• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Bakı şəhəri İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbində festival keçirilib.

100 nəfərdən artıq məktəbli gimnastın qatıldığı tədbirdə müxtəlif proqramlarla nümunəvi çıxışlar nümayiş olunub.
Tədbirdə Təhsil Nazirliyinin, Gimnastika Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Təhsil Nazirliyi “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) məktəblilər arasında təşkil etdiyi zona yarışlarını davam etdirir.
I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.


10 il əvvəl