• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Onlar bizi I Avropa Oyunlarında təmsil edəcək

Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançıların təqdimatını davam edirik.
 
I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar.

Kərim Musayev 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis İdman məktəbinin yetirməsidir. İdmanın badminton növü üzrə Azərbaycan çempionu olan K.Musayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.

Fərhad İsmayılov “Təhsil Respublika İdman Mərkəzi – 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimidir. İdmanın stolüstü tennis növü üzrə məşğul olan F.İsmayılov 11 qat Azərbaycan çempionudur.

Hacı Əliyev idmanın sərbəst güləş növü üzrə məşğul olur.Dünya və Avropa çempionatlarının qalibi olan H.Əliyev Abşeron Rayonu Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.

Yekaterina Sokolova Bakı şəhərı 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Atletika ilə məşğul olan Y.Sokolova Azərbaycan və İstambul Balkan Oyunlarının iştirakçısıdır.

Orxan Qələndərov “Təhsil” Respublika İdman Mərkəzi – 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan O.Qələndərov badmintonla məşğul olur. O, Azərbaycan çempionatının və Azərbaycan Kubokunun qalibidir.


10 il əvvəl