• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 14-də Elmin İnkişafı Fondunun “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli müsabiqələrinin nəticələri ilə bağlı təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən Elmin İnkişafı Fondunun icracı direktoru Elçin Babayev bildirib ki, müsabiqələrdə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA), ali təhsil müəssisələrindən, nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarından, dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından, elm ilə əlaqəli digər qurumlardan alim və mütəxəssislər qrupu, həmçinin fərdi şəkildə alimlər iştirak edir.
Qeyd olunub ki, “Universitet qrantı” müsabiqəsi ilk dəfədir keçirilir və Təhsil Nazirliyi bu müsabiqəyə təşkilati dəstək göstərir.
Çıxışlarda bildirilib ki, 910 min manat ümumi büdcəsi olan “Universitet qrantı” müsabiqəsinə 37 layihə təqdim edilib. Bunlar arasından ümumi maliyyələşdirilmə həcmi 890 min manat olmaqla 11 qalib layihə müəyyənləşdirilib. Bu layihələr Azərbaycan Dövlət Neft Akademiyası (4 layihə), Azərbaycan Tibb Universiteti (3), Azərbaycan Dövlət Aqrar Universiteti (2), Azərbaycan Dövlət İqtisad Universiteti (1) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (1) yerinə yetiriləcək.
İlk dəfə keçirilən “Sənaye qrantı” müsabiqəsində 6 qalib layihə müəyyənləşdirilib. Qalib layihələrdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetindən təqdim olunub.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev çıxışında bildirib ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının ali təhsil sistemi qarşısında qoyduğu əsas vəzifələrdən biri ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsidir. Bunun təmin edilməsi üçün ali təhsil müəssisələri təhsildə keyfiyyətə təminat verə bilən, elmin son nailiyyətlərini özündə əks etdirən elmi mərkəzlər kimi fəaliyyət göstərməlidir. Belə ki, müasir şəraitdə elm və təhsil arasında sıx inteqrasiyanı təmin etmədən keyfiyyətli təhsilə və yüksək elmi yeniliklərə nail olmaq mümkün deyil. Bu problemin həllində yalnız ali təhsil müəssisələri deyil, həm də Elmin İnkşafı Fondu böyük rol oynayır. Fondun ali təhsil müəssisələri ilə əlaqələrinin yeni müstəvidə və daha yüksək səviyyədə qurulması arzuolunandır. Başqa sözlə, Elmin İnkşafı Fondu ali təhsil sistemində elmin inkşafına daha böyük dəstək göstərməlidir.
Y.Piriyev ölkənin müxtəlif universitet və elmi təşkilatlarında elmi tədqiqatla məşğul olan 32 mindən çox mütəxəssisdən 9579 nəfərinin fəlsəfə doktoru, 2251 nəfərinin elmlər doktoru olduğunu xatırladıb: “Bu, böyük alimlər ordusu deməkdir. Elmi dərəcəsi olan alimlərin yarıdan çoxu təhsil sistemində çalışır".
Y.Piriyev Elmin İnkişafı Fondu tərəfindən 2010-2014-cü illərdə keçirilən 17 müxtəlif müsabiqədə 315 layihədən 94-nün rəhbərinin ali məktəbləri təmsil etdiyini söyləyib. Həmin 315 layihədən 74-nün icraçısı təhsil müəssisələridir.


10 il əvvəl