• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 16-da Təhsil Nazirliyinin təşəbbüsü ilə nazirliyin əməkdaşları və 50-dək kütləvi informasiya vasitəsi nümayəndəsinin Gəncə şəhərinə səfəri təşkil olunub.

Səfərin əsas məqsədi Gəncə şəhərinin təhsil ictimaiyyəti ilə görüşlər keçirmək, Təhsil Nazirliyinin həyata keçirdiyi yeni layihələri barədə ətraflı məlumatlar verməkdən ibarətdir.
Səfər çərçivəsində Gəncə Dövlət Universitetində Təhsil Nazirliyi əməkdaşları və media nümayəndələrinin bölgədə fəaliyyət göstərən 3 ali təhsil müəssisəsinin professor, müəllim və fəal tələbə heyəti ilə görüşü keçirilib.
Qonaqları salamlayan Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov belə görüşlərin əhəmiyyəti barədə fikirlərini bildirib.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev və sektor müdiri Sülhəddin Gözəlov SABAH qruplarının təqdimatını keçiriblər. Təqdimatda SABAH qruplarının əhəmiyyəti, məqsədi, üstünlükləri açıqlanıb. Bildirilib ki, ölkə iqtisadiyyatının inkişafı, dünyada gedən qloballaşma prosesləri savadlı, bacarıqlı və hazırlıqlı mütəxəssislərə olan ehtiyacı artırıb. SABAH qruplarının yaradılmasının məqsədi də belə kadrlar yetişdirməkdir.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov isə tədbir iştirakçılarına SABAH qruplarının yaranma fəlsəfəsi barədə məlumat verib. O, SABAH qruplarının ölkənin bütün ali təhsil müəssisələrini əhatə edəcəyinə və Gəncədə təhsil alan tələbələrin də bu prosesdən kənarda qalmayacağına əminliyini bildirib.
Sonda tələbələrin və müəllim-professor heyətinin çoxsaylı sualları cavablandırılıb.
Növbəti görüş Gəncə şəhər 25 saylı orta məktəbdə baş tutub. Burda şagirdlər üçün Gəncə Dövlət Universitetində və Azərbaycan Texnologiya Universitetində tədris olunan ixtisaslarla bağlı təqdimat keçirilib. Təhsil Nazirliyinin təşəbbüsü ilə reallaşan “İxtisas seçimi uğurlu karyeranın başlanğıcıdır” layihəsi çərçivəsində təşkil olunan təqdimat yuxarı sinif şagirdləri tərəfindən maraqla qarşılanıb.
Media təmsilçiləri Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən məzun yarmarkasında da olublar. Burda işəgötürənlərlə tələbələr arasında təcrübə mübadiləsi izlənilib.


10 il əvvəl