• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı keçiriləcək.

Fevralın 20-dən martın 18-dək davam edəcək yarışa Bakıda yerləşən ümumtəhsil məktəblərinin VIII sinfində oxuyan oğlanlardan ibarət komandalar qatılacaq.
Çempionatın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etmək, yeniyetmələri sağlam həyat tərzinə cəlb etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və mini futbolu təbliğ etməkdən ibarətdir.
AFFA tərəfindən seçilmiş hakimlərin idarə edəcəyi yarış 3 mərhələ üzrə keçiriləcək. I mərhələ rayondaxili yarışları əhatə edəcək. II mərhələdə yarışlar yarımqruplar üzrə təşkil olunacaq. Sonuncu mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaq.   
Final yarışında I, II və III yeri tutan komandalar Təhsil Nazirliyinin diplom, kubok və qiymətli hədiyyələri ilə təltif olunacaq.
 


10 il əvvəl