• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 19-da Bakıda “Futbol Könüllülərinin Beynəlxalq Forumu” keçirilib.

Forum Təhsil Nazirliyi, AFFA və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə təşkil olunub. Forumun keçirilməsindən məqsəd dünyada könüllülər hərəkatının, xüsusilə, idmanda könüllülərin fəaliyyəti ilə bağlı mövcud vəziyyəti müzakirə etmək, inkişaf tendensiyasını araşdırmaqdan ibarətdir.
Azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak ediblər.
Forumun açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, AFFA-nın baş katibi Elxan Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxş ediblər. İtaliyalı futbolçu, “Yuventus”, “Milan”, “Barselona” klublarında çıxış etmiş, 2006-cı ildə Almaniyada təşkil olunmuş dünya çempionatının qalibi Canluka Zambrotta da fikirlərini bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizin könüllülər hərəkatında 15 ildən çoxdur ki, fəal şəkildə iştirak etdiyini vurğulayıb. Azərbaycan nadir ölkələrdən biridir ki, burada “Könüllülük Fəaliyyəti haqqında” Qanun qəbul edilib və əsas hüquqi tənzimlənmə bu qanunla həyata keçirilir.
Nazir müavini qeyd edib ki, könüllülər hərəkatının əsas mənbəyi yeniyetmələr və gənclərdir. Onlar, əsasən məktəblərin şagirdləri, kollec və ali təhsil müəssisələrinin tələbələridir. Könüllülük proqramının təbliğı çərçivəsində 30 universitet, 10 kollec və 8 qeyri-hökumət təşkilatında 5000-dən çox gəncin iştirakı ilə təqdimatlar keçirilib. Bu təbliğat fəaliyyəti Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub.
Sessiyalarla davam etdirilən forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edib. Çıxışların mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələr olub.
Tədbirdə AFFA-nın prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər qonaqlar da iştirak edib.


10 il əvvəl