• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ali təhsil müəssisələri arasında futbol üzrə “Təhsil Kuboku” yarışının I mərhələsi başa çatıb.

Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə təşkil etdiyi və “Olimpiya sistemi” üzrə keçirilən yarışlara 31 ali təhsil müəssisəsinin komandası qatılıb.
I mərhələnin qalib komandaları və püşkatmanın nəticəsinə əsasən, Azərbaycan Texniki Universitetinin komandası birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Yarışın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarını təbliğ etmək, tələbələri sağlam həyat tərzinə cəlb etmək, tələbələr arasında futbolun kütləviliyini artırmaq, Azərbaycanın tələbə yığma komandasına, gənclərdən ibarət yığma komandaya namizədlər seçmək, onların beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.
 Yarışda ilk 3 yeri tutan komandalar Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyə, diplom, medal və kubokla təltif olunacaqlar.


10 il əvvəl