SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında intellektual oyun üzrə 2015-ci ilin regional məktəb çempionatı keçirilib.
“Bakı 2015” I Avropa Oyunlarına həsr olunmuş çempionatda ölkəmizin bütün bölgələrinin komandaları regional qalib adı uğrunda mübarizə aparıblar.
Çempionatın açılış mərasimində Təhsil Nazirliyinin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində silsilə tədbirlər həyata keçirdiyi qeyd olunub və gənc nəslin intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində təşkil edilən bilik yarışlarının əhəmiyyəti vurğulanıb. İntellektual yarışın hər bir azərbaycanlı üçün qürurverici hadisə olan “Bakı 2015” I Avropa Oyunlarına həsr olunması təqdir edilib.
Bildirilib ki, yarışın keçirilməsi regionlarda gənclərin intellektual klublarının yaradılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb edilməsi və onların asudə vaxtının səmərəli təşkilinin təmin olunması məqsədlərinə xidmət edir.
Rəsmi mərasimdən sonra çempionata start verilib. Bütün ölkə üzrə eyni gündə keçirilən çempionatda 12 qalib müəyyən olunub.
Üç saat davam edən yarışın nəticələrinə əsasən, Bakı birinciliyinin qalibi 18 nömrəli tam orta məktəbin komandası olub. Gəncədə keçirilən regional yarışda birinci yeri Gəncə şəhər 31 nömrəli tam orta məktəbin, Sumqayıtda keçirilən regional yarışda isə Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin komandası tutub. Ətraf rayonların komandalarının iştirakı ilə keçirilən Lənkəran regional yarışının qalibi Masallı, Quba regional yarışının qalibi Şabran, Şəmkir regional yarışının qalibi Şəmkir, Mingəçevir regional yarışının qalibi Ağdaş, Şirvan regional yarışının qalibi Şirvan, Göyçay regional yarışının qalibi Zərdab, İmişli regional yarışının qalibi İmişli rayonunun komandası olub.
Qaliblərə Təhsil Nazirliyinin diplomu, kubok və medallar təqdim edilib.
Bakı birinciliyinin və regional yarışların qalibləri bu ilin sentyabr və oktyabr aylarında keçiriləcək “Təhsil Kuboku” uğrunda yarışlarda iştirak hüququ qazanıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl