• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil edilmliş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam edir.

Sumqayıt şəhərində çimərlik futbolu üzrə keçirilən yarışda Sumqayıt şəhərinin, Xızı, Quba, Qobustan, Qusar, Siyəzən, Qubadlı, Xaçmaz, Abşeron və Şabran rayonlarının komandaları birincilik uğrunda mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Sumqayıt şəhərinin, 2-ci yeri Xaçmaz, 3-cü yeri Quba rayonunun komandaları tutublar.
Sumqayıt şəhərində daha bir idman yarışı Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub. Məktəblilər arasında stolüstü tennis üzrə zona yarışında Sumqayıt şəhərinin, Xızı, Quba, Qusar, Siyəzən, Xaçmaz, Abşeron, Şabran rayonunun 80 nəfərdən çox idmançısı mübarizə aparıb. Komanda hesabında oğlanlar arasında 1-ci və 3-cü yerləri Şabran rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, qızlar arasında 1-ci yeri Şabran rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, 3-cü yeri Quba rayonunun komandaları tutublar.
Qax rayonunda taekvondo idman növü üzrə zona yarışı keçirilib. Qax Olimpiya İdman Kompleksində keçirilən məktəblilər arasında zona yarışında qalib adı uğrunda mübarizəyə 100 nəfərə yaxın idmançı qatılıb. Komanda hesabında 1-ci yeri Qax, 2-ci yeri Qəbələ, 3-cü yeri Zaqatala rayonunun komandaları tutublar.
Sabirabad rayonunda isə basketbol idman növü üzrə zona yarışları davam etdirilib. Sabirabad Olimpiya İdman Kompleksində keçirilmiş yarışda 10 rayonun komandaları mübarizə aparıblar. Yarışın nəticələrinə əsasən 1-ci yerə Hacıqabul, 2-ci yerə Saatlı, 3-cü yerə Sabirabad rayonunun komandaları layiq görülüb.
Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və medallarla təltif olunub.


10 il əvvəl