• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Futbol üzrə ali təhsil müəssisələri arasında keçirilən “Təhsil Kuboku” yarışının 1/8 mərhələsinin oyunları başa çatıb.

29 ali məktəbin futbol komandalarının mübarizə apardığı Kubokun 1/4 mərhələsinə 8 komanda çıxıb. Bunlar Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universitetidir.
Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Təhsil Kuboku” çərçivəsində oyunlar Bakının Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin stadionunda və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda baş tutur.
“Təhsil Kuboku” futbol yarışını keçirməkdə məqsəd tələbələr arasında futbolun kütləviliyini artırmaq, Azərbaycanın tələbə yığma komandasını formalaşdırmaq, Avropa, dünya çempionatlarında və beynəlxalq turnirlərdə tələbələrdən ibarət futbol komandalarının iştirakını təmin etməkdir.
İlk 4 yeri tutan komandalar Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunacaq və onlara hədiyyələr veriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası Kubokun qaliblərinə pul mükafatı təqdim edəcək.





10 il əvvəl