• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fevralın 27-də Parisdə Azərbaycan və Fransa universitetlərinin iştirakı ilə “Azərbaycan günü” tədbiri keçiriləcəkdir.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 2014-cü ilin noyabr ayında Parisə işgüzar səfəri zamanı Fransanın müvafiq dövlət qurumları ilə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda müzakirələr aparılmışdı. Prosesin davamı olaraq fevralın 27-də Parisdə keçiriləcək “Azərbaycan günü” tədbirinin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələri inkişaf etdirmək, tələbə və müəllim mübadiləsi və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir.
Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə ölkəmizin bir sıra aparıcı ali təhsil müəssisələrinin rektorları daxildir.
“Azərbaycan günü”ndə 20-yə yaxın Fransa ali təhsil müəssisəsi Azərbaycan ali təhsil sistemi üçün maraq kəsb edən birgə layihələr barədə təqdimatlar keçirəcəklər. Eyni zamanda, tədbir çərçivəsində Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarına da Azərbaycan universitetlərində təhsil almaq imkanları təqdim olunacaqdır. 


10 il əvvəl