• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 7-də Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalının yekun konserti keçirilib.

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsinin birgə təşkil etdiyi festivalın əsas məqsədi tələbələri milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festivalda Təhsil Nazirliyi sistemindəki ali məktəblərin əyani şöbələrində təhsil alan tələbələrdən ibarət incəsənətin müvafiq janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər iştirak ediblər. I, II, III yerlərə layiq görülmüş 33 nəfər bir həftə sonra Təhsil Nazirliyində keçiriləcək tədbirdə hər iki təşkilatın diplomu və hədiyyələri ilə mükafatlandırılacaqlar. Artıq onuncu ildir ki, mütəmadi olaraq keçirilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı tələbələrin mədəni həyat tərzinin formalaşdırılmasında, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılmasında, onların qabiliyyətlərinin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir.

Mayın 5-dən 10-dək Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmələr arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş boks üzrə respublika birinciliyi keçirilib.

Birincilikdə 18 çəki dərəcəsi 14-15 yaşlı yeniyetmə boksçulardan ibarət 16 komanda iştirak edib. Ölkə miqyaslı yarışa ümumilikdə 170 boksçu qatılıb. 5 gün davam edən mübarizədən sonra 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ümumi komanda hesabında yarışın qalibi olub. İkinci yeri “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialı, üçüncü yeri Neftçala rayon Uşaq-Gənclər İdman Məktəbi tutub. Bundan başqa hər bir çəki üzrə şəxsi hesabda I, II və III yerləri tutan boksçular da müəyyənləşdirilib. Qaliblər Təhsil Nazirliyinin diplomları və medalları ilə mükafatlandırıblar. İlk 3 yeri tutan komandalara kuboklar təqdim olunub.   

Mayın 10-da Cəmşid Naxçıvanski adına hərbi liseydə "Şahin" hərbi-idman oyununun final yarışı keçirilib.

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında keçirilmiş yarışın finalında zona mərhələsinin qalibi olmuş 18 komanda təmsil olunub.  Final yarışının açılş mərasimində təşkilatçı qurumların nümayəndələri iştirak edib. Final yarışında iştirak edən komandalar iki mərhələdə mübarizə aparıblar. Yarışın birinci mərhələsində təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçən komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. İkinci mərhələdə isə "şahinlər” müxtəlif sədlərdən keçərək maneələri dəf etmək bacarıqlarını nümayiş etdiriblər. Finalda I yeri Bakı şəhəri Nərimanov rayonunun komandası, II yeri Bakı şəhəri Nizami rayonunun komandası, III yeri Bakı şəhəri Yasamal rayonunun komandası tutub. Qalib komandalar Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunublar.

Mayın 12-də Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində “SABAH” qrupları ilə bağlı təqdimat keçirib.

Təqdimatdan əvvəl universitetin rektoru Ədalət Muradov çıxış edərək “SABAH” qruplarının yaradılmasının əhəmiyyətini açıqlayıb. Rektor Azərbaycan Dövlət İqtisad Universitetində 9 ixtisas üzrə “SABAH” baza qruplarının yaradılacağını xatırladıb. Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov “SABAH” qrupları ilə bağlı geniş məlumat verib. Yeni qrupların yaradılması təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının artırılması istiqamətində əhəmiyyətli addım olacaq. Qeyd olunub ki, “SABAH” qrupları 8 daha müasir ali təhsil müəssisəsinin bazasında yaradılacaq. Birinci semestrdə 61-dən çox bal yığan tələbələr “SABAH” qrupuna daxil olmaq şansı qazanacaqlar. Bunun üçün onlar www.sabah.edu.az saytı vasitəsilə elektron ərizə verməli və müsabiqədə iştirak etməlidirlər. Təhsil Nazirliyinin nümayəndələri “SABAH” qrupları layihəsi ilə bağlı təqdimatı keçirdikdən sonra universitetin müəllim-professor heyətinin və tələbələrin çoxsaylı suallarını cavablandırıblar. Tələbələri daha çox maraqlandıran suallarla əlaqədar bildirilib ki, “SABAH” qruplarında təhsil alanlar ödənişli və ya dövlət sifarişi ilə oxumasından asılı olmayaraq təqaüd alacaqlar. Eyni zamanda həmin qruplarda təhsil alan və aztəminatlı ailədən olan tələbələr yataqxana ilə təmin olunacaqlar. Qrupun tələbələri üçün mütəmadi olaraq ictimai xadimlərlə, şirkət rəhbərləri ilə, dövlət qurumlarının təmsilçiləri ilə görüşlər təşkil ediləcək. “SABAH”ın fərqlənənləri xarici ölkələrdə təcrübəyə göndəriləcək.

Mayın 13-də Təhsil Nazirliyində SABAH qruplarına tələbələrin qeydiyyatının başlanılması və sabah.edu.az saytının təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib.

Konfransda Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, Tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov iştirak edib. Mətbuat konfransında SABAH qruplarının təhsilin keyfiyyətinin daha da artırılması, tələbələr arasında sağlam rəqabətin formalaşması və müasir tələblər səviyyəsində kadrların hazırlanması zərurətindən yaradıldığı vurğulanıb. Bildirilib ki, bu gündən etibarən SABAH qruplarında təhsil almaq istəyən tələbələrin qeydiyyatına başlanılır və bu proses iyunun 12-dək davam edəcək. SABAH qrupları 33 ali təhsil müəssisəsindən 8-nin bazasında yaradılacaq və 52 ixtisas olmaqla 5 ixtisas qrupunu, ümumilikdə isə 20 minə yaxın tələbəni əhatə edəcək. Birinci semestrdə 61 baldan yuxarı göstəricisi olan tələbələrin iştirak edəcəyi qəbul prosesi 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçən tələbə daha sonra - ikinci mərhələdə 25 məntiq və 25 xarici dil olmaqla 50 sualı cavablandıracaq. Üçüncü mərhələdə isə tələbələr üçün şifahi müsahibədə təşkil ediləcək. Növbəti tədris ilindən 1300 tələbə II kursdan etibarən SABAH qruplarında təhsil alacaq. SABAH qruplarında təhsil almaq üçün dövlət ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı özəl ali məktəblərin tələbələri də müraciət edə biləcək. Tədbirdə yeni yaradılmış sabah.edu.az saytı media nümayəndələrinə təqdim olunub, saytda SABAH qruplarına tələbələrin qəbulu qaydaları, seçim şərtləri və digər bu kimi məsələlərlə bağlı ətraflı məlumat verildiyi vurğulanıb. Qeyd edilib ki, SABAH qruplarında təhsil almaq istəyən tələbələrin onlayn qeydiyyatı məhz bu sayt vasitəsilə aparılır.                  Mətbuat konfransında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2014-2015-ci tədris ili üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq istəyən gənclər üçün sənəd qəbulunun başlanılması barədə də məlumat verilib. Bildirilib ki, xarici ölkələrdə təhsil almaq üçün sənəd qəbulu mayın 20-dən avqustun 8-dək elektron qaydada aparılacaq. Müsabiqədə iştirak üçün müraciətlər şəxsən Təhsil Nazirliyinə gələrək və ya sənədləri poçt vasitəsilə nazirliyə göndərərək deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcəkdir. Dövlət Proqramı təqaüdçüləri bakalavr pilləsi üzrə 29, magistratura, doktorantura və rezidentura pillələri üzrə 35 yaşınadək olan Azərbaycan vətəndaşları sırasından seçilir. Mətbuat konfransında media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.    

Mayın 13-də Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində, həmçinin Azərbaycan Texniki Universitetində SABAH qrupları ilə bağlı təqdimat keçirib.

Nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev ilə Tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov SABAH qruplarının yaradılmasının əhəmiyyətini açıqlayıblar. Təqdimatda bildirilib ki, SABAH qrupları müəyyən ixtisas üzrə peşəkar mütəxəssis olmaq istəyən hər bir tələbəyə yeni imkanlar açır. Bu qrupa qəbul olan tələbə oxuduğu ixtisasın ən yüksək səviyyədə tədrisinin təşkil olunduğu ali təhsil müəssisəsinə köçürüləcək. Həmin qruplara da keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs deyəcək. Başqa sözlə, müəyyən ixtisas üzrə ən yaxşı tələbələr və müəllimlər vahid məkana gətiriləcək. SABAH qrupunda təhsil alan tələbələr üçün xüsusi proqram əsasında tədris təşkil ediləcək. Bu zaman ingilis dilinin və əsas fənlərin tədrisinə əhəmiyyətli yer veriləcək. Təhsil müddətində tələbələrin şirkət rəhbərləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslərlə görüşlərinin təşkili də planlaşdırılıb. Bu, SABAH qrupunun tələbələrinin gələcək karyera imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. SABAH qruplarının üstünlükləri tələbələrdə böyük maraq doğurub. Təqdimatda bildirilib ki, SABAH qruplarında təhsil alan tələbələr ödənişli və ya dövlət hesabına oxumasından asılı olmayaraq xüsusi təqaüd alacaqlar. Aztəminatlı tələbələr isə yataqxana və yeməklə təmin olunacaqlar. Təqdimatdan sonra Təhsil Nazirliyinin nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırıblar. Qeyd edək ki, mayın 12-dən iyunun 12-dək www.sabah.edu.az internet saytı vasitəsilə SABAH qruplarına elektron ərizə qəbulu keçirilir. Iyulun 1-dən 15-dək isə 25 məntiq və 25 xarici dil olmaqla 50 sualdan ibarət imtahan mərhələsi olacaq. Bu mərhələləri uğurla başa vuranlar müsahibəyə dəvət olunacaq.  

Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Dövlət Neft Akademiyasında SABAH qruplarının təqdimatı keçirilib.

Təhsil Nazirliyinin nümayəndələri hər iki ali təhsil müəssisəsində tələbələrə, həmçinin professor-müəllim heyətinə SABAH qruplarının yaradılmasının əhəmiyyəti barədə danışıblar.Təqdimatda bildirilib ki, SABAH qrupları öz ixtisası üzrə peşəkar mütəxəssis kimi yetişmək istəyən tələbələrə geniş imkanlar açır. SABAH qruplarına daxil olan tələbələr həm yüksək səviyyəli təhsil almaq şansı qazanacaqlar, həm də təhsil müddətində əlavə təqaüd, yataqxanada pulsuz yerləşdirilmə, qidalanma kimi bir sıra maddi imtiyazlara malik olacaqlar. Dövlət sifarişi ilə və ya ödənişli təhsil almasından asılı olmayaraq, SABAH qruplarında oxuyan bütün tələbələr SABAH təqaüdləri alacaqlar. Sürətlə qloballaşan dünyada müasir baxışlar, yüksək təhsil, bir neçə dil biliyi tələbənin gələcəkdə iş tapmaq, uğurlu karyera qurmaq şansını əhəmiyyətli dərəcədə artırır. Bunu nəzərə alaraq, SABAH qruplarında tələbələrin istəklərinə uyğun çevik tədris proqramı tətbiq olunacaq. Təhsil müddətində xarici ölkə universitetləri ilə mübadilələr, əsas işəgötürənlərlə mütəmadi əlaqələrə böyük önəm veriləcək. SABAH qrupunun məzunu öz ixtisasını ana dili ilə yanaşı, ingilis dilində də mükəmməl biləcək. Qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə göndəriləcək.  SABAH qrupları 33 ali təhsil müəssisəsində yaradılmaqla 52 ixtisası əhatə edəcək. Hər bir ixtisasın SABAH qrupu həmin ixtisas üzrə ən yaxşı göstəricilərə malik ali təhsil müəssisəsində yerləşəcək. Nümunə : “İqtisadiyyat” ixtisası Azərbaycanın paytaxtı və bölgələrini əhatə edən 20 ali təhsil müəssisəsində tədris olunur. Bu ixtisas üzrə baza məktəb kimi Azərbaycan Dövlət İqtisad Universiteti seçilib. “İqtisadiyyat” ixtisası üzrə SABAH qrupuna düşmək üçün seçim mərhələlərinə qatılan ən yaxşı 25 tələbə seçiləcək və Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülərək təhsillərini burda davam etdirəcəklər. Sabah qrupuna tələbələr il ərzində qiymətlərinin orta göstəricisi 61-dən aşağı olmayan I kurs tələbələri arasından seçiləcək. SABAH-a qəbul olmaq istəyən tələbə bunun üçün 3 mərhələdən keçməlidir – iyunun 12-dək www.sabah.edu.az saytında elektron qeydiyyata düşmək, iyulun 1-dən 15-dək 25 məntiq və 25 xarici dil olmaqla 50 sualdan ibarət “SABAH” imtahanı vermək və sonda müsahibədən keçmək. Bu mərhələləri daha yüksək nəticə ilə keçənlər SABAH qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam etdirəcəklər.   SABAH qrupları seçilmiş ixtisasın ən yaxşı tələbələrinin və bu ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin görüşdüyü məkan olacaq  Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, İbtidai sinif müəllimliyi olmaqla 3 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Azərbaycan Dövlət Neft Akademiyasında isə SABAH qrupları neft-qaz mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, elektroenergetika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını əhatə edəcək. SABAH qrupları ali təhsil müəssisəsində yerləşən “SABAH Mərkəzi” vasitəsilə idarə olunacaq. Mərkəzlərin işinə isə birbaşa Təhsil Nazirliyi nəzarət edəcək.

Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşların nəzərinə!

Təhsil naziri Mikayıl Cabbarovun 19 may 2014-cü il tarixində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib. Belə ki, təhsil naziri Mikayıl Cabbarov 26 may 2014-cü il tarixində saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qeyd edək ki, 29, 30 aprel və 1, 2 may 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçmiş vətəndaşlar 26 may 2014-cü il tarixində qəbul ediləcəklər.

Mayın 15-də Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan Dillər Universiteti ilə Bakı Slavyan Universitetinin tələbələrinə SABAH qruplarının təqdimatını keçiriblər.

Təqdimatda qeyd olunub ki, SABAH qruplarına tələbələr Təhsil Nazirliyinin tabeliyindəki və özəl ali təhsil müəssisələrindən seçiləcək. Ümumilikdə ali təhsil müəssisələrində tədris 148 ixtisas üzrə aparılır. SABAH qrupları 52 ixtisası əhatə edəcək. Bu ixtisaslardan ikisi – rus dili və ingilis dili müəllimliyi ixtisasları üzrə SABAH qrupları Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində yaradılacaq. Başqa sözlə, 33 ali təhsil müəssisəsinin hər hansı birində rus dili və ya ingilis dili müəllimliyi ixtisasları üzrə təhsil alan və SABAH qrupuna qəbul olan birinci kurs tələbələri növbəti tədris ilindən təhsilini müvafiq olaraq Dillər Universitetində və ya Bakı Slavyan Universitetində davam etdirəcəklər. Bu zaman onların hamısı SABAH təqaüdü alacaq, aztəminatlı tələbələr yataqxana və qida ilə təmin olunacaq. SABAH qrupuna qəbul olmaq üçün isə iyunun 12-dək www.sabah.edu.az saytında qeydiyyatdan keçmək lazımdır. Ancaq bu zaman 2 şərt irəli sürülür : birinci semestr üzrə ən azı 61 bala malik olmaq və SABAH qruplarına uyğun ixtisasda təhsil almaq. Bu şərtlərə uyğun gələn və elektron qeydiyyatdan keçən tələbələr məntiq və xarici dilə aid suallardan ibarət imtahana dəvət olunacaq. Ən yüksək nəticə göstərənlər SABAH qruplarına qəbul ediləcəklər. SABAH-ın məzunları davamlı peşəkar və akademik karyera üçün zəruri olan fundamental bakalavr təhsilinə, yerli və beynəlxalq əmək bazarında rəqabətədavamlı peşəkarlıq səviyyəsinə malik olacaqlar. Bu isə Azərbaycanın inkişafına töhfə verə biləcək savadlı, bacarıqlı və hazırlıqlı gənc mütəxəssis deməkdir. Sonda Təhsil Nazirliyinin nümayəndələri tələbələrin və müəllim-professor heyətinin çoxsaylı suallarını cavablandırıblar. 

Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzinin 16 gənc rəssamı Norveçdə keçirilən “Geniş ata dünyası” beynəlxalq rəsm sərgisinin mükafatçıları sırasına daxil olub.

Oslo Beynəlxalq Uşaqların Rəsm Muzeyi tərəfindən 16 gənc azərbaycanlı rəssama sərgidəki nailiyyətlərinə görə sertifikat göndərilib və Nizami Uşaq-Gənclər Yaradıcılıq mərkəzinə həmin layihədə fəal iştirakına görə təşəkkür bildirilib. Eyni zamanda keçiriləcək növbəti rəsm sərgisində iştirak etmək üçün təşkilat komitəsi tərəfindən mərkəzə dəvət məktubu gəlib. Qeyd edək ki, Norveçin Oslo şəhərindəki Beynəlxalq Uşaqların Rəsm Muzeyi tərəfindən keçirilən “Geniş ata dünyası” beynəlxalq layihəsində iştirak etmək məqsədilə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzinin “Rəsm” studiyasının 18 yaşadək olan üzvləri bu mövzuda rəsm işləri çəkib və əsərlər Norveçə göndərilib. Bu ilin əvvəlində Beynəlxalq Uşaqların Rəsm Muzeyində “Geniş ata dünyası” mövzusunda dünyanın müxtəlif ölkələrinin uşaqları tərəfindən göndərilmiş rəsm əsərlərinin yekun sərgisi keçirilib. Mütəxəssislərin rəyinə əsasən, Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzinin 16 gənc rəssamı sertifikata layiq görülüb. Gənc rəssamlarımızı təbrik edir və onlardan yeni-yeni uğurlar gözləyirik. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı