• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fevralın 20-də Təhsil Nazirliyi tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə təşkil olunmuş mediatur davam edib.

Müdafiə Nazirliyi ilə birgə Ağcabədi, Ağdam və Tərtər rayonlarına təşkil olunan ikigünlük səfərdə 30-dan çox KİV nümayəndəsi iştirak edib.
Mediatur çərçivəsində KİV nümayəndələri bu gün Ağdam rayonu Qaradağlı kəndindəki A.Abbasov adına və Tərtər rayonu Qapanlı kəndindəki F.Həmidov adına orta məktəblərdə olublar. Qonaqlar hər iki məktəbdə bir neçə dərsdə iştirak ediblər. Gənclərin çağırışaqədərki hazırlığı dərsində şagirdlərə Xocalı faciəsi, eləcə də döyüşlərdə istifadə edilən silah-sursat barədə geniş məlumat verilib.
Səfər zamanı Tərtər rayonu Qapanlı kənd orta məktəbində pedaqoji kollektiv və şagirdlərlə həmin təhsil müəssisəsinin məzunu, Müdafiə Nazirliyinin şöbə müdiri polkovnik Elnur Məmmədovun görüşü keçirilib.
Daha sonra media nümayəndələri və şagirdlər bölgədəki “N” saylı hərbi hissədə olub, əsgərlərin döyüş hazırlığı səviyyəsini nümayiş etdirən çıxışları izləyiblər. Döyüş texnikası və hərbi avadanlıqlara baxış keçirilib.
Qeyd edək ki, mediatur iştirakçıları fevralın 19-da Ağcabədi rayonu Hindarx qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1 nömrəli orta məktəbdə və Ağdam rayonu Çəmənli kəndindəki Ziyəddin İsgəndərov adına orta məktəbdə olublar.
Səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.


10 il əvvəl