• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakı və Sumqayıt şəhərlərinin ümumi təhsil müəssisələrində reproduktiv sağlamlıq məsələlərinə dair nümunəvi dərslər və seminarlar keçirilir.

Qızlarla oğlanlar üçün ayrılıqda keçirilən dərs və seminarlarda valideynlərin də iştirakı təmin olunur.
İlin əvvəlindən indiyədək 50-dən artıq məktəbin 3000-ə yaxın 6-7-ci sinif şagirdi və 300-ə yaxın valideyn dərs və seminarlarda iştirak edib. Dərslərə məktəb psixoloqları və təhsil müəssisələrinin tibb personalı da qatılır.
Dərsləri və seminarları Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Ümidli gələcək” Gənclər Təşkilatının birgə layihəsi olan "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində hazırlanan müəllimlər tədris edir. Bu proqram çərçivəsində Bakıda 60, Sumqayıtda 25 müəllim üçün reproduktiv sağlamlıq məsələlərinin tədrisi və təşviqinin əsaslarına dair təlim kursu keçirilib.
Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir.


10 il əvvəl