SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 19-da Təhsil Nazirliyi tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə təşkil olunmuş mediatur başlayıb.
Müdafiə Nazirliyi ilə birgə Ağcabədi, Ağdam və Tərtər rayonlarına təşkil olunan səfərdə 30-dan çox KİV nümayəndəsi iştirak edir.
Mediatur çərçivəsində ilk görüş Ağcabədi rayonu Hindarx qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1 nömrəli orta məktəbdə olub. Media nümayəndələri məktəbdə keçirilən bir neçə dərsdə iştirak ediblər. Gənclərin çağırışaqədərki hazırlığı dərsində şagirdlərə Xocalı faciəsi, eləcə də döyüşlərdə istifadə edilən silah-sursat barədə geniş məlumat verilib.
Bildirilib ki, Hindarx qəsəbəsi təmas xəttindən 15 kilometr məsafədə yerləşir. Etibar İsmayılov adına 1 nömrəli orta məktəbdə 729 şagird təhsil alır. Ötən il məktəbin 14 məzunu tələbə adını qazanıb.
Daha sonra mediatur iştirakçıları Ağdam rayonu Çəmənli kəndindəki Ziyəddin İsgəndərov adına orta məktəbdə olublar. Qonaqlar tədris ocağında Gənclərin çağırışaqədərki hazırlığı və Riyaziyyat dərslərini izləyib, müəllim, şagird və kənd sakinləri ilə görüşüblər.
Tədrisdə fərqlənən şagirdlərə Təhsil Nazirliyinin hədiyyələri təqdim edilib.
KİV nümayəndələri fevralın 20-də Ağdam rayonu Qaradağlı kəndindəki Ayaz Abbasov adına orta məktəbə, Tərtər rayonu Qapanlı kəndindəki F.Həmidov adına orta məktəbə səfər edəcək və bölgədəki “N” saylı hərbi hissədə şagirdlərin əyani Gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyəcəklər.
Qeyd edək ki, səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir. Mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən digər məktəblərin pedaqoji kollektivləri və şagirdləri ilə görüşü də təşkil olunacaq. Səfər zamanı pedaqoji kollektiv və şagirdlərin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülən insanlarla görüşünün keçirilməsi də nəzərdə tutulur.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl