SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Onlar bizi I Avropa Oyunlarında təmsil edəcək
Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançıların təqdimatını davam edirik. I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar. Kərim Musayev 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis İdman məktəbinin yetirməsidir. İdmanın badminton növü üzrə Azərbaycan çempionu olan K.Musayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Fərhad İsmayılov “Təhsil” Respublika İdman Mərkəzi – 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimidir. İdmanın stolüstü tennis növü üzrə məşğul olan F.İsmayılov 11 qat Azərbaycan çempionudur. Hacı Əliyev idmanın sərbəst güləş növü üzrə məşğul olur.Dünya və Avropa çempionatlarının qalibi olan H.Əliyev Abşeron Rayonu Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Yekaterina Sokolova Bakı şəhərı 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Atletika ilə məşğul olan Y.Sokolova Azərbaycan və İstambul Balkan Oyunlarının iştirakçısıdır. Orxan Qələndərov “Təhsil” Respublika İdman Mərkəzi – 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan O.Qələndərov badmintonla məşğul olur. O, Azərbaycan çempionatının və Azərbaycan Kubokunun qalibidir.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təşkilatçılığı ilə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində fərqlənən təhsil müəssisələrinin nümayəndələri Çin Xalq Respublikasının Sincan-Uyğur muxtar bölgəsinin Karamay şəhərində keçirilən elm və texnologiya festivalında iştirak ediblər.
Təhsil Nazirliyinin Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktor müavini Gülşən Dadaşova, akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini Aygün Əzizova, Bakı Avropa Liseyinin İKT üzrə direktor müavini Rəhilə Əliyarzadə və Azərbaycanın bir sıra təhsil müəssisələrinin şagirdlərindən ibarət nümayəndə heyəti festivalda 4 innovativ layihənin təqdimatını keçiriblər. Bu layihələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Təmsilçilərimiz beynəlxalq dərəcəli sertifikatlarla təltif olunub. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mədəniyyət və təhsil qurumlarını da ziyarət edib, çinli gənclərlə texnologiya sahəsində fikir və təcrübə mübadiləsi aparıblar.
08/07/2015 16:52
"Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil edilmliş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunan kütləvi idman tədbirləri çərçivəsində Balakən rayonunda zona yarışı keçirilib.
Balakən Olimpiya İdman Kompleksində keçirilən məktəblilər arasında güləş üzrə zona yarışında Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay və Ağdaş rayonlarından 100 nəfərə yaxın idmançı qatılıb. Yarışlarda idmançılar sərbəst və yunan-roma güləş növü üzrə 10 çəki dərəcəsində mübarizə aparıblar. Komanda hesabında 1-ci yeri Balakən, 2-ci yeri Şamaxı, 3-cü yeri Oğuz rayonunun komandaları tutublar. Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.
08/07/2015 16:52
Azərbaycan alimləri İtaliyada keçirilən beynəlxalq konfransda iştirak edirlər
AzərTAc xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) memarlıq fakültəsi İtaliyanın Romualdo del Bianko Fondu və Florensiya Universiteti ilə birgə dekabrın 1-dən 5- dək həmin ölkənin Florensiya şəhərində İslam memarlıq irsinin qorunması və bərpası problemlərinə həsr edilmiş elmi konfrans keçirir. Türkiyə, İran, Qazaxıstan, Rusiya, Suriya, Misir, İtaliya və Fransa alimlərinin iştirak etdikləri konfransda ölkəmizi AMİU-nun rektoru, professor G.Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor G.Baxşəliyeva, AMEA-nın İncəsənət və Memarlıq İnstitutunun direktor müavini, professor E.Salamzadə təmsil edirlər. AzərTAc
08/07/2015 16:52
Dekabrın 23-də “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol məktəbi üçün yeni tikilmiş idman məktəbinin açılış mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Misir Mərdanov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Elmar Qasımov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və ölkəmizin tanınmış idman mütəxəssisləri iştirak ediblər. Öncə qonaqlar idman kompleksində yaradılmış şəraitlə tanış olublar. Futbol məktəbinin direktoru Fazil Eyyubovun verdiyi məlumata görə bu müəssisədə 1500 uşaq və gənclə 40 məşqçi-müəllim məşğul olur. Təhsil naziri Misir Mərdanov ölkə başçısı cənab İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət, qayğı göstərdiyini qeyd edib və Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurların sayının getdikcə artdığını diqqətə çatdırıb. Nazir Təhsil Nazirliyi ilə AFFA-nın futbolun inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirdiyini vurğulayaraq birgə işgüzar əməkdaşlığı yüksək qiymətləndirib. Məktəbin istilik sistemi ilə maraqlanan Misir Mərdanov yeni idman kompleksinin tikintisinin keyfiyyətindən, eləcə də maddi-texniki bazasının lazımi səviyyədə olmasından razı qaldığını bildirib. Sonra nazir iştirakçıları qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)”na uyğun olaraq görülən işlərdən söz açıb. Mərasimin sonunda təhsil naziri və qonaqlar uşaqlarla xatirə şəkli çəkdirib.
08/07/2015 16:52
Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində Almaniyanın Düsseldorf şəhərinə səfər edib.
BMT-nin Uşaq Fondunun (YUNİSEF) maliyyə dəstəyi və Beynəlxalq İdarəçilik və Texnologiyalar Akademiyasının (İNTAMT) təşkilatçılığı ilə təcrübə mübadiləsi məqsədilə gerçəkləşən səfər çərçivəsində Almaniya təhsil sistemi ilə bağlı seminar təşkil olunub. Nümayəndə heyəti Almaniyanın Şimal Reyn-Vestfaliya və Aşağı Saksoniya bölgəsinin Məktəb Təhsili Departamenti və Müəllimlərin İxtisasartırması Nazirliyində olub, bölgə Təhsil Departamentində inklüziv təhsilin tətbiqi tarixi, təhsilin idarə olunması, əlilliyi olan uşaqların məktəbə qəbulu və xüsusi təhsil üzrə müəllimlərin hazırlanmasına dair seminarda iştirak edib. Hər iki qurumun məsul şəxsləri tərəfindən məktəbəqədər təhsil, ibtidai təhsil və orta təhsil səviyyələri üzrə inklüziv təhsil modelləri mövzusunda təqdimatlar keçirilib. Müzakirələr zamanı bölgələrdə tətbiq olunan inklüziv təhsilin zəif və güclü tərəfləri təhlil olunub. Həmçinin, nümayəndə heyəti Şimal Reyn-Vestfaliya və Aşağı Saksoniya bölgələrinin paytaxt şəhərləri olan Düsseldrof və Hannoverdə inklüziv təhsilin təşkil edildiyi məktəbəqədər təhsil müəssisələrinə və məktəblərə səfər edib. Səfər çərçivəsində Düsseldorf şəhərində inklüziv təhsilə cəlb olunmuş uşaqların Valideyn Birliyinin üzvləri ilə də görüş keçirilib. Görüşdə Almaniyada inklüziv təhsilin inkişafında valideynlərin rolu və onların üzərinə düşən öhdəliklər haqqında geniş müzakirələr aparılıb.
08/07/2015 16:52
Ali təhsil müəssisələri arasında futbol üzrə “Təhsil Kuboku” yarışının I mərhələsi başa çatıb.
Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə təşkil etdiyi və “Olimpiya sistemi” üzrə keçirilən yarışlara 31 ali təhsil müəssisəsinin komandası qatılıb. I mərhələnin qalib komandaları və püşkatmanın nəticəsinə əsasən, Azərbaycan Texniki Universitetinin komandası birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanıb. Yarışın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarını təbliğ etmək, tələbələri sağlam həyat tərzinə cəlb etmək, tələbələr arasında futbolun kütləviliyini artırmaq, Azərbaycanın tələbə yığma komandasına, gənclərdən ibarət yığma komandaya namizədlər seçmək, onların beynəlxalq yarışlarda iştirakını təmin etməkdir. Yarışda ilk 3 yeri tutan komandalar Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyə, diplom, medal və kubokla təltif olunacaqlar.
08/07/2015 16:52
“İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” mövzusunda təlimlər keçirilib.
Təhsil Nazirliyi və İnnovativ Texnologiyalar Təşkilatı arasında imzalanmış müqaviləyə əsasən keçirilən təlimlərdə Bakı şəhərində yerləşən məktəblərin ibtidai sinif müəllimləri və inzibati heyəti iştirak edib. İlkin olaraq ibtidai sinif müəllimləri və inzibati heyət diaqnostik qiymətləndirmədən keçiblər. Diaqnostik qiymətləndirmədə az bal toplamış müəllimlər və inzibati heyət təlimlərə cəlb olunub. Təlimlərin birinci mərhələsində 742 müəllim və inzibati işçi iştirak edib və onlardan 584 nəfəri imtahandan keçərək sertifikata layiq görülüb. Yekun imtahanda yüksək bal toplamış iştirakçılara, eyni zamanda diaqnostik qiymətləndirmədə yüksək bal toplamış müəllim və inzibati işçilərə Təhsil Nazirliyi tərəfindən kompüter və prometan lövhələrin verilməsi nəzərdə tutulub.
08/07/2015 16:52
Mayın 14-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin multi-dissiplinar problemləri” mövzusunda II Respublika elmi-praktiki konfransı keçirilib.
Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş konfransda AMEA-nın prezidenti Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları sahəsi üzrə mütəxəssisləri iştirak ediblər. Konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş sərgiyə baxışla başlayıb. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti Akif Əlizadə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunan konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib, informasiya texnologiyaları sahəsi üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu və bu tədbirin ənənəvi hal almasının zəruriliyini vurğulayıb. Heydər Əliyev Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının keçirildiyini xatırladan A.Əlizadə bunu informasiya təhlükəsizliyi sahəsi üzrə elmi kadrların hazırlanması istiqamətində görülən tədbirlərdən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, hər il təşkil edilən bilik yarışının əsas məqsədi istedadlı tələbələrin informatika və proqramlaşdırma sahəsində yetkin mütəxəssis olmasına dəstək verməkdir. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov informasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinin dövlət siyasətində prioritet məsələlərdən biri olduğunu və bu istiqamətdə məqsədyönlü işlər aparıldığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün intellektual potensialın səfərbər edilməsi vacibdir. Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirin əhəmiyyətini vurğulayıb. İKT-nın inkişafının dövlətin prioritet istiqamətlərindən biri olduğunu deyən nazir müavini dövlət başçısının bu sahəyə göstərdiyi diqqəti vurğulayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda İKT-nin tətbiqinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışan F.Qurbanov bu sahədə işlərin sürətlə həyata keçirildiyi bildirib. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev informasiya təhlükələrinə qarşı ən səmərəli strategiyalardan birinin vətəndaşlarda informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması olduğunu qeyd edib. Onun fikrincə, informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığına xüsusi diqqət ayrılmalı, Azərbaycan dilində kitab və dərsliklər hazırlanmalı, müntəzəm olaraq konfranslar, seminarlar, “Dəyirmi masa”lar təşkil olunmalı, kütləvi təbliğat aparılmalıdır. Çıxışlardan sonra informatika üzrə ümumrespublika olimpiadasının qalibləri olan ali məktəb tələbələrinə mükafatlar təqdim olunub. Tədbir 3 paralel seksiya iclasında davam etdirilib. Konfransa ölkənin müxtəlif dövlət, elm və təhsil müəssisələrindən 74 elmi məruzə təqdim olunub.
08/07/2015 16:52
Mayın 14-də Elmin İnkişafı Fondunun “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli müsabiqələrinin nəticələri ilə bağlı təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən Elmin İnkişafı Fondunun icracı direktoru Elçin Babayev bildirib ki, müsabiqələrdə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA), ali təhsil müəssisələrindən, nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarından, dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından, elm ilə əlaqəli digər qurumlardan alim və mütəxəssislər qrupu, həmçinin fərdi şəkildə alimlər iştirak edir. Qeyd olunub ki, “Universitet qrantı” müsabiqəsi ilk dəfədir keçirilir və Təhsil Nazirliyi bu müsabiqəyə təşkilati dəstək göstərir. Çıxışlarda bildirilib ki, 910 min manat ümumi büdcəsi olan “Universitet qrantı” müsabiqəsinə 37 layihə təqdim edilib. Bunlar arasından ümumi maliyyələşdirilmə həcmi 890 min manat olmaqla 11 qalib layihə müəyyənləşdirilib. Bu layihələr Azərbaycan Dövlət Neft Akademiyası (4 layihə), Azərbaycan Tibb Universiteti (3), Azərbaycan Dövlət Aqrar Universiteti (2), Azərbaycan Dövlət İqtisad Universiteti (1) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (1) yerinə yetiriləcək. İlk dəfə keçirilən “Sənaye qrantı” müsabiqəsində 6 qalib layihə müəyyənləşdirilib. Qalib layihələrdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetindən təqdim olunub. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev çıxışında bildirib ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının ali təhsil sistemi qarşısında qoyduğu əsas vəzifələrdən biri ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsidir. Bunun təmin edilməsi üçün ali təhsil müəssisələri təhsildə keyfiyyətə təminat verə bilən, elmin son nailiyyətlərini özündə əks etdirən elmi mərkəzlər kimi fəaliyyət göstərməlidir. Belə ki, müasir şəraitdə elm və təhsil arasında sıx inteqrasiyanı təmin etmədən keyfiyyətli təhsilə və yüksək elmi yeniliklərə nail olmaq mümkün deyil. Bu problemin həllində yalnız ali təhsil müəssisələri deyil, həm də Elmin İnkşafı Fondu böyük rol oynayır. Fondun ali təhsil müəssisələri ilə əlaqələrinin yeni müstəvidə və daha yüksək səviyyədə qurulması arzuolunandır. Başqa sözlə, Elmin İnkşafı Fondu ali təhsil sistemində elmin inkşafına daha böyük dəstək göstərməlidir. Y.Piriyev ölkənin müxtəlif universitet və elmi təşkilatlarında elmi tədqiqatla məşğul olan 32 mindən çox mütəxəssisdən 9579 nəfərinin fəlsəfə doktoru, 2251 nəfərinin elmlər doktoru olduğunu xatırladıb: “Bu, böyük alimlər ordusu deməkdir. Elmi dərəcəsi olan alimlərin yarıdan çoxu təhsil sistemində çalışır". Y.Piriyev Elmin İnkişafı Fondu tərəfindən 2010-2014-cü illərdə keçirilən 17 müxtəlif müsabiqədə 315 layihədən 94-nün rəhbərinin ali məktəbləri təmsil etdiyini söyləyib. Həmin 315 layihədən 74-nün icraçısı təhsil müəssisələridir.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı