• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

ADA Universitetinin Təhsilin İdarə Edilməsi fakültəsi və Miçiqan Universitetinin Təhsil Kolleci arasında əməkdaşlıq barəsində Anlaşma Memorandumu imzalanıb.

Memorandum ADA Universitetində yeni yaradılmış fakültə üçün müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanmasını, yüksək ixtisaslı professor-müəllim kadrların yetişdirilməsini, tələbə və müəllim mübadiləsini, birgə konfrans-seminarların təşkilini nəzərdə tutur. İmzalama mərasimində iştirak edən təhsil naziri Mikayıl Cabbarov ADA Universitetində yaradılmış fakültənin təhsilin idarə edilməsi sahəsində ixtisaslı kadrların hazırlanması, ölkəmizdə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın məqsədlərinə nail olunması işinə təkan verəcəyinə inandığını bildirib. Mərasimdə vurğulanıb ki, Təhsil Nazirliyi tərəfindən dəstəklənən bu əməkdaşlıq ölkəmizdə təhsil sahəsində aparılan islahatlara öz müsbət təsirini göstərəcək. Qeyd edək ki, fevralın 17-19-da Miçiqan Universitetinin Təhsil Kollecinin dekanı Donald Heller və Beynəlxalq Proqramlar direktoru Todd Drummondun iştirakı ilə ADA Universitetinin rəhbərliyi, müəllim və professorları arasında görüş keçirilib, ikitərəfli əməkdaşlıq və gələcək addımlar müzakirə olunub. Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev təhsil və tədqiqat sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu əməkdaşlıq ikili dərəcə proqramlarının və birgə elmi araşdırmaların həyata keçirilməsinə yönəlməlidir. Səfər çərçivəsində Bakı məktəblərinin müəllim və direktorları dekan Donald Hellerin “Müasir təhsilin meylləri” mövzusunda mühazirəsini dinləyib. Qonaqlar ADA Universitenindəki həmkarları ilə birgə 132-134 nömrəli Təhsil Kompleksini ziyarət edib, müəllim heyəti ilə görüşlər keçirib. 

47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin zona mərhələsi başa çatıb.

Bu mərhələdə X və XI siniflər üzrə ümumilikdə 693 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 215 şagird respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Martın 1-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında seçim turunun respublika mərhələsi keçiriləcək. Bu mərhələdə şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar. Bunun üçün onlara 4 saat vaxt ayrılacaq. Respublika mərhələsinin nəticələrinin imtahan başa çatdıqdan 5 gün sonra elan olunması nəzərdə tutulur.Nəticələr məlum olduqdan sonra apelyasiya günü müəyyən ediləcək. 47-ci Beynəlxalq Kimya Olimpiadası 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçiriləcək. Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi tərəfindən Azərbaycanda keçirilməsi nəzərdə tutulan olimpiadada dünyanın 80-ə yaxın ölkəsi iştirak edəcək.47-ci Beynəlxalq Kimya Olimpiadasının yüksək səviyyədə keçirilməsi barədə Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib. Qeyd edək ki, Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiya) keçirilib. Sonuncu – 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar. 47-ci Beynəlxalq Kimya Olimpiadası ilə bağlı ətraflı məlumat olimpiadanın rəsmi internet saytında (http://icho2015.msu.az/) yerləşdirilib.

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə yeni direktor təyin olunub.

Mərkəzə direktor təyin olunan Firuzə Sultan-zadə 1990-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə bitirib. Biologiya elmləri namizədi F.Sultan-zadə 1997-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləyib, 2011-ci ildən “Bioekologiya” kafedrasında ekologiya və torpaqşünaslıq fakültəsində dosent vəzifəsində çalışır. 40 elmi əsərin, 15 dərslik və dərs vəsaitinin müəllifidir. 1999-ci ildən elmi-ictimai “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəridir. 2000-2015-ci illər ərzində ekoloji təhsil və maarifləndirmə, Azərbaycanın mədəni və təbii irsinin qorunması, muzey pedaqogikası, ekoloji və mədəni uşaq və gənclər üçün interaktiv turizmin inkişafı, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarəçiliyi, biomüxtəlifliyin və aqrobiomüxtəlifliyin mühafizəsi sahəsində 60-dan çox milli və beynəlxalq ekoloji layihənin müəllifi və koordinatoru olub. Ekoloji və mədəni turizm sahəsində çalışan F.Sultan-zadə Dünya Bankının “Mədəni irsin qorunması” layihəsi çərçivəsində də icma inkişafı üzrə mütəxəssis işləyib. 1999-cu ildən YUNESKO-nun Azərbaycanın təbii və mədəni irsinin qorunması və muzey pedaqogikasının inkişafı sahəsində ekspertidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan Etno-Ekoloji Mərkəzin rəhbəridir. Ətraf mühitin mühafizəsi və ictimai fəaliyyətinə görə “Dədə Qorqud” Milli Fondu tərəfindən “Qızıl ürək” ordeni, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. F.Sultan-zadənin elmi və beynəlxalq təşkilatlarla iş təcrübəsi, gənc nəslin ekoloji biliklərinin artırılmasında yeni yanaşmaların tətbiqinə, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və ümumilikdə ekoloji mərkəzlərin işinin müasir dövrün tələbləri səviyyəsində qurulmasına töhfə vermiş olacaq.

Fevralın 24-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin və Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” filminin təqdimatı olub.

Tədbirdə  təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Avropa-Azərbaycan Cəmiyyətinin Parisdəki ofisinin rəhbəri Marie-Laetitia Gourdin, Azərbaycanın Dostları Assosiasiyasının sədri, Milli Assambleyanın deputatı Jan-Fransua Mansel iştirak ediblər. Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxışlar dinlənilib. Qeyd olunub ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu faciə insanlığa və bütün bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətdir. Tədbirdə Xocalı soyqırımının dünya ictimaiyyətinə hərtərəfli çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci ildən etibarən hər il “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasının keçirildiyi və bu kampaniyanın nəticəsi olaraq dünyanın onlarca ölkəsinin parlamenti tərəfindən Xocalı faciəsinin tanındığı bildirilib. Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar dünya ölkələrində silsilə tədbirlərin təşkil olunduğu, ilk dəfə Fransada “Sonsuz dəhliz” sənədli filminin nümayişinin həmin tədbirlərdən biri olduğu vurğulanıb. Sonra Xocalı faciəsini əks etdirən “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.

Fevralın 25-də Parisdə səfərdə olan təhsil nazirinin müavini Firudin Qurbanov Fransanın “Kampus Frans” Agentliyinin direktoru Antuan Qrassən ilə görüşüb.

Görüş zamanı ölkələrimiz arasında mövcud olan əməkdaşlıq çərçivəsində Fransa-Azərbaycan təhsil əlaqələrinin perspektiv inkişaf istiqamətləri, ali təhsil sahəsində münasibətlərin genişləndirilməsi və birgə proqramların həyata keçirilməsi imkanları müzakirə edilib. Görüşdə, həmçinin Parisdə keçiriləcək “Azərbaycan günü” tədbirinə hazırlıq, müvafiq proqramlar üzrə akademik mobillik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. “Kampus Frans” Agentliyinin bir sıra ölkələrlə sıx əməkdaşlıq etdiyini bildirən A.Qrassən rəhbəri olduğu qurumun Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələr, ali təhsilin strateji istiqamətləri, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icra vəziyyəti barədə məlumat verib. Nazir müavini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu günə qədər 120 azərbaycanlı tələbənin Fransada təhsil almaq hüququ qazandığını, onlardan 42 nəfərin hazırda bu ölkədə təhsillərini davam etdirdiyini bildirib. Qeyd edək ki, fevralın 27-də Parisdə “Azərbaycan günü” tədbiri keçiriləcəkdir. “Azərbaycan günü”ndə Fransanın 20-yə yaxın ali təhsil müəssisəsi Azərbaycan ali təhsil sistemi üçün maraq kəsb edən birgə layihələr barədə təqdimatlar keçirəcəklər. Tədbir çərçivəsində Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarına da Azərbaycan universitetlərində təhsil almaq imkanları təqdim olunacaqdır.

Təhsil Nazirliyinin “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” mövzusunda keçirdiyi müsabiqə davam edir.

Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir. Müsabiqəyə təqdim ediləcək əsərlər toplu şəklində hazırlanmalıdır. Topluya 1-2 çap vərəqi həcmində 15 nəsr, 20 nəzm və 5 dram əsəri daxil olmalıdır. Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 nüsxədə diskə yazılmış elektron variantı (PDF formatda) ilə birlikdə 2015-ci il iyun ayının 1-dən başlayaraq 1 ay müddətində Təhsil Nazirliyinə göndərilməlidir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir. Toplulardakı əsərlərə ekspert qrupları tərəfindən baxılacaq və nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılacaq. Müsabiqədə birinci yeri tutan toplu müəllifinə 5000 manat, ikinci yeri tutana 3000 manat, üçüncü yeri tutana 1500 manat mükafat veriləcək. Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumi təhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndəriləcək və ictimaiyyətin rəyini öyrənmək məqsədilə Təhsil Nazirliyinin internet saytında yerləşdiriləcək. Rəy və mülahizələr eser.musabiqe@edu.gov.az elektron poçtuna göndərilməlidir. Müsabiqənin nəticələri 2015-ci ilin sonunadək yekunlaşdırılacaq. Qalib əsərlərin kitab (antologiya) şəklində çap olunması nəzərdə tutulur.  

Təhsil Nazirliyinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) komandası Rusiyanın Pyatiqorsk şəhərində keçirilən Beynəlxalq Qılıncoynatma turnirindən uğurla qayıdıb.

Yarışda Azərbaycanı təmsil edən 8 nömrəli İOEUGİM-in yetirmələri komanda hesabında ikinci yerə layiq görülüb. Turnirdə Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və Moldovadan 264 idmançı iştirak edib. 2000-2005-ci il və 1998-1999-cu il təvəllüdlü olmaqla, iki yaş qrupu üzrə təşkil olunan yarış qızlar və oğlanlar arasında keçirilib. Böyük yaş qrupunda 54 oğlan və 61 qız, kiçik yaş qrupunda 66 oğlan və 83 qız idmançı birincilik uğrunda mübarizə aparıb.

“Azərbaycan günü” tədbirləri çərçivəsində Parisdə səfərdə olan Təhsil Nazirliyi və Azərbaycan ali təhsil müəssisələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti fevralın 26-da Pyer və Mari Küri Universitetində görüş keçirib.

Universitetin prezidenti Jan Şambaz Azərbaycan nümayəndə heyətinə məlumat verərək bildirib ki, ali məktəbdə müxtəlif ixtisaslar üzrə 34 min tələbə təhsil alır. Ali məktəbin ümumi fəaliyyətindən söz açan J.Şambaz universitetdə 100-ə qədər istiqamət üzrə elmi tədqiqatların aparıldığını qeyd edib. Universitetin nəzdindəki İntellektual Sistemlər və Robot Texnikası İnstitutunun direktoru Raja Şatila rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, aparılan elmi araşdırmalar, robot texnikası barədə təqdimatla çıxış edib. R.Şatila universitet tərəfindən yaradılan robot texnikası nümunələrinə sənaye, tibb və farmokologiya kimi sahələrdə böyük tələbatın olduğunu, yalnız Fransanın deyil, Avropa miqyasında müxtəlif şirkətlərin universitetlə əməkdaşlıq etdiyini və elmi-tədqiqat layihələrini maliyyələşdirdiyini bildirib. Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ali təhsil müəssisəsinin elmi-tədqiqat və robot hazırlığı laboratoriyaları ilə yaxından tanış olub, təhsil müəssisəsinin müvafiq sahədəki iş təcrübəsi haqqında məlumat əldə ediblər. Sonda Azərbaycan nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Fevralın 27-də Parisdə “Azərbaycan günü” tədbirlərinə start verilib.

 “Azərbaycan günü” tədbirlərinin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir. Açılış mərasimində iştirak edən “Kampus Frans” Agentliyinin direktoru Antuan Qrassən “Azərbaycan günü”nün əhəmiyyətini vurğulayıb. İkitərəfli təhsil əlaqələrin inkişafında maraqlı olduqlarını bildirən agentlik rəhbəri bu mühüm tədbirdə Azərbaycanın 10-a yaxın aparıcı universitet rəhbərlərinin iştirak etdiyini və bunun iki ölkənin təhsil sahəsindəki əməkdaşlığının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye iki dövlət arasında ən yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu və əlaqələrin son illər nəzərəçarpacaq dərəcədə genişləndiyini vurğulayıblar. Strasburq Universitetinin prezidenti Alen Beretz ikili proqramlar, tələbə-müəllim mübadiləsi və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanlarından söz açıb. A.Beretz tədbirin davamı olaraq bu ilin mart ayında Fransa təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb. Təhsil nazirinin müavini Firudin Qurbanov “Kampus Frans” Agentliyinin rəhbərliyinə Azərbaycan və Fransa ali təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən belə bir tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından təşəkkürünü bildirib. İki ölkə arasında tarixi münasibətləri və son illər Azərbaycan-Fransa əlaqələrinin genişləndiyini vurğulayan F.Qurbanov ümummilli lider Heydər Əliyevin Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini, bu siyasətin hazırda ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb.  Nazir müavini ölkəmizin sosial-iqtisadi inkişafı barədə geniş məlumat verib. Son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işləri, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirləri, ali təhsil sahəsində ən mühüm təşəbbüslərdən olan SABAH qruplarının yaradılmasını nəzərə çatdıran F.Qurbanov eyni zamanda azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində, o cümlədən Fransanın ali məktəblərində də uğurla təhsil aldıqlarını qeyd edib. Sonra Fransa universitetləri nümayəndələrinin iki ölkənin təhsil sahəsində əməkdaşlığına dair çoxsaylı sualları cavablandırılıb. Tədbirdə “Kampus Frans” Agentliyinin və Fransa ali təhsil müəssisələrinin rəhbər şəxsləri Fransada təhsil imkanları, mövcud əməkdaşlıq layihələri barədə təqdimatlar ediblər. “Azərbaycan günü” tədbirlərinə qatılan Fransa universitetlərinin azərbaycanlı tələbələri təhsil aldıqları ali məktəblər haqqında məlumat veriblər.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının tələblərini əsas tutaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb.

Sənədlərin qəbuluna sərf ediləcək zaman və insan resurslarına qənaət, şagird kontingentinin uçotunun sistemləşdirilməsi, məktəb haqqında məlumat əldə etmək imkanları elektron sistemin üstünlüklərindəndir. Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2015-ci il martın 5-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır. Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılacaqdır. Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcəkdir. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər. 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaqdır. İyulun 13-dən 31-dək Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış Komissiya tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən aparılan müsahibədə iştirak edəcəklər (qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahandan uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər istisna olmaqla). Ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur. İstifadəçilər üçün təlimatlar, məlumatlandırıcı videoçarxlar və Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunmuş telefon məlumat xidməti vətəndaşların elektron sistemdən istifadəsini asanlaşdıracaqdır.   2015-2016-cı dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri   Sual-cavab

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı