• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 19-da təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində bu ölkənin təhsil və təlim naziri Fạm Vu Luan ilə görüşüb.

Görüşdə təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Təhsil sahəsində gələcək əlaqələrin möhkəmləndirilməsində bir sıra birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü vurğulanıb və müvafiq əməkdaşlıq müqavilələrinin imzalanması barədə razılıq əldə olunub.
Azərbaycan və Vyetnam arasında təhsil sahəsində  hələ sovetlər dövründən mövcud olan səmərəli münasibətlər haqqında söhbət açılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizdə təhsil almış vyetnamlı tələbələrlin iştirakıyla Bakıda Vyetnam-Azərbaycan dostluğu forumunun keçirilməsi məsələsi müzakirə edilib.
Görüş zamanı həmçinin, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan vyetnamlı tələbələrin sayının artırılması və "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində seçilmiş ali təhsil müəssisələrinin siyahısına Vyetnamın qabaqcıl universitetlərinin də əlavə olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Məktəblilərin Beynəlxalq Kimya Olimpiadasının 2014-cü ildə Vyetnamda, 2015-ci ildə isə Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.


10 il əvvəl