• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəblilərin kimya üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasının nəticələri açıqlanıb.

Mayın 11-dən 18-dək Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilmiş olimpiadada iştirak edən 6 Azərbaycan məktəblisindən ikisi yüksək yer tutub. Qiymətləndirmənin nəticələrinə əsasən, Murad Rəhimov və Cavid Əhmədov bürünc medala layiq görülüb. Qalan 4 məktəbli –Dilqəm Əhmədli, Şamil Həsənli, Kərim Kərimli və Sergey Styopin iştirakçı diplomu ilə təltif olunub. Bürünc medal qazananlar Gəncə və Ağdaş məktəblərinin şagirdləridir. Diploma layiq görülənlər isə Şirvan, Bakı və Gəncə məktəbliləridir.
Ən yüksək bal yığan 4 şagird – Kərim Kərimli, Murad Rəhimov, Cavid Əhmədov, Dilqəm Əhmədli iyulun 20-də Vyetnamın paytaxtı Hanoyda keçiriləcək kimya fənni üzrə 46-cı Dünya Olimpiadasında ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında 16 ölkə iştirak edib. Bilik yarışı 2 nəzəri və 1 təcrübi olmaqla, 3 mərəhlədən ibarət olub.
Azərbaycandan olimpiadada iştirak edəcək məktəbliləri seçmək üçün Təhsil Nazirliyi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan və rus dillərində yazılı imtahan keçiriblər. Seçilmiş şagirdlərin olimpiadada uğurlu iştirakını təmin etmək üçün onlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakultəsində xüsusi hazırlıq keçiblər.


10 il əvvəl