SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Sağlamlıq imkanları məhdud məktəblilər arasında "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin təbliğinə həsr olunmuş şən start və atletika yarışları keçirilib.
Buzovna qəsəbəsi 8 nömrəli sanatoriya tipli internat məktəbində keçirilən yarışlarda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli, Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi, 8 nömrəli sanatoriya tipli və 11 nömrəli inteqrasiya təlimli internat məktəblərinin komandaları iştirak ediblər.
Şən startlar üzrə keçirilən yarışda 1-ci yeri 8 nömrəli, 2-ci yeri 6 nömrəli, 3-cü yeri 11 nömrəli, atletika idman novü üzrə isə 1-ci yeri 6 nömrəli, 2-ci yeri 5 nömrəli, 3-cü yeri 2 nömrəli internat məktəblərin komandaları tutublar.
Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları, hədiyyələr təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl