SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 20-də Bakıda Avropa Şurasının Demokratik Vətəndaşlıq və İnsan Hüquqları üzrə Təhsil Şəbəkəsinin Əlaqələndiricilərinin XXI iclası işə başlayıb.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Həssas vəziyyətdə uşaqlar: vətəndaşlıq və insan hüquqları təhsili vasitəsilə dəyişiklik” adı altında keçirilən ikigünlük iclas Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində reallaşdırılan ilk tədbirdir.
İclasın açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, İnsan Hüquqları üzrə Müvəkkilin Aparatının rəhbəri Aydın Səfixanlı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov və Avropa Şurasının təhsil idarəsinin rəisi Şur Berqan çıxış ediblər.
İclasın işinə Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Avropa Şurası üzv ölkələrinin mütəxəssisləri və Avropa Şurası Katibliyinin əməkdaşları qatılıblar.
İclas mayın 21-də başa çatacaqdır.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl