• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 7-dən 10-dək ABŞ-ın Hyuston şəhərində 70-ə yaxın ölkənin və Amerikanın 48 ştatının iştirakı ilə Beynəlxalq Davamlı Dünya (Enerji, Mühəndislik və Ətraf Mühit) layihə olimpiadası keçirilib.

Bakı Avropa Liseyinin şagirdləri Fərrux Rəhmətzadə, Ayan Hacıbəyli və Fuad Abdulzadənin “Nanohissəciklərin bitkilərdə sorulması, hərəkəti və toplanması: nanofitotoksikologiya” mövzusunda elmi layihəsi olimpiadaya “Ətraf mühitin idarə edilməsi və çirklənmə" üzrə təqdim olunmuş 427 layihə içərisində qalib gələrək qızıl medala layiq görülüb.  Qeyd edək ki, bu layihə Bakı Avropa Liseyinin biologiya müəllimi Olqa Hümbətovanın iştirakı, Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasının professoru Məhəmmədəli Ramazanov, eləcə də dosent İsmət Əhmədovun rəhbərliyi və dəstəyi ilə  yerinə yetirilib.

Mayın 19-da Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Universitetində "Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunmuş “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçiriləcək.

Təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri, jurnalistika fakültəsinin tələbələri iştirak edəcək. Konfransda media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, ictimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı təqdimatların dinlənilməsi və təlimlərin keçirilməsi nəzərdə tutulur. İştirakçılar informasiya kampaniyaların keçirilməsi, press relizlərin yazılması, sosial qruplarla iş və digər mövzularda öz bilik və bacarıqlarını artıracaqlar. Təlim-konfransda uğur qazanmış iştirakçılara sertifikatlar veriləcək. Qeyd edək ki, bu təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca üçüncü konfransdır.

Ümumtəhsil məktəblərində evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə, eyni zamanda tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 manat müavinət ödəniləcək.

Nazirlər Kabinetinin 2015-ci il 15 aprel tarixli 108 nömrəli qərarına uyğun olaraq, müavinətlər fevral ayından hesablanacaq və onların ödənilməsi  yerli təhsil qurumları tərəfindən həyata keçiriləcək.

Dekabrın 19-da Avropa otelində “Yaşlıların peşə təhsili: problemlər və perspektivlər” mövzusunda milli konfrans keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd müasir cəmiyyətdə hər bir vətəndaşın iştirakına, peşə, sosial və mədəni tələbatlarını ödəyən yaşlıların təhsili üzrə effektiv sistemin yaradılmasına və inkişaf etdirilməsinə kömək etməkdir. Konfransda çıxış edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov ölkəmizdə yaşlıların təhsili ilə bağlı məlumatların azlığı məsələsinə toxunub və bu istiqamətdə lazımi tədbirlər görülməsinin əhəmiyyətini qeyd edib. İ. İsgəndərov yaşlıların təhsili ilə əlaqədar dünya təcrübəsindən də danışıb. Nazir müavini bu mövzu ilə bağlı ictimaiyyətin maarifləndirmə işinin aparılmasını xüsusilə vacib sayıb. İ.İsgəndərov ölkə Prezidentinin təsdiq etdiyi peşə təhsilinin inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işləri diqqətə çatdırıb və hazırda həmin proqramın müddəalarına əsasən lazımi tədbirlərin həyata keçirildiyini bildirib.  Sonda mövzu ilə bağlı məruzələr dinlənilib, həlli vacib olan təkliflər səslənib. Onu da qeyd edək ki, tədbir Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutunun (DVV İnternational) maliyyə, Təhsil Nazirliyi və Yaşlıların Peşə Təhsili Assosiasiyasının təşkilatı dəstəyi ilə həyata keçirilib.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş zona yarışları davam edir.

Bu idman tədbiri çərçivəsində növbəti zona yarışları Bakı və Şirvan şəhərlərində keçirilib. Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbdə basketbol idman növü üzrə keçirilən zona yarışında Şuşa, Zəngilan və Bakının 12 rayonunun komandaları mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Nizami, 2-ci yeri Sabunçu, 3-cü yeri Yasamal rayonunun komandaları tutub.  Şirvan Olimpiya İdman Kompleksində stolüstü tennis idman növü üzrə keçirilən yarışda Hacıqabul, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Laçın, Xocavənd rayonlarından və Şirvan şəhərindən 18 komanda mübarizə aparıb. Komanda hesabında oğlanlar arasında 1-ci və 2-ci yerləri Şirvan şəhərinin, III yeri Beyləqan rayonunun, qızlar arasında 1-ci və 2-ci yerləri Şirvan şəhərinin, 3-cü yeri Hacıqabul rayonunun komandaları tutublar.  Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və medallarla təltif olunub. Yarışların media təmsilçisi www.qafqazinfo.az internet qəzetidir.

Azərbaycan şagirdləri Məktəblilərin Şahmat üzrə Dünya Çempionatının qalibi olub.

Tailandın Pattaya şəhərində keçirilən çempionatda dünyanın 34 ölkəsindən 7-17 yaş arası məktəblilər iştirak edib. Azərbaycanı yarışda “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 12 şahmatçısından ibarət komandası təmsil edib. Bu komandanın üzvləri ötən ilin sonunda keçirilmiş Respublika Çempionatının final mərhələsinin müxtəlif yaş qrupları üzrə qaliblərindən ibarətdir. Yarışın nəticələrinə əsasən, şahmatçımız Leyla Budaqova 7 yaşadək qızlar arasında klassik şahmat və blits üzrə 2 qızıl medal, Şəhriyar İsgəndərov 15 yaşadək oğlanlar arasında blits üzrə qızıl medal, Murad İbrahimli 13 yaşadək oğlanlar arasında blits üzrə qızıl medal qazanıb. Beləliklə, Azərbaycanın məktəbli şahmatçıları ümumilikdə 4 qızıl medal qazanaraq, komanda hesabında 34 ölkə arasında 2-ci yerə layiq görülüblər.

11 nömrəli inteqrasiya təlimli internat məktəbin və sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbin şagirdləri “VII Uluslararası Özel Atletizm Oyunları” idman yarışında uğurla iştirak ediblər.

Şimali Kipr Türk Respublikasında keçirilən yarışda 11 nömrəli inteqrasiya təlimli internat məktəbin şagirdləri Kəmalə Hüseynova qaçış üzrə və Aleksandra Fəxrəddinova uzunluğa tullanma üzrə birinci yeri tutaraq qızıl medala layiq görülüblər. 11 nömrəli internat məktəbinin şagirdləri Filippenko Nadejda uzunluğa tullanma üzrə ikinci, Tamam Heydərova qaçış üzrə ikinci, 4 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləri Pərviz Mustafayev, Taleh Qiyasov qaçış üzrə ikinci yeri tutaraq gümüş medala və Fəqan Əliyev isə qaçış üzrə üçüncü yeri tutaraq bürünc medala layiq görülüblər. İdman yarışının sonunda azərbaycanlı şagirdlər və onları müşayiət edən pedaqoji heyət Şimali Kipr Türk Respublikası Milli Təhsil Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.

Təhsil Nazirliyinin “Universitet kitabxanaları məktəblilərin gözü ilə” layihəsi çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin universitetlərə səfəri davam edir.

Layihə çərçivəsində məktəblilərin növbəti səfəri mayın 20-də Azərbaycan Dövlət İqtisad Universiteti və Qərb Universitetinə olacaqdır. Layihənin əsas məqsədi şagirdlərdə ali məktəb kitabxanaları haqqında dolğun təsəvvürlərin formalaşdırılmasını və onlara əlavə biliklərin verilməsini təmin etmək, eləcə də məktəblilərin universitet kitabxanaları ilə yaxından tanış olmalarına əlverişli şərait yaratmaqdan ibarətdir. Layihə çərçivəsində Bakı şəhərindəki Heydər Əliyev adına Lisey, 132-134 nömrəli Təhsil Kompleksi, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi və Gənc İstedadlar Liseyinin hər birindən 8 nəfər IX-XI sinif şagirdi universitetlərin kitabxanaları ilə yaxından tanış olur. Məktəblilər universitet kitabxanaları haqqında təəssüratlarını qeyd edir və əvvəlcədən müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirmə aparırlar. Qeyd edək ki, layihə çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin 6 ali məktəb kitabxanasına səfəri nəzərdə tutulub. Layihənin yekununda ali təhsil müəssisələri kitabxanalarının imkanları və oxucu məmnunluğu baxımından şəraiti məktəblilər tərəfindən qiymətləndiriləcək, bu sahədə zəruri hesab edilən təkmilləşdirici təkliflər irəli sürüləcək. Həmçinin, şagirdlər ali təhsil müəssisələrinin kitabxanaları ilə tanışlıqdan sonra kitabxanaçılıq, informasiya mübadiləsi, kitabxanaların tarixi, kitabxana-biblioqrafiya işi haqqında əldə etdikləri məlumatları öz həmyaşıdları ilə bölüşə biləcəklər.

İtaliyada 7 ölkənin tələbələrinə Avropa Oyunlarının təqdimatı keçirilib

İtaliyanın Milan şəhərində yerləşən Bocconi Universitetində “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib. Təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu universitetin Korporativ Maliyyə fakültəsində magistr təhsili alan Yasəmən Xeyirxəbərlinin təşəbbüsü ilə təşkil olunub. Təqdimatda İtaliya, Ukrayna, Çin, Xorvatiya, Bolqarıstan, Norveç və Yunanıstandan olan tələbələr iştirak ediblər. Təqdimat zamanı iştirakçılara tarixdə ilk dəfə keçiriləcək “Bakı 2015” 1-ci Avropa Oyunları, oyunların mahiyyəti və oyunlarda əhatə olunacaq idman növləri haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı qızıl medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçirilməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatın gedişatında Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış video-çarx iştirakçıların diqqətinə çatdırılıb. İştirakçılara Azərbaycan, onun tarixi və dəyərləri, eləcə də burada Oyunlar zamanı turistlər üçün yaradılacaq imkanlar haqqında məlumat verildiyi təqdimat iştirakçılarla fikir mübadiləsi ilə davam edib.  İştirakçıların Avropa Oyunları ilə bağlı sualları cavablandırılıb və Avropa Oyunları iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Mayın 15-də Təhsil Nazirliyində “Saglam təhsil-sağlam millət” layihəsi çərçivəsində 2014-2015-ci tədris ili üzrə görülmüş işlərə dair iclas keçirilib.

İclasda təhsil nazirinin müşaviri Hüseyn Əliyev, Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun müdiri Rüfət Əliyev, layihənin elmi məsləhətçisi Vladimir Bazarnıy, tibb, didaktik, gender və psixoloji bölmələrin rəhbərləri, həmin bölmələrdə fəaliyyət gostərən həkim və metodistlər, pilot məktəblərin direktorları, sinif müəllimləri və valideynlər iştirak ediblər. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru Surxay Musayev uşaqların sağlamlıgı ilə baglı problemlərin aktuallığından və “Saglam təhsil-sağlam millət” layihəsi çərçivəsində aparılan işlərin əhəmiyyətindən  danışıb.   Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmə gigiyenası kafedrasının dosenti Şəhla Balayeva layihə çərçivəsində ekspertlərin bir il ərzində hazırladığı gigiyenik tövsiyyələr, məktəblilərin sağlamlıq vəziyyətinin monitorinqinin gedişi və əldə edilən nəticələr haqqında məlumat verib.  Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova layihənin didaktik bölməsinin məqsəd və vəzifələri, bir il müddətində müəllimlərin sağlam təhsil texnologiyalarının tətbiqi baxımından ixtisasartırmasının təşkili və valideynlərlə  aparılan işlərdən söz açıb.  Daha sonra Təhsil Nazirliyinin tabeliyindəki 6 nomrəli məktəb-liseyin psixoloqu Nərgiz İsmayılzadə, “Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti”nin sədri Şəhla İsmayıl isə pilot siniflərdə şagirdlərin psixi-emosional vəziyyətinin tənzimlənməsində müəllimin rolunun öyrənilməsinin, məktəb-cəmiyyət əməkdaşlığının əhəmiyyətini nəzərə çatdırıblar. Layihə çərçivəsində bir il ərzində görülən işlərlə baglı çıxış edən  Vladimir Bazarnıy Təhsil Nazirliyinin bu layihəyə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb və əldə edilən nəticələri yüksək qiymətləndirib. Tədbirdə pilot məktəblərin direktor və müəllimləri, valideynlər layihə ilə bağlı rəy və təkilflərini bildirib, əldə olunan nailiyyətlərlə yanaşı qarşılaşdıqları çətinlikləri də qeyd ediblər. Qeyd edək ki, “Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. 2014-2015-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin 6 ümumi təhsil məktəbində 15 “Sağlam təhsil sinfi” yaradılıb. Bu siniflərdə tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. “Sağlam təhsil” siniflərində tədrisin təşkili şagirdlərin iş qabiliyyətini yüksək səviyyədə saxlanılması üçün əlverişli olub, onların intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf etməsinə şərait yaradır. Yeni tədris ilindən “Sağlam təhsil sinifləri”nin sayının artırılması nəzərdə tutulur.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı