SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançıların təqdimatını davam edirik.
I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar. Tofiq Məmmədov “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. Yadro itələmə üzrə beşqat Azərbaycan çempionu olan T.Məmmədov Avropa çempionatında ilk onluğa düşüb. İsmayıl Əliyev Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. İdmanın yadro itələmə növü ilə məşğul olan İ.Əliyev Azərbaycan çempionatında II yerin, Azərbaycan Kubokunda III yerin sahibi olub. Alyona Setina idmanın atletika növü ilə məşğul olur.Azərbaycan və Bakı çempionatlarının iştirakçısı olan A.Setina Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Yekaterina Sarıyeva Bakı şəhərı 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Üç təkanla uzunluğa tullanma ilə məşğul olan Y.Sarıyeva İslam Oyunlarının qızıl, Avropa turnirinin gümüş mükafatçısıdır. Y.Sarıyeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Aynur Hüseynova Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir. Bakı Pedaqoji Kollecində təhsil alan A.Hüseynova akrobatika gimnastikası ilə məşğul olur. O, Respublika çempionatının qalibi, Minsk şəhərində keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı olub. Avropa çempionatında isə V yeri tutub.
08/07/2015 16:52
2008-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 113 yeni məktəb, 2 internat məktəbi, 34 məktəb üçün əlavə korpuslar, 4 rayon Təhsil Şöbəsi üçün inzibati binaların tikintisi və 126 tədris müəssisəsinin əsaslı təmir işləri həyata keçirilib.
Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına qəza vəziyyətində olan 15 məktəb binası yenisi ilə əvəz edilib və 27 məktəbdə təmir işləri aparılıb. Respublika üzrə 206 məktəbdə istilik sistemlərinin əsaslı təmiri, bərpası və yeni fərdi qazanxanaların tikintisi icra edilib. Məlumat üçün qeyd edək ki, 2009-cu ilin Dövlət Proqramı Layihəsində 117 yeni məktəbin, 27 məktəb üçün əlavə korpusun tikintisi, 151 tədris müəssisəsinin əsaslı təmiri, 300-ə qədər məktəbin istilik sistemlərinin əsaslı təmiri və bərpası nəzərdə tutulub.
08/07/2015 16:52
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi paytaxtın ümumtəhsil məktəblərində nümayiş olunub.
Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş layihənin rəhbəri Arzu Əliyevadır. Film Bakı Media Mərkəzi və Fransanın “Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti ilə birgə istehsal edilib. Filmin ümumtəhsil məktəblərində nümayiş olunmasında məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq və onu böyüməkdə olan gənc nəslə çatdırmaqdır. Film müharibənin ağrı-acısını yaşayan bütün insanların – ön cəbhədə döyüşənlərin, eləcə də arxa cəbhədə gərgin əməyi ilə alman faşizmi üzərində qələbəyə töhfə vermiş insanların xatirəsinə dərin hörmət və ehtiramın təzahürüdür. “Hədəf Bakıdır” sənədli filmi çərçivəsində Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Rusiyada tədqiqatlar aparılıb, indiyədək nümayiş olunmayan kinokadrlar bərpa edilərək rəngli formatda təqdim olunub. Xatırladaq ki, 10-dan çox dilə tərcümə edilən film mayın 8-dən 10-dək “National Geographic” telekanalı vasitəsilə 30-a yaxın ölkədə nümayiş etdiriləcək. Filmin 50 milyon nəfərə yaxın tamaşaçı tərəfindən izlənəcəyi proqnozlaşdırılır. Ekspertlərin fikrincə, film vasitəsilə dünya xalqları faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının, Bakı neftinin rolu barədə ilk dəfə əhatəli və obyektiv informasiya ala biləcəklər.
08/07/2015 16:52
Mayın 9-da ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində iməcilik keçirilib.
İməcilik çərçivəsində təhsil müəssisələri ərazisində, tədris ocaqları daxilində abadlıq, yaşıllıq və təmizlik işləri həyata keçirilib. Qeyd edək ki, müəllim, şagird və texniki işçilərin iştirakı ilə keçirilən iməciliklərdə çəkilmiş selfilər Təhsil Nazirliyinin Facebook səhifəsində yerləşdirilib.
08/07/2015 16:52
Mayın 12-də təhsil naziri Mikayıl Cabbarov Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində vətəndaşları qəbul edir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşların müraciəti dinlənilir. Əksər məsələlər yerindəcə həllini tapır, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.
08/07/2015 16:52
Mayın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramının açılış mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri iştirak ediblər. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi məktəblilərin muzeylərin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış edilməsidir. Müasir dövrdə məktəblilərin ekoloji tərbiyəsinə ehtiyac olduğunu bildirən nazir müavini belə tədbirlərin davamlı olacağını deyib. Proqramı qonaqlara təqdim edən Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə bildirib ki, “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramı mayın 12-dən 18-dək Təhsil Nazirliyi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə həyata keçiriləcək. Proqram Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyi əhatə edəcək. Məktəblilərin muzeylərin kolleksiya fondu ilə tanışlığı zamanı eko-etnoqrafik əlaqələrə xüsusi diqqət yetirilərək muzeylərin kolleksiya fondunda olan əsərlərdə insanla ətraf mühit arasında münasibətlər öyrəniləcək. Yeni proqram üçün Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və ekoloji mövzular seçilib. Təqdimatdan sonra məktəblilər Azərbaycan Milli İncəsənət Muzeyindəki ekspozisiyalarla tanış olublar. Xatırladaq ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İKOM) 2015-ci ilin həmin gününü “Muzeylər və cəmiyyətin davamlı inkişafı” mövzusuna həsr edib.
08/07/2015 16:52
Xətai rayon komandası “Şahinlər” yarışının qalibi oldu
9-10 may 2015-ci il tarixlərdə “Şahin” hərbi-idman oyununun respublika final yarışı keçirilib. Final yarışına 9 zona üzrə keçirilən birinciliklərdən 19 komanda vəsiqə qazanmışdı. Yarış iştirakçıları may ayının 9-da saat 13.00-da Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra komandalar Novxanı qəsəbəsində yerləşən “Akva Park” İstirahət Mərkəzində yerləşmişlər və olar üçün konsert proqramı təşkil edilmişdir. Mayın 10-da saat 9.00-da iştirakçı komandalar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə C.Naxçıvanskinin abidəsini ziyarət etdikdən sonra saat 10.00-da final yarışının açılış mərasimi başlanmışdır. Açılışda Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov, Gənclər və İdman Nazirinin müavin İntiqam Babayev, Təhsil Nazirinin müavini Firudin Qurbanov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Respublika Veteranlar Şurasının sədr müavini p-k. Cəlil Xəlilov çıxış edərək iştirakçı komandalara tövsiyyələrini vermiş və onlara uğurlar arzulamışdır. Açılışdan sonra komandalar “Sıra hazırlığı” da daxil olmaqla 8 mərhələ üzrə öz güclərini sınamışdır. Hakimlər heyətinin qərarına əsasən I yerə Xətai rayon komandası, II yerə Nizami rayon komandası, III yerə isə İsmayıllı rayon komandası layiq görülmüşdür. Qaliblər və ayrı-ayrı mərhələlərdə fərqlənən komandalar Gənclər və İdman Nazirliyi və digər qurumlar tərəfindən “Fəxri Fərman”la, hədiyyələrlə mükafatlandırılmışdır. http://www.mys.gov.az
08/07/2015 16:52
Mayın 12-də təhsil naziri Mikayıl Cabbarov Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 47 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
08/07/2015 16:52
2008-ci ildə 11 yeni məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istifadəyə verilib, 21 müəssisədə əsaslı təmir işləri aparılıb. Yeni inşa və əsaslı təmir edilmiş müəssisələr müvafiq bərk avadanlıq, yumşaq inventar, təlim vəsaitləri, oyuncaqlar, idman avadanlıqları və s. ilə təchiz olunub.
Nazirliyin sifarişinə əsasən “Çaşıoğlu” nəşriyyatı tərəfindən 24 adda müxtəlif təlim vəsaitləri, metodik ədəbiyyat, test kitabları, masaüstü oyunlar, uşaqlar üçün nağıl kitabları və s. hazırlanaraq məktəbəqədər müəssisələrə çatdırılıb. 2009-cu ildə 19 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub. Məlumat üçün qeyd edək ki, hazırda respublika üzrə 103 900 uşağı əhatə edən 1658 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil Nazirliyi sistemində olan 1592 məktəbəqədər müəssisədə 98 029 uşaq tərbiyə alır. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 məktəbəqədər xüsusi təhsil müəssisəsi, ümumi təyinatlı 9 müəssisədə 18 xüsusi təyinatlı qrup fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi də mövcuddur. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən lisenziya almış 6 özəl məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərir. Respublika üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi 16,3% təşkil edir.
08/07/2015 16:52
"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş zona yarışları davam edir.
Bu idman tədbirləri çərçivəsində Hövsan Olimpiya İdman Kompleksində keçirilən məktəblilər arasında taekvondo üzrə zona yarışında qalib adı uğrunda mübarizəyə 100 nəfərə yaxın idmançı qatılıb. Komanda hesabında 1-ci yeri Nəsimi, 2-ci yeri Suraxanı, 3-cü yeri Zəngilan rayonunun komandaları tutublar. Daha bir idman yarışı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilib. Burada atletika idman növü üzrə Bakı şəhərinin 12 rayonundan 100 nəfərə yaxın idmançı qüvvəsini sınayıb. Komanda hesabında 1-ci yeri Qaradağ, 2-ci yeri Sabunçu, 3-cü yeri Nərimanov rayonunun komandaları tutublar. Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı