SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 19-da Təhsil Nazirliyində “Ali təhsil müəssisələrində istehsalat və pedaqoji təcrübənin təşkili: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda kollegiya iclası keçirilib.
Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin ali təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, son illər bu istiqamətdə aparılan dəyişikliklərdən söz açıb. Nazir bildirib ki, ölkəmizin kadr hazırlığını təmin edən ali təhsil müəssisələrinin əsas məqsədi və vəzifəsi yüksək peşəkarlığa malik, müstəqil əmək fəaliyyətinə qadir olan mütəxəssis yetişdirməkdir. Bu isə təhsil alanlara həm nəzəri biliklərin öyrədilməsi və həm də praktik vərdişlərin aşılanması zamanı həyata keçirilir.
Misir Mərdanov ali təhsil müəssisələrində istehsalat və pedaqoji təcrübənin təşkili, keçirilməsi vəziyyətindən danışaraq mövcud problemlər haqqında da məlumat verib. Eyni zamanda keçirilən iclasın müzakirə olunan məsələnin həlli istiqamətində mühüm rol oynayacağını qeyd edib.
Sonra Misir Mərdanov müvafiq sahə üzrə ətraflı məlumat vermək üçün sözü nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevə verib.
İ. Mustafayev “Ali təhsil müəssisələrində istehsalat və pedaqoji təcrübənin təşkili: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda təqdimat edib. O öz təqdimatında iştirakçılara bu sahədə olan real vəziyyət, təcrübənin təşkili və həyata keçirilməsində yaranan problemlərdən söz açıb, eləcə də ixtisas üzrə təcrübələri günün tələblərinə cavab verə biləcək səviyyədə qurmaq məqsədilə müvafiq təkliflərlə çıxış edib.
Kollegiya iclasında bir sıra ali təhsil müəssisələrinin rəhbərləri çıxış edərək bugünkü müzakirədən sonra qeyd olunan istiqamətdə müsbət nəticə əldə olunacağına ümid etdiklərini diqqətə çatdırıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl