SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 17-də Təhsil Nazirliyində respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, münsiflər heyətinin üzvləri, olimpiada qalibləri, rayon təhsil şöbələrinin nümayəndələri iştirak edib.
Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək bildirib ki, istedadlı uşaqların üzə çıxarılmasında, onların daha da yaxşı oxumağa həvəsləndirilməsində, tədris bacarıqları ilə seçilən müəllimlərin müəyyənləşdirilməsində fənn olimpiadaları xüsusi rol oynayır. Məktəblərdə müxtəlif fənnlər üzrə olimpiadalarda iştiraka layiq şagirdlər seçilir və onların hazırlığına nəzarət gücləndirilir. Bütün bunlar olimpiada hərəkatına təkan verir.
Tədbirdə məlumat verilib ki, respublika məktəblilərinin 2013-2014-cü dərs ilində fənn olimpiadaları 3 mərhələdə keçirilib. Rayon (şəhər) mərhələsi üzrə I turun 36 908 nəfər iştirakçısından II tura 6 374 nəfər keçib, onlardan da 849-u yerli münsiflər heyətinin qərarına əsasən respublika mərhələsində iştirak edib. Respublika mərhələsinin nəticələrinə görə, iştirakçıların ümumi sayından 189 nəfəri I-IV yerlərə, o cümlədən 20-si I, 27-si II, 61-i III, 81-i IV yerə layiq görülüb.
Tədbirdə qalib məktəblilər olimpiadaların təhsildə əhəmiyyətindən danışıblar. Belə yarışlar fənnləri daha dərindən mənimsəməyə stimullaşdırır, məktəblilər arasında sağlam rəqabət yaradır. Eyni zamanda olimpiadalar və ümumilikdə, bilik yarışları tədrisin keyfiyyətinin yüksəldilməsinə kömək edir.
Qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl