SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 16-da Təhsil Nazirliyinin təşəbbüsü ilə nazirliyin əməkdaşları və 50-dək kütləvi informasiya vasitəsi nümayəndəsinin Gəncə şəhərinə səfəri təşkil olunub.
Səfərin əsas məqsədi Gəncə şəhərinin təhsil ictimaiyyəti ilə görüşlər keçirmək, Təhsil Nazirliyinin həyata keçirdiyi yeni layihələri barədə ətraflı məlumatlar verməkdən ibarətdir. Səfər çərçivəsində Gəncə Dövlət Universitetində Təhsil Nazirliyi əməkdaşları və media nümayəndələrinin bölgədə fəaliyyət göstərən 3 ali təhsil müəssisəsinin professor, müəllim və fəal tələbə heyəti ilə görüşü keçirilib. Qonaqları salamlayan Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov belə görüşlərin əhəmiyyəti barədə fikirlərini bildirib. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev və sektor müdiri Sülhəddin Gözəlov SABAH qruplarının təqdimatını keçiriblər. Təqdimatda SABAH qruplarının əhəmiyyəti, məqsədi, üstünlükləri açıqlanıb. Bildirilib ki, ölkə iqtisadiyyatının inkişafı, dünyada gedən qloballaşma prosesləri savadlı, bacarıqlı və hazırlıqlı mütəxəssislərə olan ehtiyacı artırıb. SABAH qruplarının yaradılmasının məqsədi də belə kadrlar yetişdirməkdir. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov isə tədbir iştirakçılarına SABAH qruplarının yaranma fəlsəfəsi barədə məlumat verib. O, SABAH qruplarının ölkənin bütün ali təhsil müəssisələrini əhatə edəcəyinə və Gəncədə təhsil alan tələbələrin də bu prosesdən kənarda qalmayacağına əminliyini bildirib. Sonda tələbələrin və müəllim-professor heyətinin çoxsaylı sualları cavablandırılıb. Növbəti görüş Gəncə şəhər 25 saylı orta məktəbdə baş tutub. Burda şagirdlər üçün Gəncə Dövlət Universitetində və Azərbaycan Texnologiya Universitetində tədris olunan ixtisaslarla bağlı təqdimat keçirilib. Təhsil Nazirliyinin təşəbbüsü ilə reallaşan “İxtisas seçimi uğurlu karyeranın başlanğıcıdır” layihəsi çərçivəsində təşkil olunan təqdimat yuxarı sinif şagirdləri tərəfindən maraqla qarşılanıb. Media təmsilçiləri Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən məzun yarmarkasında da olublar. Burda işəgötürənlərlə tələbələr arasında təcrübə mübadiləsi izlənilib.
08/07/2015 16:52
Mayın 17-də Təhsil Nazirliyində respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, münsiflər heyətinin üzvləri, olimpiada qalibləri, rayon təhsil şöbələrinin nümayəndələri iştirak edib. Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək bildirib ki, istedadlı uşaqların üzə çıxarılmasında, onların daha da yaxşı oxumağa həvəsləndirilməsində, tədris bacarıqları ilə seçilən müəllimlərin müəyyənləşdirilməsində fənn olimpiadaları xüsusi rol oynayır. Məktəblərdə müxtəlif fənnlər üzrə olimpiadalarda iştiraka layiq şagirdlər seçilir və onların hazırlığına nəzarət gücləndirilir. Bütün bunlar olimpiada hərəkatına təkan verir. Tədbirdə məlumat verilib ki, respublika məktəblilərinin 2013-2014-cü dərs ilində fənn olimpiadaları 3 mərhələdə keçirilib. Rayon (şəhər) mərhələsi üzrə I turun 36 908 nəfər iştirakçısından II tura 6 374 nəfər keçib, onlardan da 849-u yerli münsiflər heyətinin qərarına əsasən respublika mərhələsində iştirak edib. Respublika mərhələsinin nəticələrinə görə, iştirakçıların ümumi sayından 189 nəfəri I-IV yerlərə, o cümlədən 20-si I, 27-si II, 61-i III, 81-i IV yerə layiq görülüb. Tədbirdə qalib məktəblilər olimpiadaların təhsildə əhəmiyyətindən danışıblar. Belə yarışlar fənnləri daha dərindən mənimsəməyə stimullaşdırır, məktəblilər arasında sağlam rəqabət yaradır. Eyni zamanda olimpiadalar və ümumilikdə, bilik yarışları tədrisin keyfiyyətinin yüksəldilməsinə kömək edir. Qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
Mayın 19-da Bakıda “Futbol Könüllülərinin Beynəlxalq Forumu” keçirilib.
Forum Təhsil Nazirliyi, AFFA və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə təşkil olunub. Forumun keçirilməsindən məqsəd dünyada könüllülər hərəkatının, xüsusilə, idmanda könüllülərin fəaliyyəti ilə bağlı mövcud vəziyyəti müzakirə etmək, inkişaf tendensiyasını araşdırmaqdan ibarətdir. Azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak ediblər. Forumun açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, AFFA-nın baş katibi Elxan Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxş ediblər. İtaliyalı futbolçu, “Yuventus”, “Milan”, “Barselona” klublarında çıxış etmiş, 2006-cı ildə Almaniyada təşkil olunmuş dünya çempionatının qalibi Canluka Zambrotta da fikirlərini bildirib. Təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizin könüllülər hərəkatında 15 ildən çoxdur ki, fəal şəkildə iştirak etdiyini vurğulayıb. Azərbaycan nadir ölkələrdən biridir ki, burada “Könüllülük Fəaliyyəti haqqında” Qanun qəbul edilib və əsas hüquqi tənzimlənmə bu qanunla həyata keçirilir. Nazir müavini qeyd edib ki, könüllülər hərəkatının əsas mənbəyi yeniyetmələr və gənclərdir. Onlar, əsasən məktəblərin şagirdləri, kollec və ali təhsil müəssisələrinin tələbələridir. Könüllülük proqramının təbliğı çərçivəsində 30 universitet, 10 kollec və 8 qeyri-hökumət təşkilatında 5000-dən çox gəncin iştirakı ilə təqdimatlar keçirilib. Bu təbliğat fəaliyyəti Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub. Sessiyalarla davam etdirilən forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edib. Çıxışların mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələr olub. Tədbirdə AFFA-nın prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər qonaqlar da iştirak edib.
08/07/2015 16:52
Mayın 20-də Bakıda Avropa Şurasının Demokratik Vətəndaşlıq və İnsan Hüquqları üzrə Təhsil Şəbəkəsinin Əlaqələndiricilərinin XXI iclası işə başlayıb.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Həssas vəziyyətdə uşaqlar: vətəndaşlıq və insan hüquqları təhsili vasitəsilə dəyişiklik” adı altında keçirilən ikigünlük iclas Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində reallaşdırılan ilk tədbirdir. İclasın açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, İnsan Hüquqları üzrə Müvəkkilin Aparatının rəhbəri Aydın Səfixanlı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov və Avropa Şurasının təhsil idarəsinin rəisi Şur Berqan çıxış ediblər. İclasın işinə Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Avropa Şurası üzv ölkələrinin mütəxəssisləri və Avropa Şurası Katibliyinin əməkdaşları qatılıblar. İclas mayın 21-də başa çatacaqdır.
08/07/2015 16:52
Futbol üzrə ali təhsil müəssisələri arasında keçirilən “Təhsil Kuboku” yarışının 1/8 mərhələsinin oyunları başa çatıb.
29 ali məktəbin futbol komandalarının mübarizə apardığı Kubokun 1/4 mərhələsinə 8 komanda çıxıb. Bunlar Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universitetidir. Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Təhsil Kuboku” çərçivəsində oyunlar Bakının Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin stadionunda və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda baş tutur. “Təhsil Kuboku” futbol yarışını keçirməkdə məqsəd tələbələr arasında futbolun kütləviliyini artırmaq, Azərbaycanın tələbə yığma komandasını formalaşdırmaq, Avropa, dünya çempionatlarında və beynəlxalq turnirlərdə tələbələrdən ibarət futbol komandalarının iştirakını təmin etməkdir. İlk 4 yeri tutan komandalar Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunacaq və onlara hədiyyələr veriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası Kubokun qaliblərinə pul mükafatı təqdim edəcək.
08/07/2015 16:52
Mayın 20-də günorta saatlarında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun (KİV-də adı Mahir kimi verilmişdir) müəllim tərəfindən döyülməsi barədə məlumatlar yayılmışdır.
Məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən yerində aparılmış araşdırma nəticəsində yayılan informasiyanın həqiqətə uyğun olmadığı və baş vermiş hadisənin təhrif olunduğu müəyyən edilmişdir. Belə ki, may ayının 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb. Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı N.Cavadov yıxıldığını təsdiqləyib. Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş verməyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib. Beləliklə, uşağın zədə alması hadisəsində 7 nömrəli xüsusi internat məktəbinin müəllim-tərbiyəçi heyətinin təqsirinin olması təsdiqlənməyib. Eyni nəticəyə müstəqil olaraq təhqiqatı aparan Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları da gəliblər. Təhsil Nazirliyi hadisə barədə sifarişli və qərəzli informasiyanı yaymaqla ictimaiyyəti çaşdırmağa, bununla təhsil müəssisəsinin kollektivinin nüfuzuna xələl gətirməyə və tədris prosesinin normal ahəngini pozmağa yönəlmiş hərəkətləri qəti şəkildə pisləyir və buna yol vermiş şəxslər barəsində hüquqi çərçivədə müvafiq addımların atılması, o cümlədən araşdırmanın aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.
08/07/2015 16:52
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri məktəblərinin müəllimləri üçün iyun ayında Sınaq Qiymətləndirilməsi keçiriləcəkdir.
08/07/2015 16:52
Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə ilə bağlı ötən gün mediada yayılan videoya dair çoxsaylı sorğulara cavab olaraq deyə bilərik ki, bu məsələnin araşdırılması bilavasitə təhsil naziri Mikayıl Cabbarovun şəxsi nəzarətinə götürülüb.
Hadisənin ilkin araşdırılması zamanı hər iki dövlət qurumunun -Təhsil Nazirliyinin və Daxili İşlər Nazirliyinin bir-birindən müstəqil şəkildə eyni nəticəyə gəlməsinə baxmayaraq, Təhsil Nazirliyi tərəfindən məsələnin daha təfsilatı ilə araşdırılması üçün əlavə yoxlama məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyanın fəaliyyət göstərəcəyi müddətdə 7 nömrəli internat məktəbinin rəhbərliyi və məsələdə adı hallandırılan digər şəxslər vəzifəsindən müvəqqəti kənarlaşdırılıb və təhsil müəssisəsinin idarəolunması Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinə həvalə olunub. Komissiyanın ilkin araşdırması zamanı gəlinən qənaət bu olub ki, ötən gün mediada yayılan video həmin gün deyil, daha öncə çəkilib və hər iki dövlət qurumunun məsələ ilə bağlı rəsmi açıqlaması yayıldıqdan sonra mediaya yol tapıb. Əgər videonu yayan şəxslərin məqsədi hadisənin daha operativ və hərtərəfli araşdırılmasına kömək etmək idisə, bu video daha öncədən dövlət qurumlarına təqdim olunardı. Dövlət qurumlarına, o cümlədən Təhsil Nazirliyinə müraciət edilmədən informasiyanın və videonun rəsmi qurumların ilkin rəyini açıqladıqdan sonra bu ardıcıllıqla yayılması müəyyən suallar doğurur. Eyni zamanda hadisənin və ondan sonra gedən proseslərin baş vermə səbəbinin hərtərəfli öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edilib. Xronoloji arayış: 16 may - İddia olunana görə hadisənin baş verməsi. 19 may - Özünü jurnalist olduğunu iddia edən şəxslərin internat məktəbinə gəlməsi. 20 may (saat 12:33) - İnformasiyanın Təhsil Nazirliyinə və digər dövlət qurumlarına müraciət etmədən şəkil əlavə olunmaqla bizimyol.info saytında yayılması. 20 may - Daxili İşlər Nazirliyi tərəfindən araşdırma və ilkin nəticələrin açıqlanması. 21 may - Təhsil Nazirliyi tərəfindən press relizin yayılması. 21 may (saat 19:06) - İnternat məktəbi şagirdinin videosunun bizimyol.info saytında yayılması.
08/07/2015 16:52
Mayın 19-da təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində bu ölkənin təhsil və təlim naziri Fạm Vu Luan ilə görüşüb.
Görüşdə təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Təhsil sahəsində gələcək əlaqələrin möhkəmləndirilməsində bir sıra birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü vurğulanıb və müvafiq əməkdaşlıq müqavilələrinin imzalanması barədə razılıq əldə olunub. Azərbaycan və Vyetnam arasında təhsil sahəsində hələ sovetlər dövründən mövcud olan səmərəli münasibətlər haqqında söhbət açılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizdə təhsil almış vyetnamlı tələbələrlin iştirakıyla Bakıda Vyetnam-Azərbaycan dostluğu forumunun keçirilməsi məsələsi müzakirə edilib. Görüş zamanı həmçinin, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan vyetnamlı tələbələrin sayının artırılması və "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində seçilmiş ali təhsil müəssisələrinin siyahısına Vyetnamın qabaqcıl universitetlərinin də əlavə olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Məktəblilərin Beynəlxalq Kimya Olimpiadasının 2014-cü ildə Vyetnamda, 2015-ci ildə isə Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.
08/07/2015 16:52
Məktəblilərin kimya üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasının nəticələri açıqlanıb.
Mayın 11-dən 18-dək Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilmiş olimpiadada iştirak edən 6 Azərbaycan məktəblisindən ikisi yüksək yer tutub. Qiymətləndirmənin nəticələrinə əsasən, Murad Rəhimov və Cavid Əhmədov bürünc medala layiq görülüb. Qalan 4 məktəbli –Dilqəm Əhmədli, Şamil Həsənli, Kərim Kərimli və Sergey Styopin iştirakçı diplomu ilə təltif olunub. Bürünc medal qazananlar Gəncə və Ağdaş məktəblərinin şagirdləridir. Diploma layiq görülənlər isə Şirvan, Bakı və Gəncə məktəbliləridir. Ən yüksək bal yığan 4 şagird – Kərim Kərimli, Murad Rəhimov, Cavid Əhmədov, Dilqəm Əhmədli iyulun 20-də Vyetnamın paytaxtı Hanoyda keçiriləcək kimya fənni üzrə 46-cı Dünya Olimpiadasında ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında 16 ölkə iştirak edib. Bilik yarışı 2 nəzəri və 1 təcrübi olmaqla, 3 mərəhlədən ibarət olub. Azərbaycandan olimpiadada iştirak edəcək məktəbliləri seçmək üçün Təhsil Nazirliyi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan və rus dillərində yazılı imtahan keçiriblər. Seçilmiş şagirdlərin olimpiadada uğurlu iştirakını təmin etmək üçün onlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakultəsində xüsusi hazırlıq keçiblər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı