SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı keçiriləcək.
Fevralın 20-dən martın 18-dək davam edəcək yarışa Bakıda yerləşən ümumtəhsil məktəblərinin VIII sinfində oxuyan oğlanlardan ibarət komandalar qatılacaq. Çempionatın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etmək, yeniyetmələri sağlam həyat tərzinə cəlb etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və mini futbolu təbliğ etməkdən ibarətdir. AFFA tərəfindən seçilmiş hakimlərin idarə edəcəyi yarış 3 mərhələ üzrə keçiriləcək. I mərhələ rayondaxili yarışları əhatə edəcək. II mərhələdə yarışlar yarımqruplar üzrə təşkil olunacaq. Sonuncu mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaq. Final yarışında I, II və III yeri tutan komandalar Təhsil Nazirliyinin diplom, kubok və qiymətli hədiyyələri ilə təltif olunacaq. Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
08/07/2015 16:52
Bakı və Sumqayıt şəhərlərinin ümumi təhsil müəssisələrində reproduktiv sağlamlıq məsələlərinə dair nümunəvi dərslər və seminarlar keçirilir.
Qızlarla oğlanlar üçün ayrılıqda keçirilən dərs və seminarlarda valideynlərin də iştirakı təmin olunur. İlin əvvəlindən indiyədək 50-dən artıq məktəbin 3000-ə yaxın 6-7-ci sinif şagirdi və 300-ə yaxın valideyn dərs və seminarlarda iştirak edib. Dərslərə məktəb psixoloqları və təhsil müəssisələrinin tibb personalı da qatılır. Dərsləri və seminarları Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Ümidli gələcək” Gənclər Təşkilatının birgə layihəsi olan "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində hazırlanan müəllimlər tədris edir. Bu proqram çərçivəsində Bakıda 60, Sumqayıtda 25 müəllim üçün reproduktiv sağlamlıq məsələlərinin tədrisi və təşviqinin əsaslarına dair təlim kursu keçirilib. Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir.
08/07/2015 16:52
“TOPs-Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması“ layihəsi çərçivəsində keçirilən təlimə yekun vurulub.
Bakının Xətai rayonunda yerləşən 138 nömrəli tam orta məktəbdə keçirilən 3 günlük təlimin yekununda iştirakçılara sertifikatlar verilib. Təhsil Nazirliyi, “British Council” və “İnkişaf naminə idman” İctimai Birliyi tərəfindən Bakcell şirkətinin baş sponsorluğu ilə həyata keçirilən bu layihə fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi, ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək fəal təlim metodunun hazırlanması, eyni zamanda sağlam qida və fəal həyat tərzinə dair məlumatlılığın artırılması məqsədlərinə xidmət edir. Böyük Britaniyadan olan mütəxəssislər tərəfindən aparılan təlimdə paytaxtın 220, 138 və 269 nömrəli tam orta məktəblərinin 23 nəfər fiziki tərbiyə müəllimi iştirak edib. Təlim iştirakçılarına sertifikatların verilməsi mərasimində çıxış edən britaniyalı təlimçi Vivienne Holt bildirib ki, TOPs fiziki tərbiyə dərslərinin və idman məşğələlərinin şən, təhlükəsiz, inkluziv tədrisini özündə birləşdirən pedaqoji metodikadır. “İnkişaf naminə idman” İctimai Birliyinin nümayəndəsi Vəli Musayev layihənin V-IX siniflərdə fiziki tərbiyə dərslərinin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə olunmasında böyük səmərəsi olacağını vurğulayıb. Burada şagirdlərin fiziki tərbiyə dərsləri vasitəsilə hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi, təhsil prosesində diferensial yanaşma və fərdilik prinsiplərinin nəzərə alınması əsas kimi götürülür. Qeyd edək ki, təlim keçmiş fiziki tərbiyə müəllimlərinin “Açıq dərs”i təşkil olunacaq. “Açıq dərs”lərdən hazırlanmış videoçarxların dərs nümunəsi kimi istifadə edilməsi nəzərdə tutulub.
08/07/2015 16:52
Fevralın 19-da Təhsil Nazirliyi tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə təşkil olunmuş mediatur başlayıb.
Müdafiə Nazirliyi ilə birgə Ağcabədi, Ağdam və Tərtər rayonlarına təşkil olunan səfərdə 30-dan çox KİV nümayəndəsi iştirak edir. Mediatur çərçivəsində ilk görüş Ağcabədi rayonu Hindarx qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1 nömrəli orta məktəbdə olub. Media nümayəndələri məktəbdə keçirilən bir neçə dərsdə iştirak ediblər. Gənclərin çağırışaqədərki hazırlığı dərsində şagirdlərə Xocalı faciəsi, eləcə də döyüşlərdə istifadə edilən silah-sursat barədə geniş məlumat verilib. Bildirilib ki, Hindarx qəsəbəsi təmas xəttindən 15 kilometr məsafədə yerləşir. Etibar İsmayılov adına 1 nömrəli orta məktəbdə 729 şagird təhsil alır. Ötən il məktəbin 14 məzunu tələbə adını qazanıb. Daha sonra mediatur iştirakçıları Ağdam rayonu Çəmənli kəndindəki Ziyəddin İsgəndərov adına orta məktəbdə olublar. Qonaqlar tədris ocağında Gənclərin çağırışaqədərki hazırlığı və Riyaziyyat dərslərini izləyib, müəllim, şagird və kənd sakinləri ilə görüşüblər. Tədrisdə fərqlənən şagirdlərə Təhsil Nazirliyinin hədiyyələri təqdim edilib. KİV nümayəndələri fevralın 20-də Ağdam rayonu Qaradağlı kəndindəki Ayaz Abbasov adına orta məktəbə, Tərtər rayonu Qapanlı kəndindəki F.Həmidov adına orta məktəbə səfər edəcək və bölgədəki “N” saylı hərbi hissədə şagirdlərin əyani Gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyəcəklər. Qeyd edək ki, səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir. Mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən digər məktəblərin pedaqoji kollektivləri və şagirdləri ilə görüşü də təşkil olunacaq. Səfər zamanı pedaqoji kollektiv və şagirdlərin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülən insanlarla görüşünün keçirilməsi də nəzərdə tutulur.
08/07/2015 16:52
Fevralın 20-də məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının təşkili ilə əlaqədar paytaxtdakı ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimlərinin iştirakı ilə seminar keçirilib.
Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) nümayəndələrinin iştirak etdiyi seminarda fiziki tərbiyə müəllimlərinə çempionatın keçirilməsi barədə rəsmi sənədlər, sifariş vərəqləri, buklet və posterlər paylanılıb, videoçarx nümayiş etdirilib. Eyni zamanda, seminarda müəllimlərə yarışların keçiriləcəyi yerlər, oyunların keçirilməsi və idarəolunması qaydaları barədə ətraflı məlumat verilib. Qeyd edək ki, Təhsil Nazirliyi və AFFA-nın təşkilatçılığı ilə fevralın 20-dən martın 18-dək keçiriləcək yarışa Bakıdakı ümumtəhsil məktəblərinin VIII sinfində oxuyan oğlanlardan ibarət komandalar qatılacaq. Çempionatın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və mini futbolun genişlənməsinə dəstək verməkdən ibarətdir. Bakıdakı ümumtəhsil məktəbləri komandalarının iştirak etdiyi yarış 3 mərhələ üzrə keçiriləcək. I mərhələ rayondaxili yarışları əhatə edəcək. II mərhələdə yarışlar yarımqruplar üzrə təşkil olunacaq. Sonuncu mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaq. Final yarışında I, II və III yeri tutan komandalar Təhsil Nazirliyinin diplom, kubok və qiymətli hədiyyələri ilə təltif olunacaq.
08/07/2015 16:52
Fevralın 17-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ADA Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Türkmənistanın Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetinin rektoru Esen Aydoqdıyevi qəbul edib.
Görüş zamanı Azərbaycanda və Türkmənistanda aparılan təhsil islahatları, bu sahədə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanda ali təhsil alan Türkmənistandan olan tələbələrin sayının artırılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Bildirilib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 238 türkmənistanlı tələbə təhsil almaqdadır. Onların ən çox maraq göstərdikləri ixtisas istiqamətləri sırasında neft-qaz mühəndisliyi və inşaat mühəndisliyi əsas yerləri tutur. Təhsil naziri Mikayıl Cabbarov tərəfindən Türkmənistanın Bolonya prosesinə inteqrasiyası çərçivəsində Azərbaycanın təcrübəsindən yararlanması təklif olunub və Təhsil Nazirliyinin bu istiqamətdə müvafiq dəstək verməyə hazır olduğu nəzərə çatdırılıb.
08/07/2015 16:52
Fevralın 27-də Parisdə Azərbaycan və Fransa universitetlərinin iştirakı ilə “Azərbaycan günü” tədbiri keçiriləcəkdir.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 2014-cü ilin noyabr ayında Parisə işgüzar səfəri zamanı Fransanın müvafiq dövlət qurumları ilə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda müzakirələr aparılmışdı. Prosesin davamı olaraq fevralın 27-də Parisdə keçiriləcək “Azərbaycan günü” tədbirinin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələri inkişaf etdirmək, tələbə və müəllim mübadiləsi və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir. Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə ölkəmizin bir sıra aparıcı ali təhsil müəssisələrinin rektorları daxildir. “Azərbaycan günü”ndə 20-yə yaxın Fransa ali təhsil müəssisəsi Azərbaycan ali təhsil sistemi üçün maraq kəsb edən birgə layihələr barədə təqdimatlar keçirəcəklər. Eyni zamanda, tədbir çərçivəsində Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarına da Azərbaycan universitetlərində təhsil almaq imkanları təqdim olunacaqdır.
08/07/2015 16:52
Fevralın 20-də Təhsil Nazirliyi tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə təşkil olunmuş mediatur davam edib.
Müdafiə Nazirliyi ilə birgə Ağcabədi, Ağdam və Tərtər rayonlarına təşkil olunan ikigünlük səfərdə 30-dan çox KİV nümayəndəsi iştirak edib. Mediatur çərçivəsində KİV nümayəndələri bu gün Ağdam rayonu Qaradağlı kəndindəki A.Abbasov adına və Tərtər rayonu Qapanlı kəndindəki F.Həmidov adına orta məktəblərdə olublar. Qonaqlar hər iki məktəbdə bir neçə dərsdə iştirak ediblər. Gənclərin çağırışaqədərki hazırlığı dərsində şagirdlərə Xocalı faciəsi, eləcə də döyüşlərdə istifadə edilən silah-sursat barədə geniş məlumat verilib. Səfər zamanı Tərtər rayonu Qapanlı kənd orta məktəbində pedaqoji kollektiv və şagirdlərlə həmin təhsil müəssisəsinin məzunu, Müdafiə Nazirliyinin şöbə müdiri polkovnik Elnur Məmmədovun görüşü keçirilib. Daha sonra media nümayəndələri və şagirdlər bölgədəki “N” saylı hərbi hissədə olub, əsgərlərin döyüş hazırlığı səviyyəsini nümayiş etdirən çıxışları izləyiblər. Döyüş texnikası və hərbi avadanlıqlara baxış keçirilib. Qeyd edək ki, mediatur iştirakçıları fevralın 19-da Ağcabədi rayonu Hindarx qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1 nömrəli orta məktəbdə və Ağdam rayonu Çəmənli kəndindəki Ziyəddin İsgəndərov adına orta məktəbdə olublar. Səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.
08/07/2015 16:52
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən təlimçilər üçün keçirilən üçüncü təlim kursu başa çatıb.
Bu layihə çərçivəsində Akademik Zərifə Əliyeva adına liseydə respublika tabeli lisey və gimnaziyaların biologiya və həyat bilgisi fənlərini tədris edən 22 nəfər müəllim üçün “Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi” mövzusunda təşkil olunmuş təlim kursu üç gün davam edib. Təlimi uğurla başa vurmuş müəllimlərə “Təlimçilər üçün təlimçi” sertifikatı təqdim olunub. Sertifikatların təqdimat mərasimində Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov, Pilot layihələrlə iş üzrə sektorun müdiri Rüfət Əliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov və digər qonaqlar layihənin uğurları və inkişaf perspektivləri barədə iştirakçılara geniş məlumat veriblər. Təlimlərin keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunması, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir. Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə, Vəfa Yaqublu, həmçinin Səhiyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşları Nabil Seyidov, Teymur Hüseynov, Afət Məmmədova və Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən aparılıb.
08/07/2015 16:52
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Dostluq nağılı” adlı teatrlaşdırılmış konsert proqramı keçirilib.
Təhsil Nazirliyinin Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə 300-ə yaxın dərnək üzvü öz bacarığını nümayiş etdirib. “Milli rəqs”, “Bal rəqsləri”, “Müasir rəqs” dərnəklərinin üzvləri milli və dünya xalqlarının rəqslərini ifa ediblər. “Çiçəyim” uşaq teatr studiyasının üzvləri nağıllar aləminə səyahət edərək Şəngülüm, Şüngülüm, Məngülüm, Cırtdan, Div, Tıq-tıq xanım, Qırmızıpapaq, Buratino kimi nağıl qəhrəmanlarını canlandırıblar. Teatrın üzvləri, həmçinin moda nümayiş etdirib və gənc vokalçılar yeni uşaq mahnılar səsləndiriblər. Dərnək üzvlərinin çıxışları maraqla qarşılanıb, məktəblilər qonaqlara xoş anlar bəxş ediblər. Konsertdə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Yarat” Müasir İncəsənət Mərkəzi, Nizami Rayon İcra Hakimiyyəti, Belarus səfirliyi, “British Council” təşkilatı, Bakı şəhərində fəaliyyət göstərən yaradıcılıq mərkəzləri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də dərnək üzvlərinin valideynləri iştirak ediblər. Qeyd edək ki, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən “Milli rəqs”, “Bal rəqsləri”, “Vokal”, “Mahnı teatrı”, “Rəsm”, “Çiçəyim” uşaq teatr studiyası, “Gənc aktyorlar”, “Gənc dizayner”, “Şahmat” və digər dərnəklərdə 1800-ə yaxın uşaq, yeniyetmə və gəncin asudə vaxtının səmərəli təşkili təmin olunur. Yaradıcılıq Mərkəzində uşaqların dünyagörüşünün formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, istedad və qabiliyyətlərinin üzə çıxarılması məqsədilə müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı