SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avropa Oyunları ərəfəsində “SABAH Foto” müsabiqəsinə start verilib.
“SABAH-ın könüllüsü” proqram çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər arasında “SABAH Foto” müsabiqəsinə start verilib. Fotomüsabiq ə“Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək məqsədilə SABAH qruplarının fəaliyyət göstərdiyi 7 ali təhsil müəssisəsinin tələbəsi olan və“SABAH-ın könüllüsü” proqramının iştirakçıları arasında keçirlir.
Müsabiqənin məqsədi fotoşəkillər vasitəsilə“SABAH-ın könüllüsü”nün “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş etdirməkdir.
Müsabiqəyə təqdim olunan fotolar Avropa Oyunlarının rəmzləri nümayiş olunmaqla, oyunların keçiriləcəyi idman növləri, idmançılar və idman tikililəri, Bakışəhərinin oyunların təşkilinə hazırlığını ifadə etməlidir. Fotomüsabiqə SABAH qruplarının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində həyata keçiriləcək. Müsabiqənin qalibi 2 mərhələdə həyata keçirilən seçimlər vasitəsilə müəyyən olunacaq. Birinci mərhələdə könüllülər tərəfindən çəkilmiş“Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək ifadə edən fotolar SABAH qruplarının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdiriləcək. Ən çox bəyənilən (“like” toplayan) 5 foto seçiləcək və münsiflərə təqdim olunacaq. 7 ali təhsil müəssisəsini təmsil edən münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri seçiləcək.
Müsabiqənin qalibləri “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet əldə edəcək və xüsusi hədiyyə paketi ilə mükafatlandırılacaq. Müsabiqə zamanı təqdim olunmuşən yaxşı fotolar seçilərək “Park Bulvar” AVM-də təşkil ediləcək sərgidə nümayiş etdiriləcək.
Müsabiqə və onun şərtləri haqqında ətraflı məlumatı SABAH qruplarının rəsmi Facebook səhifəsinə (www.facebook.com/sabah.edu.gov.az) daxil olmaqla, eləcə də konullu.sabah@edu.gov.az elektron poçt ünvanı iləəlaqə saxlamaqla əldə etmək mümkündür.
Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsildə keyfiyyətin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəsisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq vəİnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl