• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 20-də 276 nömrəli tam orta məktəbdə İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və inzibati heyətin mükafatlandırılma mərasimi keçirilib.

Qeyd edək, İnnovativ Texnologiyalar Təşkilatı və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən İnnovativ Texnologiyalar Təşkilatı tərəfindən Bakı şəhəri üzrə ibtidai sinif müəllimləri və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən inzibati heyət üçün 3 ay ərzində müvafiq olaraq “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlər həyata keçirilib.  3320 müəllim və inzibati heyət arasında keçirilən diaqnostik qiymətləndirmədə 519 nəfər müvəffəqiyyət qazanıb. Digərləri isə İKT savadlılığının artırılması üzrə yuxarıda qeyd olunan təlimlərə cəlb olunub.  Təlimlərin sonunda 742 nəfər müəllim və inzibati heyət yekun qiymətləndirmədə iştirak edib. Onlardan 584 nəfəri yekun imtahanlardan müvəffəqiyyətlə keçərək sertifikat, kompüter və prometan lövhələrlə mükafatlandırılıb. Ümumiyyətlə diaqnostik qiymətləndirmədən müvəffəqiyyətlə keçmiş, həm də təlimlərdə iştirak edərək yekun qiymətləndirmədən yüksək bal toplayan 1103 müəllim və inzibati heyət sertifikata və müxtəlif hədiyyələrə layiq görülüb.

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə layihəsi olan “Məktəblilər üçün muzey həftəsi” yekunlaşıb.

Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər və Ekologiya” adlı yeni interaktiv–təhsil proqramı Bakı şəhərinin ümumi təhsil məktəblərini əhatə edib. Layihənin icrasına Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəstək göstərib. Proqramın məqsədi ölkənin böyük muzeylərinin kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə məktəblilərin tanış edilməsindən ibarətdir. Proqram çərçivəsində 7000 nəfərdən çox məktəbli Heydər Əliyev Mərkəzi, Müasir İnəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi, “Qala” Dövlət Tarixi-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Tahir Salahovun Ev Muzeyi, Miniatür Kitab Muzeyi, Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeylərində təşkil olunmuş xüsusi maarifləndirici turlarda iştirak ediblər. Qeyd edək ki, 1977-ci ildən başlayaraq mayın 18-i Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə dünyanın 150-dən artıq ölkəsində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası builki muzeylər gününü “Muzeylər və cəmiyyətin dayanıqlı inkişafı” mövzusuna həsr edib.

Dekabrın 17-də Bakı Dövlət Universitetində Rəqəmsal imkanların yayılması üzrə Koreya Agentliyinin (KADO) dəstəyi ilə yaradılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov KADO-nun xarici və daxili rəqəmsal sistemlərin hərtərəfli təmin edilməsi məqsədilə yaradılan və Koreya dövləti tərəfindən birbaşa dəstək verilən bir təşkilat olduğunu bildirib. Nazir qeyd edib ki, əhalinin informasiya və kommunikasiya sistemləri ilə təchizi, müasir texnologiya və avadanlıqlarla tanış edilməsi, informasiya almaq imkanlarının yaxşılaşdırılması bu təşkilatın əsas vəzifələrindəndir. Misir Mərdanov onu da əlavə edib ki, bu layihəyə qoşulmaqda əsas məqsəd ən son informasiya texnologiyalarına yiyələnməklə qloballaşan dünyanın inteqrasiya proseslərində daha fəal iştirak etməkdir. Mərasimdə BDU-nun rektoru Abel Məhərrəmov, Koreya Respublikasının İctimai İdarəetmə və Təhlükəsizlik nazirinin müavini Kin Young Ho, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvang Chul və KADO-nun vitse-prezidenti Park Von Geun çıxış ediblər. Sonra lent kəsilərək mərkəzə baxış keçirilib. Məlumat üçün qeyd edək ki, 3 geniş otaqdan ibarət olan bu mərkəzdə 75 kompüter və iki genişekranlı proyektorlar quraşdırılıb.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak etmək məqsədilə Koreya Respublikasının İnçon şəhərinə səfər edib.

Bundan əvvəl, 2000-ci ilin dekabrında keçirilmiş Dünya Təhsil Forumunda “Minilliyin İnkişaf Məqsədləri” müzakirə olunub və “Hamı üçün təhsil” sənədi qəbul edilib. 2015-ci ildə “Minillik İnkişaf Məqsədləri”nin icra müddəti başa çatır və bu sahədə yeni bir sənədin qəbul olunması nəzərdə tutulur. Bununla əlaqədar YUNESKO və Koreya Respublikasının birgə təşkilatçılığı ilə 19-22 may tarixlərində keçirilən Dünya Təhsil Forumunda 2015-ci ildən sonrakı dövr üçün təhsil sahəsində “Davamlı İnkişaf Məqsədləri” müzakirə edilib. Mayın 19-da Azərbaycan Respublikasının nümayəndə heyəti forumun açılış mərasimində iştirak edib. Açılış mərasimində BMT-nin baş katibi Pan Gi Mun, YUNESKO-nun Baş direktoru İrina Bokova, Koreya Respublikasının Prezidenti Pak Kın He, Dünya Bankının prezidenti Cim Yen Kim, YUNİSEF-in icraçı direktoru Antoni Leyk, BMT Qadın təşkilatının icraçı direktoru Fumzile Mlambo-Ngcuka, YUNESKO-nun ibtidai və ali təhsil üzrə xüsusi elçisi Şeyxa Moza bint Nasir və 2014-cü ilin Nobel mükafatı qalibi Kailaş Satyarti çıxış ediblər. Mayın 20-də forumun 1-ci sessiyasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və qayğısı ilə ölkəmizdə həyata keçirilən təhsil islahatları və bu çərçivədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası barədə məlumat verib. Təhsil naziri M.Cabbarovun Koreya Respublikası baş nazirinin müavini, təhsil naziri Hvanq Voo-yea ilə görüşü zamanı iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi, hər iki ölkə rəhbərliyinin qarşılıqlı əməkdaşlığın genişlənməsinə böyük əhəmiyyət verdiyi, ölkələrimizin təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğu vurğulanıb və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Sonra Mikayıl Cabbarov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Koreya Respublikasının ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüş zamanı tələbələrin təhsil prosesi ilə maraqlanan təhsil naziri onların xaricdə əldə etdikləri bilik və bacarıqların böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir Dövlət Proqramı çərçivəsində tələbələrin xaricdə təhsilinin maliyyələşdirilməsinin ölkəmizin gələcəyinə yönəlmiş investisiya olması və bu səbəbdən onların məzun olduqdan sonra Azərbaycana dönərək öz sahələri üzrə çalışmasının və ölkəmizin gələcək iqtisadi inkişafına layiqli töhfələr verməsinin əhəmiyyəti barədə söhbət açıb. Təhsil nazirinin Koreyanın İqtisadi İnkişaf Əməkdaşlıq Fondunun Baş direktoru Kim Tae-soo ilə görüşündə 2014-cü ilin 11 aprel tarixində Bakıda imzalanmış Azərbaycan Respublikası Hökuməti və Koreya İxrac-İdxal Bankı arasında kredit sazişi çərçivəsində Peşə Tədrisi Mərkəzinin yaradılması layihəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Hankuk Xarici Dillər Universitetinin prezidenti Kim İn Çul ilə görüşdə isə bu ali təhsil müəssisəsində Azərbaycan dilinin tədris olunması və bu prosesə azərbaycanlı professorun cəlb olunması təqdirəlayiq hal kimi qiymətləndirilib. Mikayıl Cabbarov həmçinin, Koreya Təhsilin İnkişafı İnstitutu (KEDİ), Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) prezidentləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Koreya Respublikasının təhsil sahəsində təcrübəsinin öyrənilməsi, ölkələrimiz arasında hazırda həyata keçirilən layihələr və qarşılıqlı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub. Dünya Təhsil Forumu çərçivəsində “Dünyanın ən böyük dərsi” layihəsinin təqdimatı təşkil olunub və Azərbaycan bu layihəyə qoşulub. Səfər çərçivəsində işçi qaydada əlavə bir sıra görüşlər də keçirilib.

Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı yanğın baş vermiş çoxmərtəbəli binada yaşayan ümumi təhsil müəssisələri şagirdlərinin siyahısı Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilmiş qərargaha təqdim olunub.

Bu siyahıda adı olan şagirdlər ailələri ilə birgə müvəqqəti məskunlaşdıqları ünvana yaxın məktəblərdə təhsillərini davam etdirəcəklər. Qərargahda Təhsil Nazirliyini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov təmsil edir. Həmçinin, vətəndaşlar yanğın hadisəsi zamanı sıradan çıxmış təhsil sənədlərini yenidən almaq üçün yaxınlıqda səyyar fəaliyyət göstərən ASAN Xidmətə, yaradılmış qərərgaha və ya birbaşa Təhsil Nazirliyinə  müraciət edə bilərlər. Əlavə məlumat almaq istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edə bilərlər.

Mayın 21-də Sabunçu rayonu 252 nömrəli tam orta məktəbdə “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlərdə yüksək nəticə göstərmiş ibtidai sinif müəllimləri və inzibati heyət işçilərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Sabunçu və Suraxanı rayonları üzrə 228 nəfər ibtidai sinif müəllimi və inzibati heyət işçisinə sertifikat verilib. Bunlardan yüksək bal toplayan 134 nəfər isə həmçinin, kompüterlə təltif olunub. Ümumilikdə, sertifikat və kompüterlə təltif olunan iştirakçılardan 111 nəfəri ibtidai sinif müəllimi, 117 nəfəri isə inzibati heyət işçisidir.

Mayın 22-də Yasamal rayonu 18 nömrəli tam orta məktəbdə “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlərdə yüksək nəticə göstərmiş ibtidai sinif müəllimləri və inzibati heyət işçilərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Yasamal, Qaradağ və Səbail rayonları üzrə 173 nəfər ibtidai sinif müəllimi və inzibati heyət işçisinə sertifikat verilib. Onlardan yüksək bal toplayan 113 nəfərə isə həmçinin, kompüter hədiyyə olunub. Ümumilikdə, təltif olunan iştirakçılardan 93 nəfəri ibtidai sinif müəllimi, 80 nəfəri isə inzibati heyət işçisidir.

"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Xaçmaz rayonunda voleybol idman növü üzrə zona yarışı keçirilib.

Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Sumqayıt şəhərinin, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron və Qubadlı rayonlarının komandaları mübarizə aparıblar. 1-ci yeri Sumqayıt şəhərinin, 2-ci yeri Abşeron, 3-cü yeri isə Xaçmaz rayonunun komandaları tutublar. Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub.

Mayın 23-də Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası, “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə tələbələrin əmək yarmarkası keçirilib.

Yarmarkada işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradılıb. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva, “Britiş Amerikan Tobakko” şirkətinin baş meneceri  Zviad Şvitaridze,  həmçinin 20-ə yaxın ali təhsil müəssisəsi rəhbərləri iştirak ediblər. Açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov məzunların işədüzəlmə imkanlarının artmasında mütəmadi olaraq keçirilən əmək yarmarkalarının böyük rolu olduğunu vurğulayıb. Nazir bildirib ki, əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir. Mikayıl Cabbarov bu əmək yarmarkasının əvvəlkilərdən fərqli qaydada təşkil olunduğunu qeyd edib. Belə ki, tədbirdən əvvəl işəgötürənlərlə tələbələr arasında əlaqə yaradılıb, şirkətlər namizədlər haqqında ətraflı məlumatlandırılıb və tədbir günü üçün müvafiq şirkət nümayəndələri ilə görüşlər təyin olunub. İlk dəfə yaradılan bu imkanlardan bəhrələnmək üçün ölkəmizin bütün bölgələrindən 2700-dən çox tələbə xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçiblər. Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin aparat rəhbəri Məhəmməd Abdullayev bildirib ki, Heydər Əliyev Fondu təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır və bu məqsədlə bir sıra layihələr, o cümlədən, “Təhsilə dəstək”, “Yeniləşən Azərbaycana yeni məktəb”, uşaq evləri və internat məktəblərinin inkişafına yönəlmiş layihələr həyata keçirib. Onun sözlərinə görə, Heydər Əliyev Mərkəzi bu günədək Təhsil Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirib. Bu tədbirlər Heydər Əliyev irsinin öyrənilməsinə və gənclər arasında geniş təbliğinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılması, müasir dünya mədəniyyəti barəsində təsəvvürlərinin formalaşmasına yönəlib. Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva və “Britiş Amerikan Tobakko” şirkətinin baş meneceri Zviad Şvitaridze çıxışlarında tədbirin  əhəmiyyəti barədə fikirlərini açıqlayıblar. Tələbələrin əmək yarmarkasında  ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq beynəlxalq və yerli şirkət iştirak edib. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılıblar. Açılış mərasimindən sonra qonaqlar yarmarkada təqdim olunan stendlər  ilə tanış olublar.  

Niderlandda 40 ölkənin tələbələrinə Avropa Oyunlarının təqdimatı keçirilib

Niderlandın Roterdam şəhərində yerləşən Roterdam Erasmus Universitetində “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib. Təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu universitetin Beynəlxalq Biznesin İdarəolunması və Beynəlxalq İqtisadiyyat və Biznes fakültələrində təhsil alan Yusif Əzimov və Toğrul Eyvazovun təşəbbüsü ilə təşkil olunub. Təqdimatda azərbaycanlı tələbələrlə yanaşı, Niderland, Belçika, Lüksemburq, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, İrlandiya, Almaniya, Avstriya, İsveçrə, İslandiya, Norveç, Polşa, Rusiya, Ukrayna, Çexiya, Bolqarıstan, Moldova, Rumıniya, Macarıstan, Serbiya, Çin, Tayvan, Koreya, Yaponiya, İndoneziya, Viyetnam, Hindistan, Nepal, Gürcüstan, Qazaxıstan, İran, Türkiyə, ABŞ, Kanada, Surinam, Braziliya və Kolumbiyadan olan 100-dən artıq tələbə iştirak edib. Təqdimat zamanı iştirakçılara tarixdə ilk dəfə keçiriləcək “Bakı 2015” 1-ci Avropa Oyunları, oyunların mahiyyəti və oyunlarda əhatə olunacaq idman növləri haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı qızıl medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçirilməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatın gedişatında Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış video-çarx iştirakçıların diqqətinə çatdırılıb. İştirakçılara Azərbaycan, onun tarixi və dəyərləri, eləcə də burada Oyunlar zamanı turistlər üçün yaradılacaq imkanlar haqqında məlumat verildiyi təqdimat iştirakçılarla fikir mübadiləsi ilə davam edib. İştirakçıların Avropa Oyunları ilə bağlı sualları cavablandırılıb və Avropa Oyunları iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı