• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 14-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin multi-dissiplinar problemləri” mövzusunda II Respublika elmi-praktiki konfransı keçirilib.

Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş konfransda AMEA-nın prezidenti Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları sahəsi üzrə mütəxəssisləri iştirak ediblər.
Konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş sərgiyə baxışla başlayıb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti Akif Əlizadə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunan konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib, informasiya texnologiyaları sahəsi üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu və bu tədbirin ənənəvi hal almasının zəruriliyini vurğulayıb.
Heydər Əliyev Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının keçirildiyini xatırladan A.Əlizadə bunu informasiya təhlükəsizliyi sahəsi üzrə elmi kadrların hazırlanması istiqamətində görülən tədbirlərdən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, hər il təşkil edilən bilik yarışının əsas məqsədi istedadlı tələbələrin informatika və proqramlaşdırma sahəsində yetkin mütəxəssis olmasına dəstək verməkdir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov informasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinin dövlət siyasətində prioritet məsələlərdən biri olduğunu və bu istiqamətdə məqsədyönlü işlər aparıldığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün intellektual potensialın səfərbər edilməsi vacibdir.
Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirin əhəmiyyətini vurğulayıb. İKT-nın inkişafının dövlətin prioritet istiqamətlərindən biri olduğunu deyən nazir müavini dövlət başçısının bu sahəyə göstərdiyi diqqəti vurğulayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda İKT-nin tətbiqinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışan F.Qurbanov bu sahədə işlərin sürətlə həyata keçirildiyi bildirib.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev informasiya təhlükələrinə qarşı ən səmərəli strategiyalardan birinin vətəndaşlarda informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması olduğunu qeyd edib. Onun fikrincə, informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığına xüsusi diqqət ayrılmalı, Azərbaycan dilində kitab və dərsliklər hazırlanmalı, müntəzəm olaraq konfranslar, seminarlar, “Dəyirmi masa”lar təşkil olunmalı, kütləvi təbliğat aparılmalıdır.
Çıxışlardan sonra informatika üzrə ümumrespublika olimpiadasının qalibləri olan ali məktəb tələbələrinə mükafatlar təqdim olunub.
Tədbir 3 paralel seksiya iclasında davam etdirilib. Konfransa ölkənin müxtəlif dövlət, elm və təhsil müəssisələrindən 74 elmi məruzə təqdim olunub.


10 il əvvəl