SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 23-də “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol məktəbi üçün yeni tikilmiş idman məktəbinin açılış mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Misir Mərdanov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Elmar Qasımov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və ölkəmizin tanınmış idman mütəxəssisləri iştirak ediblər.
Öncə qonaqlar idman kompleksində yaradılmış şəraitlə tanış olublar. Futbol məktəbinin direktoru Fazil Eyyubovun verdiyi məlumata görə bu müəssisədə 1500 uşaq və gənclə 40 məşqçi-müəllim məşğul olur.
Təhsil naziri Misir Mərdanov ölkə başçısı cənab İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət, qayğı göstərdiyini qeyd edib və Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurların sayının getdikcə artdığını diqqətə çatdırıb. Nazir Təhsil Nazirliyi ilə AFFA-nın futbolun inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirdiyini vurğulayaraq birgə işgüzar əməkdaşlığı yüksək qiymətləndirib. Məktəbin istilik sistemi ilə maraqlanan Misir Mərdanov yeni idman kompleksinin tikintisinin keyfiyyətindən, eləcə də maddi-texniki bazasının lazımi səviyyədə olmasından razı qaldığını bildirib.
Sonra nazir iştirakçıları qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)”na uyğun olaraq görülən işlərdən söz açıb.
Mərasimin sonunda təhsil naziri və qonaqlar uşaqlarla xatirə şəkli çəkdirib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl