• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“TOPs-Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması“ layihəsi çərçivəsində keçirilən təlimə yekun vurulub.

Bakının Xətai rayonunda yerləşən 138 nömrəli tam orta məktəbdə keçirilən 3 günlük təlimin yekununda iştirakçılara sertifikatlar verilib.
Təhsil Nazirliyi, “British Council” və “İnkişaf naminə idman” İctimai Birliyi tərəfindən Bakcell şirkətinin baş sponsorluğu ilə həyata keçirilən bu layihə fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi, ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək fəal təlim metodunun hazırlanması, eyni zamanda sağlam qida və fəal həyat tərzinə dair məlumatlılığın artırılması məqsədlərinə xidmət edir.
Böyük Britaniyadan olan mütəxəssislər tərəfindən aparılan təlimdə paytaxtın 220, 138 və 269 nömrəli tam orta məktəblərinin 23 nəfər fiziki tərbiyə müəllimi iştirak edib.
Təlim iştirakçılarına sertifikatların verilməsi mərasimində çıxış edən britaniyalı təlimçi Vivienne Holt bildirib ki, TOPs fiziki tərbiyə dərslərinin və idman məşğələlərinin şən, təhlükəsiz, inkluziv tədrisini özündə birləşdirən pedaqoji metodikadır.
“İnkişaf naminə idman” İctimai Birliyinin nümayəndəsi Vəli Musayev layihənin V-IX siniflərdə fiziki tərbiyə dərslərinin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə olunmasında böyük səmərəsi olacağını vurğulayıb. Burada şagirdlərin fiziki tərbiyə dərsləri vasitəsilə hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi, təhsil prosesində diferensial yanaşma və fərdilik prinsiplərinin nəzərə alınması əsas kimi götürülür.
Qeyd edək ki, təlim keçmiş fiziki tərbiyə müəllimlərinin “Açıq dərs”i təşkil olunacaq. “Açıq dərs”lərdən hazırlanmış videoçarxların dərs nümunəsi kimi istifadə edilməsi nəzərdə tutulub.


10 il əvvəl