• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təşkilatçılığı ilə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində fərqlənən təhsil müəssisələrinin nümayəndələri Çin Xalq Respublikasının Sincan-Uyğur muxtar bölgəsinin Karamay şəhərində keçirilən elm və texnologiya festivalında iştirak ediblər.

Təhsil Nazirliyinin Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktor müavini Gülşən Dadaşova, akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini Aygün Əzizova, Bakı Avropa Liseyinin İKT üzrə direktor müavini Rəhilə Əliyarzadə və Azərbaycanın bir sıra təhsil müəssisələrinin şagirdlərindən ibarət nümayəndə heyəti festivalda 4 innovativ layihənin təqdimatını keçiriblər. Bu layihələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Təmsilçilərimiz beynəlxalq dərəcəli sertifikatlarla təltif olunub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mədəniyyət və təhsil qurumlarını da ziyarət edib, çinli gənclərlə texnologiya sahəsində fikir və təcrübə mübadiləsi aparıblar.


10 il əvvəl