliyəm?
Şəxsi məlumatlarınız şəxsiyyət vəsiqənizin FİN-i vasitəsilə avtomatik əks olunur. Yəni, hər hansı məlumatı daxil etməyinizə ehtiyac yoxdur. FİN-i olmayan əcnəbilər müvafiq sənədi seçməklə təqdim olunan mövcud xanaları əl ilə doldurulmalıdırlar.
Bakalavriat pilləsinə müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?
Bildiyiniz kimi bakalavriat pilləsinə qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.
Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.
Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?
Şəxsi kabinetə giriş üçün istifadə etdiyiniz şifrəni unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsini sıxaraq açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənizin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodunu yazdıqdan sonra yeni şifrə təyin edilməlidir.
Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyatdan keçməliyəm?
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur. Amma müraciətinizi qəbul olduğunuz müəssisəyə göndərməmisinizsə, mütləq “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə, müraciətinizi qəbul olduğunuz təhsil müəssisəsinə göndərməlisiniz.
Bakalavr səviyyəsinə necə qeydiyyatdan keçməliyəm?
Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul olmuş şəxslər 7 sentyabr tarixindən etibarən ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.
Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sualım var.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilər?
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.