SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avropa Oyunları ərəfəsində “SABAH Foto” müsabiqəsinə start verilib.
“SABAH-ın könüllüsü” proqram çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər arasında “SABAH Foto” müsabiqəsinə start verilib. Fotomüsabiq ə“Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək məqsədilə SABAH qruplarının fəaliyyət göstərdiyi 7 ali təhsil müəssisəsinin tələbəsi olan və“SABAH-ın könüllüsü” proqramının iştirakçıları arasında keçirlir. Müsabiqənin məqsədi fotoşəkillər vasitəsilə“SABAH-ın könüllüsü”nün “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş etdirməkdir. Müsabiqəyə təqdim olunan fotolar Avropa Oyunlarının rəmzləri nümayiş olunmaqla, oyunların keçiriləcəyi idman növləri, idmançılar və idman tikililəri, Bakışəhərinin oyunların təşkilinə hazırlığını ifadə etməlidir. Fotomüsabiqə SABAH qruplarının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində həyata keçiriləcək. Müsabiqənin qalibi 2 mərhələdə həyata keçirilən seçimlər vasitəsilə müəyyən olunacaq. Birinci mərhələdə könüllülər tərəfindən çəkilmiş“Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək ifadə edən fotolar SABAH qruplarının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdiriləcək. Ən çox bəyənilən (“like” toplayan) 5 foto seçiləcək və münsiflərə təqdim olunacaq. 7 ali təhsil müəssisəsini təmsil edən münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri seçiləcək. Müsabiqənin qalibləri “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet əldə edəcək və xüsusi hədiyyə paketi ilə mükafatlandırılacaq. Müsabiqə zamanı təqdim olunmuşən yaxşı fotolar seçilərək “Park Bulvar” AVM-də təşkil ediləcək sərgidə nümayiş etdiriləcək. Müsabiqə və onun şərtləri haqqında ətraflı məlumatı SABAH qruplarının rəsmi Facebook səhifəsinə (www.facebook.com/sabah.edu.gov.az) daxil olmaqla, eləcə də konullu.sabah@edu.gov.az elektron poçt ünvanı iləəlaqə saxlamaqla əldə etmək mümkündür. Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsildə keyfiyyətin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəsisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq vəİnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
08/07/2015 16:52
Dekabrın 19-da Təhsil Nazirliyində “Ali təhsil müəssisələrində istehsalat və pedaqoji təcrübənin təşkili: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda kollegiya iclası keçirilib.
Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin ali təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, son illər bu istiqamətdə aparılan dəyişikliklərdən söz açıb. Nazir bildirib ki, ölkəmizin kadr hazırlığını təmin edən ali təhsil müəssisələrinin əsas məqsədi və vəzifəsi yüksək peşəkarlığa malik, müstəqil əmək fəaliyyətinə qadir olan mütəxəssis yetişdirməkdir. Bu isə təhsil alanlara həm nəzəri biliklərin öyrədilməsi və həm də praktik vərdişlərin aşılanması zamanı həyata keçirilir. Misir Mərdanov ali təhsil müəssisələrində istehsalat və pedaqoji təcrübənin təşkili, keçirilməsi vəziyyətindən danışaraq mövcud problemlər haqqında da məlumat verib. Eyni zamanda keçirilən iclasın müzakirə olunan məsələnin həlli istiqamətində mühüm rol oynayacağını qeyd edib. Sonra Misir Mərdanov müvafiq sahə üzrə ətraflı məlumat vermək üçün sözü nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevə verib. İ. Mustafayev “Ali təhsil müəssisələrində istehsalat və pedaqoji təcrübənin təşkili: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda təqdimat edib. O öz təqdimatında iştirakçılara bu sahədə olan real vəziyyət, təcrübənin təşkili və həyata keçirilməsində yaranan problemlərdən söz açıb, eləcə də ixtisas üzrə təcrübələri günün tələblərinə cavab verə biləcək səviyyədə qurmaq məqsədilə müvafiq təkliflərlə çıxış edib. Kollegiya iclasında bir sıra ali təhsil müəssisələrinin rəhbərləri çıxış edərək bugünkü müzakirədən sonra qeyd olunan istiqamətdə müsbət nəticə əldə olunacağına ümid etdiklərini diqqətə çatdırıblar.
08/07/2015 16:52
Mayın 20-də Təhsil Nazirliyinin “Edumedia Azərbaycan” təşkilatı ilə birgə təşkil etdiyi “Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “Edumedia Azərbaycan” təşkilatının direktoru Orxan Əzizov, ali və ümumi təhsil məktəblərinin rəhbərləri iştirak ediblər. Mərasimdə dünən Bakının Binəqədi rayonundakı binada baş vermiş yanğın nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd müasir informasiya-kommunikasiya texnologiyalarının təhsildə istifadəsini genişləndirməkdən ibarətdir. Nazir müavini təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə böyük diqqət yetirildiyini vurğulayıb. Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramının hazırlanması istiqamətində işlərin davam etdiyini bildirən C.Bayramov son bir ildə 60 elektron dərslik, 120-yə yaxın video dərs hazırlandığını qeyd edib. “Promethean” şirkətinin Mərkəzi Asiya üzrə regional meneceri Con Makdermot layihə barədə tədbir iştirakçılarına məlumat verib. Müsabiqə I-IV siniflər üçün hazırlanmış ən yaxşı resurs, V-XI siniflər üçün hazırlanmış ən yaxşı resurs və ən yaxşı təlimçi işi nominasiyaları üzrə keçirilib. İştirakçıların əsas vəzifəsi məktəb kursunun bir və ya bir neçə mövzusunu əhatə edən, “Activinspire” proqramının köməkliyi ilə hazırlanmış elektron materiallardan ibarət və metodiki şərhlərlə əsaslandırılan didaktik material təqdim etmək idi. Müsabiqə dövründə 200-dən artıq resurs qəbul olunub və onlar arasından qaliblər seçilib. Çıxışlardan sonra qaliblərə mükafatlar təqdim olunub. Onlara diplomla yanaşı, Böyük Britaniyanın “Promethean” şirkətinin məhsulları olan "Promethean ActivExpression", "Promethean ActivView" və "Promethean ActivSlate" avadanlıqları verilib. "ActivExpression" vasitəsilə şagirdlər müəllimin verdiyi sualları cavablandırır, müəllim isə nəticələri elektron lövhənin ekranında müşahidə edir. "ActivView" kameranın qarşısında yerləşdirilən hər hansı obyektin təsvirini elektron lövhədə nümayiş etdirir. “ActivSlate" vasitəsilə müəllim uzaq məsafədən belə elektron lövhə üzərində əməliyyat apara və qeydlər edə bilər. Qeyd edək ki, Təhsil Nazirliyi ölkənin 640-dan çox ümumi təhsil məktəbinə belə elektron lövhələr verib. Bundan əlavə, elektron lövhədən istifadənin effektivliyinin artırılması məqsədilə ümumi təhsil məktəblərindən 4300-dən çox müəllimə təlim keçirilib. Bu lövhələrin əsas üstünlükləri minlərlə elektron dərsliklərə çıxış imkanı, eyni zamanda iki istifadəçinin eyni zamanda işləməsinə şərait yaratması, müxtəlif əməliyyat sistemləri ilə işləmə qabiliyyətidir.
08/07/2015 16:52
"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil edilmliş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam edir.
Sumqayıt şəhərində çimərlik futbolu üzrə keçirilən yarışda Sumqayıt şəhərinin, Xızı, Quba, Qobustan, Qusar, Siyəzən, Qubadlı, Xaçmaz, Abşeron və Şabran rayonlarının komandaları birincilik uğrunda mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Sumqayıt şəhərinin, 2-ci yeri Xaçmaz, 3-cü yeri Quba rayonunun komandaları tutublar. Sumqayıt şəhərində daha bir idman yarışı Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub. Məktəblilər arasında stolüstü tennis üzrə zona yarışında Sumqayıt şəhərinin, Xızı, Quba, Qusar, Siyəzən, Xaçmaz, Abşeron, Şabran rayonunun 80 nəfərdən çox idmançısı mübarizə aparıb. Komanda hesabında oğlanlar arasında 1-ci və 3-cü yerləri Şabran rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, qızlar arasında 1-ci yeri Şabran rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, 3-cü yeri Quba rayonunun komandaları tutublar. Qax rayonunda taekvondo idman növü üzrə zona yarışı keçirilib. Qax Olimpiya İdman Kompleksində keçirilən məktəblilər arasında zona yarışında qalib adı uğrunda mübarizəyə 100 nəfərə yaxın idmançı qatılıb. Komanda hesabında 1-ci yeri Qax, 2-ci yeri Qəbələ, 3-cü yeri Zaqatala rayonunun komandaları tutublar. Sabirabad rayonunda isə basketbol idman növü üzrə zona yarışları davam etdirilib. Sabirabad Olimpiya İdman Kompleksində keçirilmiş yarışda 10 rayonun komandaları mübarizə aparıblar. Yarışın nəticələrinə əsasən 1-ci yerə Hacıqabul, 2-ci yerə Saatlı, 3-cü yerə Sabirabad rayonunun komandaları layiq görülüb. Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və medallarla təltif olunub.
08/07/2015 16:52
Təhsil Nazirliyi I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin təbliğinə həsr olunmuş yarışları davam etdirir.
Kütləvi idman tədbirləri çərçivəsində bu dəfəki yarışlar sağlamlıq imkanları məhdud məktəblilər arasında təşkil olunub. Türkan qəsəbəsi 6 nömrəli Respublika xüsusi internat məktəbində futbol və basketbol idman növləri üzrə keçirilən yarışda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli, Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi, 8 nömrəli Sanatoriya tipli və 11 nömrəli İnteqrasiya təlimli internat məktəblərinin komandaları mübarizə aparıblar. Futbol yarışında I yeri 11 nömrəli, II yeri 4 nömrəli, III yeri 5 nömrəli, basketbol yarışında isə I yeri 6 nömrəli, II yeri 8 nömrəli, III yeri 4 nömrəli internat məktəbinin komandası tutub. Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və medallarla təltif olunub.
08/07/2015 16:52
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılması prosesi davam edir.
Müvafiq siyahıda adı olan şəxslərdən 19 may 2015-ci il tarixinə qədər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçmiş 221 nəfərdən 128-i sənədlərini geri alıb. Qeyd edək ki, qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər. Siyahı
08/07/2015 16:52
Mayın 20-də Təhsil Nazirliyinin “Universitet kitabxanaları məktəblilərin gözü ilə” layihəsi çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin Azərbaycan Dövlət İqtisad Universiteti və Qərb Universitetinə səfəri təşkil olunub.
Layihənin əsas məqsədi şagirdlərdə ali məktəb kitabxanaları haqqında dolğun təsəvvürlərin formalaşdırılmasını və onlara əlavə biliklərin verilməsini təmin etmək, eləcə də məktəblilərin universitet kitabxanaları ilə yaxından tanış olmasına əlverişli şərait yaratmaqdan ibarətdir. Layihə çərçivəsində Bakı şəhərindəki Heydər Əliyev adına Lisey, 132-134 nömrəli Təhsil Kompleksi, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi və Gənc İstedadlar Liseyinin hər birindən 8 nəfər IX – XI sinif şagirdi ali məktəblərin kitabxanaları ilə yaxından tanış olub. Hər iki ali təhsil müəssisəsinin kitabxanası haqqında şagirdlərə ətraflı məlumat verilib, elektron və ənənəvi resurslardan istifadə imkanları barədə fikirlər səsləndirilib. Məktəblilər universitetlərin kitabxanası haqqında təəssüratlarını qeyd edib və əvvəlcədən müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirmə aparıblar. Qeyd edək ki, layihə çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin 6 ali məktəb kitabxanasına səfəri nəzərdə tutulub. Layihənin yekununda ali təhsil müəssisələri kitabxanalarının imkanları və oxucu məmnunluğu baxımından şəraiti məktəblilərin rəyi əsasında qiymətləndiriləcək, bu sahədə zəruri hesab edilən təkmilləşdirici təkliflər irəli sürüləcək. Həmçinin, şagirdlər ali təhsil müəssisələrinin kitabxanaları ilə tanışlıq zamanı kitabxanaçılıq, informasiya mübadiləsi, kitabxanaların tarixi, kitabxana-biblioqrafiya işi haqqında əldə etdikləri məlumatları öz həmyaşıdları ilə bölüşəcəklər.
08/07/2015 16:52
"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Bakı şəhəri İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbində festival keçirilib.
100 nəfərdən artıq məktəbli gimnastın qatıldığı tədbirdə müxtəlif proqramlarla nümunəvi çıxışlar nümayiş olunub. Tədbirdə Təhsil Nazirliyinin, Gimnastika Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xatırladaq ki, Təhsil Nazirliyi “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) məktəblilər arasında təşkil etdiyi zona yarışlarını davam etdirir. I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.
08/07/2015 16:52
Sağlamlıq imkanları məhdud məktəblilər arasında "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin təbliğinə həsr olunmuş şən start və atletika yarışları keçirilib.
Buzovna qəsəbəsi 8 nömrəli sanatoriya tipli internat məktəbində keçirilən yarışlarda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli, Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi, 8 nömrəli sanatoriya tipli və 11 nömrəli inteqrasiya təlimli internat məktəblərinin komandaları iştirak ediblər. Şən startlar üzrə keçirilən yarışda 1-ci yeri 8 nömrəli, 2-ci yeri 6 nömrəli, 3-cü yeri 11 nömrəli, atletika idman novü üzrə isə 1-ci yeri 6 nömrəli, 2-ci yeri 5 nömrəli, 3-cü yeri 2 nömrəli internat məktəblərin komandaları tutublar. Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları, hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında intellektual oyun üzrə 2015-ci ilin regional məktəb çempionatı keçirilib.
“Bakı 2015” I Avropa Oyunlarına həsr olunmuş çempionatda ölkəmizin bütün bölgələrinin komandaları regional qalib adı uğrunda mübarizə aparıblar. Çempionatın açılış mərasimində Təhsil Nazirliyinin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində silsilə tədbirlər həyata keçirdiyi qeyd olunub və gənc nəslin intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində təşkil edilən bilik yarışlarının əhəmiyyəti vurğulanıb. İntellektual yarışın hər bir azərbaycanlı üçün qürurverici hadisə olan “Bakı 2015” I Avropa Oyunlarına həsr olunması təqdir edilib. Bildirilib ki, yarışın keçirilməsi regionlarda gənclərin intellektual klublarının yaradılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb edilməsi və onların asudə vaxtının səmərəli təşkilinin təmin olunması məqsədlərinə xidmət edir. Rəsmi mərasimdən sonra çempionata start verilib. Bütün ölkə üzrə eyni gündə keçirilən çempionatda 12 qalib müəyyən olunub. Üç saat davam edən yarışın nəticələrinə əsasən, Bakı birinciliyinin qalibi 18 nömrəli tam orta məktəbin komandası olub. Gəncədə keçirilən regional yarışda birinci yeri Gəncə şəhər 31 nömrəli tam orta məktəbin, Sumqayıtda keçirilən regional yarışda isə Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin komandası tutub. Ətraf rayonların komandalarının iştirakı ilə keçirilən Lənkəran regional yarışının qalibi Masallı, Quba regional yarışının qalibi Şabran, Şəmkir regional yarışının qalibi Şəmkir, Mingəçevir regional yarışının qalibi Ağdaş, Şirvan regional yarışının qalibi Şirvan, Göyçay regional yarışının qalibi Zərdab, İmişli regional yarışının qalibi İmişli rayonunun komandası olub. Qaliblərə Təhsil Nazirliyinin diplomu, kubok və medallar təqdim edilib. Bakı birinciliyinin və regional yarışların qalibləri bu ilin sentyabr və oktyabr aylarında keçiriləcək “Təhsil Kuboku” uğrunda yarışlarda iştirak hüququ qazanıblar.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı