• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Hövsan Olimpiya İdman Kompleksində “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) ağır atletika üzrə Respublika birinciliyi keçirilib.

Birinciliyin məqsədi fevral ayında keçiriləcək respublika yarışında iştirak edəcək “Təhsil” RİM-in yığma komandasının tərkibini müəyyənləşdirmək, Təhsil Nazirliyinin tabelyində fəaliyyət göstərən ağır atletika bölmələri ilə yaxından tanış olmaqdan ibarətdir. 16-17 və 13-15 yaşlı yeniyetmələr arasında keçirilən yarışda Təhsil Nazirliyinin tabelyində fəaliyyət göstərən idman məktəblərinin ağır atletika bölmələrindən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda 13-15 yaşlı yeniyetmələr arasında I yeri 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM), II yeri 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin (İOEUGAM), III yeri “Təhsil” RİM-n Lənkəran filialının komandası tutub. 16-17 yaşlılar arasında isə I yeri 5 nömrəli İOEUGAM-ın, II yeri Goranboy Uşaq-Gənclər İdman Məktəbinin, III yeri “Təhsil” RİM-in Gəncə filialının yetirmələri qazanıblar.

Yanvarın 11-də “British Councıl”un Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbində Azərbaycanda ingilis dili müəllimləri üçün ilk dəfə olaraq İngilis Dilinin Onlayn Tədrisi (ETTO) ixtisasartırma layihəsinin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Misir Mərdanov “British Councıl” təşkilatının ölkəmizdəki nümayəndəliyinin 2003-cü ildən Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb və yeni layihənin aparılan işlərin daha da inkişafına təkan verəcəyinə, məktəblərdə ingilis dilini tədris edən müəllimlər üçün uğurlu olacağına ümid bəslədiyini bildirib. Nazir onu da əlavə edib ki, son illər Bakının 7 məktəbində ingilis dilinin intensiv tədrisinə başlanılıb və bu sahədə böyük nailiyyətlər əldə edilib. Mərasimdə qeyd olunub ki, ETTO layihəsi 50 saatlıq innovativ kurs, online tapşırıqlar, digər iştirakçılarla müxtəlif mövzularda müzakirələr aparmaq və müstəqil öyrənmədən ibarətdir. Müstəqil öyrənməyə isə tapşırıqlar, dərsin planlaşdırılması və özünüqiymətləndirmə daxildir. Bildirilib ki, bütün fəaliyyətlər, tapşırıqlar, audio- video materiallar 5-12 yaşlı uşaqlara dərs demək üçün nəzərdə tutulub. Yanvarın 15-dən təşkil olunacaq kursda Gəncə, Zaqatala, İsmayıllı, Sumqayıt və Bakı məktəblərinin ibtidai siniflərində ingilis dilindən dərs deyən 48 müəllim iştirak edəcək və kurs ərzində müəllimlərə onlayn təlimçi dəstək olacaq. Kursun sonunda müəllimlərə sertifikat təqdim ediləcək. Tədbirdə təhsil naziri Misir Mərdanov “British Councıl”un Azərbaycan nümayəndəliyinin müvafiq layihə üzrə rəhbəri Gülşən Hüseynovaya təşəkkürünü bildirərək uğurlar arzulayıb.   Sonra tədbirdə iştirak edən “British Councıl”un Qara Dəniz ölkələri üzrə direktoru xanım Rozmari Arnot çıxış edib və Təhsil Nazirliyi ilə aparılan səmərəli işin səviyyəsindən razı qaldığını bildirib. Qonaq, həmçinin gələcəkdə Azərbaycanın bütün tədris müəssisələrində ingilis dilinin yüksək səviyyədə öyrədilməsi və tədrisi sahəsində daha böyük layihələr həyata keçiriləcəyini vurğulayıb.

Təhsil Nazirliyində “Sabahın alimləri” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan Moldovanın Maarif Nazirliyi, Gürcüstanın Təhsil və Elm Nazirliyi, həmçinin “İntel” korporasiyasının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə təhsil nazirinin müşaviri Hüseyn Əliyev bildirib ki, “Sabahın alimləri” müsabiqəsi artıq 4 ildir Azərbaycanda keçirilir. İldən-ilə müsabiqənin keçirilməsi prosesi təkmilləşdirilir, bu isə tədqiqatlarla məşğul olmaq istəyən şagirdlərin sayını artırır. Müsabiqəyə qoşulan məktəblilərin artması buna əyani sübutdur. 2013-cü ildə keçirilən müsabiqəyə 149 şagird qoşulmaq üçün müraciət etmişdirsə, builki müsabiqədə qeydiyyatdan keçən şagirdlərin sayı 480 nəfərə çatıb.  “Sabahın alimləri” müsabiqəsinin təşkilatçılarından biri olan “İntel” korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva bu müsabiqənin hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə  keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunduğunu xatırladıb. Azərbaycanın müsabiqənin keçirilməsi ilə bağlı təcrübəsinin təqdirəlayiq olduğunu vurğulayan Tatyana Nanayeva sərgiyə qatılmaq istəyən digər ölkələrə bu təcrübədən yararlanmağı tövsiyyə edib. Moldovanın Maarif Nazirliyinin nümayəndəsi Prisakaru Angela, Gürcüstanın Təhsil və Elm Nazirliyinin nümayəndəsi Tinatin Boçorişvili Bakıda “Sabahın alimləri” müsabiqəsinin yüksək səviyyədə keçirildiyini qeyd ediblər. Onlar öz ölkələrində belə müsabiqələrin keçirilməsində Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayaraq ümumilikdə, təhsil sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər. Qeyd edək ki, fevralın 12-də Bakıda “Sabahın alimləri” müsabiqəsinin açılış mərasimi keçirilib. 3 gün davam edən müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib. Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və İntel İSEF ilə birgə təşkil olunan müsabiqənin qalibləri ABŞ-da keçiriləcək İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək.

Fevralın 14-də Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət Mehdiyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, İntel korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva iştirak ediblər. Tədbirə, həmçinin dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları, təhsil ekspertləri və təhsil müəssisələrinin rəhbərləri qatılıblar. Tədbirdə məlumat verilib ki, “Sabahın alimləri” IV Respublika müsabiqəsinin keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir. Bu müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə  keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Builki müsabiqədə 195 şagird 96 elmi layihə ilə iştirak edib. Onlardan 27-i fərdi, 69-u kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib. Müsabiqə üç gün ərzində keçirilib. Sonuncu gün “Açıq qapı” saatları təşkil olunub, şagird və müəllimlərə, həmçinin media nümayəndələrinə layihələrlə tanış olmaq imkanı yaradılıb. Müsabiqəyə təqdim olunan layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib. Qiymətləndirmə nəticəsində ilk 3 yerə layiq görülən 47 layihə müəyyənləşdirilib. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub. 

  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin növbəti qonağı İrlandiyanın Dublin Texnologiya İnstitutunun məzunu Vüsalə Qurbanovadır

Fevralın 16-da təhsil naziri Mikayıl Cabbarov Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Mingəçevir şəhərində və Yevlax, Bərdə, Ağdaş rayonlarında yaşayan vətəndaşların müraciəti dinlənilir, əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.

Fevralın 14-də Sumqayıtda Təbiət elmləri təmayüllü gimnaziyada riyaziyyat və fizika fənləri üzrə Olimpiadaya Hazırlıq Mərkəzinin açılışı mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndələri, şagirdlər və valideynlər iştirak ediblər. Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev hazırlıq mərkəzinin məqsədi, işin təşkili və perspektiv gözləntilər barədə məlumat verib. O, bildirib ki, istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların inkişaf etdirilməsi sahəsində aparılan sistemli iş nəticəsində bu prosesə IX, X və XI sinif şagirdləri ilə yanaşı, VII və VIII sinif şagirdləri də cəlb olunub. Təhsil Nazirliyinin tövsiyəsinə əsasən, işçi qrup yaradılmaqla Sumqayıt şəhərindəki ümumtəhsil məktəblərinin ən yaxşı oxuyan, riyaziyyat və fizika fənlərinə marağı olan 473 şagirdi arasında perspektivli uşaqları seçmək üçün şəhər üzrə monitorinq keçirilib. Monitorinqə riyaziyyat üzrə 147 nəfər VII sinif şagirdi, 143 nəfər VIII sinif şagirdi qatılıb. Fizika fənni üzrə isə VII və VIII siniflərdən 183 nəfər seçimlərdə iştirak edib. Monitorinqin nəticəsinə əsasən riyaziyyatdan 26, fizikadan 28 ən yüksək bal toplamış şagird müəyyənləşdirilib və həmin şagirdlər Olimpiadaya Hazırlıq Mərkəzinə daxil edilib. Mərasimdə çıxış edən valideynlər Təhsil Nazirliyinin istedadlı uşaqların müəyyənləşdirilməsi və onların inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri təqdir etdiklərini bildiriblər. Onlar məktəblilərin daha yüksək səviyyədə təhsil alması üçün üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklərini vurğulayıblar.

Təhsil Nazirliyi Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə mediatur təşkil edir.

Müdafiə Nazirliyi ilə birgə Ağcabədi, Ağdam və Tərtər rayonlarına təşkil olunan səfərdə 30-dan çox KİV nümayəndəsinin iştirakı nəzərdə tutulub. Səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir. Mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən məktəblərin pedaqoji kollektivləri və şagirdlərlə görüşü təşkil olunacaq. Səfər zamanı pedaqoji kollektiv və şagirdlərin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülən insanlarla görüşünün keçirilməsi də nəzərdə tutulur. Mediatur çərçivəsində şagirdlərin bölgədə yerləşən N saylı hərbi hissəyə səfəri də təşkil ediləcək.

Təhsil Nazirliyi 2015-2016-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu üzrə müsabiqə keçirir.

Müsabiqədə ölkəmizdəki bütün ali təhsil müəssisəsinin bakalavr pilləsində I kursda əyani təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilər.  SABAH qruplarında oxumaq istəyən tələbələrin qeydiyyatı artıq başlayıb. www.sabah.edu.az saytında yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla tələbələr müsabiqəyə qoşula bilərlər. 6 ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə təşkil olunan müsabiqə 3 mərhələdə aparılacaq. İlkin mərhələdə tələbələrin akademik göstəriciləri qiymətləndiriləcək. İkinci mərhələdə tələbələr ingilis dili və məntiq üzrə test imtahanı verəcəklər. Bu prosesləri uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.   Elan

Fevralın 16-da təhsil naziri Mikayıl Cabbarov Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərində və Yevlax, Bərdə, Ağdaş rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 71 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı