• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sistemlərinin inteqrasiyasına nail olunması Azərbaycan təhsil sisteminin dayanıqlığına xidmət edən vasitə kimi müəyyən olunub. Təsdiq edilmiş qaydalar ölkəmizin ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyinin artırılmasına və təhsilin beynəlmiləlləşməsinə kömək edəcəkdir. Yeni qaydalarda müasir çağırışlara cavab verməyən bəzi məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, əvvəllər əcnəbi tələbələrin qəbulu ilə bağlı Təhsil Nazirliyinin razılığı tələb olunurdu ki, bu da beynəlxalq təcrübəyə uyğun olmamaqla, bir sıra çətinliklərə gətirib çıxarırdı. Qaydalarda namizədin dil biliyinin yoxlanması ilə bağlı yeniliklər də əks olunub. Xarici təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları və Azərbaycan Respublikasının təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pillə və ya səviyyəsində təhsil almaq üçün müraciət edən əcnəbilər tədris dilini dəyişmədikləri halda, həmçinin Qaydalara uyğun olaraq, müvafiq dil biliyi sertifikatı olan şəxslər dil biliyinin yoxlanmasından azad olunurlar. Beləliklə, 2015-2016-cı tədris ilindən etibarən ali təhsil müəssisələri müstəqil surətdə əcnəbi vətəndaşın dil və ixtisas biliklərini yoxlamaqla, müəyyən etdikləri tələblərə cavab verən abituriyentlərin qəbulunu apara biləcəklər.

"Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil edilmliş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində Bakıda velosiped üzrə növbəti zona yarışı keçirilib.

Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Dənizkənarı Milli Parkda təşkil olunmuş yarışın açılış mərasimində bildirilib ki, bu idman tədbiri Təhsil Nazirliyinin “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) məktəblilər arasında təşkil etdiyi zona yarışları çərçivəsində baş tutub. Yarış Bakı şəhərinin rayonları üzrə 3 yaş kateqoriyasından olan məktəbli oğlan və qızlar arasında təşkil olunub. 100-dək velosipedçinin qatıldığı yarışda oğlanlar arasında 2003-2004-cü il yaş qrupları üzrə 1-ci və 2-ci yerləri Xətai, 3-cü yeri Nərimanov, 2001-2002-ci il yaş qrupları üzrə 1-ci yeri Yasamal, 2-ci yeri Xətai, 3-cü yeri Nizami, 2000-ci il yaş qrupları üzrə 1-ci yeri Xətai, 2-ci və 3-cü yerləri Binəqədi, qızlar arasında 1-ci və 3-cü yerləri Xətai, 2-ci yeri isə Nizami rayonunun məktəbliləri tutub. Qaliblər diplom və medallarla mükafatlandırılıb. Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.

"Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil edilmliş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam edir.

Bu tədbirlər çərçivəsində Hövsan Olimpiya İdman Kompleksində məktəblilər arasında boks idman növü üzrə zona yarışı keçirilib. Yarışda 100-dən artıq boksçu 15 çəki dərəcəsində mübarizə aparıb. Komanda hesabında Nərimanov rayonunun təmsilçiləri üstünlük əldə ediblər. Şirvan şəhərində isə atletika idman növü üzrə zona yarışı keçirilib. Şirvan Olimpiya İdman Kompleksində keçirilmiş yarışda Şirvan şəhərinin, Hacıqabul, Saatlı, Kürdəmir, İmişli, Füzuli, Sabirabad, Ucar, Beyləqan, Ağcabədi, Zərdab və Laçın rayonunun məktəbliləri mübarizə aparıblar. Sabirabad Olimpiya İdman Kompleksində voleybol idman növü üzrə keçirilən zona yarışında Hacıqabul, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Laçın, Xocavənd rayonlarının və Şirvan şəhərinin komandaları mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Saatlı, 2-ci yeri Kürdəmir, 3-cü yeri isə Ucar rayonunun komandaları tutublar. Daha bir zona yarışı cüdo idman növü üzrə Şağan Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Bakı şəhərinin rayonları üzrə 149 məktəbli iştirak edib. Komanda hesabında 1-ci yeri Nizami, 2-ci yeri Sabunçu, 3-cü yeri Nərimanov rayonunun komandaları tutub. Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və medallarla təltif olunub. Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, idman federasiyalarının, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mayın 19-da Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Universitetində "Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunmuş “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçiriləcək.

Təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri, jurnalistika fakültəsinin tələbələri iştirak edəcək. Konfransda media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, ictimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı təqdimatların dinlənilməsi və təlimlərin keçirilməsi nəzərdə tutulur. İştirakçılar informasiya kampaniyaların keçirilməsi, press relizlərin yazılması, sosial qruplarla iş və digər mövzularda öz bilik və bacarıqlarını artıracaqlar. Təlim-konfransda uğur qazanmış iştirakçılara sertifikatlar veriləcək. Günün ikinci yarısında təlim-konfrans iştirakçılarının "Bakı-2015" I Avropa Oyunlarının Mətbuat Kəndinə və Milli Gimnastika Arenasına səfəri təşkil olunacaq. Qeyd edək ki, bu təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca üçüncü konfransdır.

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanı keçirilib.

İmtahanda 2015-2016-cı tədris ilində təhsillərini Kimya-biologiya təmayüllü respublika liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında davam etdirmək istəyən, hazırda 6, 7 və 8-ci siniflərdə təhsil alan 600-ə yaxın məktəbli iştirak edib. Şagirdlərə Ana dili, Riyaziyyat, Məntiq, Fizika, Biologiya, Kimya fənləri üzrə suallar təqdim olunub. Valideynlərə imtahanın gedişini müşahidə etmək imkanı yaradılıb. Eyni zamanda onlara imtahan prosesi barədə ətraflı məlumatlar verilib. Qeyd edək ki, imtahanların keçirilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsidir. Lisey və gimnaziyalara növbəti şagird qəbulu imtahanının avqust ayında keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 2015-ci il 30 aprel tarixli qərarı ilə 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat, magistratura, rezidentura səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planları təsdiq edilib.

Ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq, 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb. Dövlət sifarişi üzrə plan yerləri iqtisadiyyat və idarəetmə, humanitar və sosial, səhiyyə, rifah və xidmət ixtisas qruplarına daxil olan ixtisaslar üzrə azaldılıb, həmin yerlərin hesabına təhsil, texniki və texnoloji ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Özəl ali təhsil müəssisələrinə tələbə qəbulu planı keçən ilə nisbətən 6,1 faiz artırılaraq, 6 549 yer planlaşdırılıb. Bakı Asiya Universitetinin müraciətini nəzərə alaraq, bu ali təhsil müəssisəsinə qəbul planlaşdırılmayıb. Eyni zamanda, Azərbaycan Müəllimlər İnstitutunun müraciətinə əsasən, Qazax və Zaqatala filiallarına da bu il qəbul aparılmayacaqdır. Müzakirələr zamanı komissiyanın üzvləri Təhsil Nazirliyinin təklifini qəbul edərək, Geologiya (300 bal), Kompüter elmləri (300 bal), Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (250 bal), İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (250 bal), İnşaat mühəndisliyi (250 bal), Nəqliyyat tikintisi mühəndisliyi (250 bal) ixtisasları üzrə müsabiqəyə ümumi balı yuxarıda qeyd olunan baldan aşağı olmayan abituriyentlərin buraxılmasını qərara alıb. Növbəti illərdə belə ixtisasların siyahısı daha da artacaqdır. Ali təhsil müəssisələrində bakalavr buraxılışı olmayan ixtisaslar üzrə magistraturaya plan yerləri ayrılmayıb, magistraturaya qəbul planı əvvəlki tədris ilinə nisbətən 167 yer artırılaraq, 6 492 yer (onlardan 2 522 dövlət sifarişli) nəzərdə tutulub. Orta ixtisas təhsili müəssisələrinə qəbul planı 15 061 yer müəyyən olunub. Komissiyanın iclasında növbəti ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən sınaq imtahanların nəticələrinin Təhsil Nazirliyinə əvvəlcədən təqdim edilməsi, bunun əsasında növbəti pillədə təhsilini davam etdirəcək təhsilalanların proqnozunun müəyyənləşdirilməsi və tələbə qəbulu planlarının tərtib olunması, həmçinin, qəbul imtahanların nəicələrinin təhlilinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyi ilə birgə aparması və ictimaiyyətə açıqlanması məsələləri müzakirə olunub.

Bakıda YUNESKO-nun Assosiativ Məktəblər şəbəkəsinə üzv olan Azərbaycan və Rusiya məktəb direktorlarının “Sivilizasiyaların dialoqu və mədəniyyətlərarası əməkdaşlıq” mövzusunda regional seminarı keçirilib.

İkigünlük seminarın işində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Dmitri Panin, həmçinin Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, rusiyalı mütəxəssislər, Bakı və Sumqayıtdakı 11 assosiativ məktəbin nümayəndəsi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun əməkdaşları iştirak ediblər. Tədbirdə yerli və əcnəbi mütəxəssislərin çıxışları dinlənilib, təqdimatlar ətrafında müzakirələr aparılıb, birgə layihələrin həyata keçirilməsi yolları təklif edilib. Moskva nümayəndə heyətinin rəhbəri Yuri Qoryaçev Moskva Açıq Təhsil İnstitutunun YUNESKO kafedrasının Bakı Slavyan Universiteti ilə əməkdaşlıq perspektivləri barədə danışıb. Məruzə və çıxışlarda mədəniyyətlərarası dialoq və əməkdaşlığın inkişafı problemləri müzakirə olunub.

Təhsil naziri Mikayıl Cabbarov “Respublika fənn olimpiadalarının nəticələri barədə” əmr imzalayıb.

Əmrə əsasən, 2014-2015-ci tədris ili üzrə keçirilmiş məktəblilərin Respublika fənn olimpiadalarının nəticələri elan edilib.   “Respublika fənn olimpiadalarının nəticələri barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmri

Mayın 19-da Təhsil Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan" Universitetində "Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunmuş “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçirilib.

Təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri, jurnalistika fakültəsinin tələbələri iştirak ediblər. Konfransda media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, ictimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı təqdimatlar dinlənilib və təlimlər keçirilib. İştirakçılar informasiya kampaniyaların keçirilməsi, press relizlərin yazılması, sosial qruplarla iş və digər mövzularda bilik və bacarıqlarını artırıblar. “Azərtac” dövlət informasiya agentliyi, "Azad Azərbaycan" televiziyası və "APA-Holdinq"in informasiya dəstəyi ilə təşkil olunmuş konfransda  media və təhsil dialoqunun daha da yaxşılaşdırılması  ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib. Tədbirdə çıxış edən Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov belə konfransların keçirilməsinin təhsil-media dialoqunda mühüm əhəmiyyət kəsb etdiyini deyib. “Azad Azərbaycan” televiziyasının prezidenti Vüqar Qaradağlı təhsil-media dialoqu sahəsində mövcud vəziyyət barədə danışıb. Sonra təhsil eksperti Şahlar Əsgərov, Təhsil Şurasının sədri Əjdər Ağayev çıxış edərək təhsil-media sahəsində belə konfransların keçirilməsinin mühüm əhəmiyyətini qeyd ediblər. Onların fikrincə, mətbuat və media təlim-tərbiyədə mühüm rol oynayır və bu prosesin dialoq çərçivəsində öyrənilməsi vacib məsələdir. Tədbirin davamında "APA Holdinq"in prezident Vüsalə Mahirqızının, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarovun, Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri Aynur Kərimovanın, PR üzrə ekspert Aynur Rəşidovanın məruzələri dinlənilib. Təlim-konfransda uğur qazanmış iştirakçılara sertifikatlar verilib. Günün ikinci yarısında təlim-konfrans iştirakçılarının "Bakı-2015" I Avropa Oyunlarının Mətbuat Kəndinə və Milli Gimnastika Arenasına səfəri təşkil olunub. Qeyd edək ki, bu təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca üçüncü konfransdır.

Bu günlərdə Sumqayıt şəhərindəki Nəriman Nərimanov adına Mədəniyyət Sarayında Sülh Korpusu könüllülərinin VI qrupu tərkibində ölkəmizə gəlmiş 61 amerikalının ənənəvi andiçmə mərasimi keçirilib.

Mərasimdə Sülh Korpusunun könüllüsü Linda Rives çıxış edərək Azərbaycana dəvət edildiyinə, eləcə də bütün könüllüləri evlərinə qəbul etmiş ailələrə, təmsil olunduğu təşkilatın əməkdaşlarına və digər qurumların nümayəndələrinə minnətdarlığını bildirib, qazandığı təcrübə və bilikləri azərbaycanlı uşaqlara öyrətməkdən məmnun olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, həmin könüllülərin 26 nəfəri “İngilis dilinin tədrisi proqramı” üzrə azərbaycanlı şagird və müəllimlərə bu dili öyrənmək üzrə kömək göstərəcəklər. Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə Sülh Korpusunun Azərbaycandakı nümayəndəliyi arasında 2003-cü ildə imzalanmış Anlaşma Memorandumu əsasında ölkəmizin kənd rayonlarının ümumtəhsil məktəblərində “İngilis dilinin tədrisi proqramı” həyata keçirilir. Təşkilat “İqtisadi inkişaf” və “Gənclərin inkişafı” proqramları istiqamətində də iş aparır. Azərbaycanda fəaliyyətə başladığı vaxtdan Sülh Korpusunun 145 nəfər könüllüsü ölkəmizin 44 bölgəsində proqram çərçivəsində ümumtəhsil məktəblərində şagirdlərin ingilis dili üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə müvafiq iş aparmışlar. Eyni zamanda şagirdlərin bu dildə sərbəst danışmaları üçün əlavə tədbirlər həyata keçirmiş, fənnə dair tədris metodikasının təkmilləşdirilməsi sahəsində müəllimlərə yaxından kömək göstərmişlər. Onu da qeyd edək ki, 1961-ci ildə ABŞ-da yaradılan bu təşkilatın hazırda dünyanın 76 ölkəsində nümayəndəliyi vardır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı