• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 27-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının «Uşaq dünyası» rəsm qalereyasında uşaq yaradıcılıq mərkəzləri dərnək üzvlərinin əl işlərindən ibarət respublika müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

İlk öncə mərasim iştirakçıları uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Uşaqların yaradıcılıq təxəyyülünün məhsulu olan bir-birindən gözəl əl işləri qonaqlar tərəfindən maraqla qarşılanıb. Tədbiri Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov giriş sözü ilə açaraq qonaqları və sərgi iştirakçılarını salamlayıb. A.İbrahimov bildirib ki, müsabiqə 3 nominasiya – dekorativ tətbiqi sənət, dizayn, floristika-nəbatat aləmi üzrə 20 növdə keçirilib. Müsabiqənin 2 mərhələdə (rayon (şəhər), respublika) təşkil olunduğunu söyləyən A.İbrahimov rayon (şəhər) mərhələsində 3 mindən çox məktəblinin iştirak etdiyini nəzərə çatdırıb. Şöbə müdiri deyib ki, müsabiqənin Respublika mərhələsinə 500-ə yaxın əl işi təqdim edilib və münsiflər heyətinin qərarına əsasən onlardan 60-ı qalib elan olunub. O, təqdim olunan əl işlərinin yüksək səviyyədə hazırlandığını vurğulayaraq qalibləri təbrik edib. Təhsil nazirinin müavini Qulu Novruzov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı istiqamətində görülən işlərdən danışıb. Bu müsabiqənin keçirilməsində əsas məqsədin istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərin yaradıcılıq dərnəklərinə daha geniş cəlb olunması, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin aparılması olduğunu deyən Q.Novruzov belə tədbirlərin, eyni zamanda ölkəmizdə istedadlı və bacarıqlı uşaqların aşkarlanmasına imkan yaratdığını söyləyib. Nazir müavini müsabiqənin keçirilməsində əməyi olanlara minnətdarlığını bildirərək qaliblərə müvəffəqiyyətlər arzulayıb, iştirakçıları qarşıdan gələn 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkilləri Qənirə Paşayeva, Sədaqət Vəliyeva, gənclər və idman nazirinin müavini İntiqam Babayev başa vurduğumuz 2012-ci ilin ölkəmiz üçün yaddaqalan hadisələrlə zəngin olduğunu deyərək, bugünkü sərgidə nümayiş olunan əl işlərindən yüksək zövq aldıqlarını söyləyiblər. Çıxış edənlər müsabiqənin Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı uşaqların bir araya gəlməsində, onların tanınmasında mühüm rol oynadığını xüsusi vurğulayıb və məktəblilərə ən xoş arzularını çatdırıblar. Mərasimin sonunda qaliblərə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.

Dekabrın 27-də Təhsil Nazirliyində "Ümumi təhsildə kurikulum islahatı və onun idarəolunması" mövzusunda təlim kurslarının təşkili vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq öncə zala toplaşanları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar 2008-ci ildən başlayaraq müəllimlər üçün kurikulumlar üzrə təlimlərin keçirildiyini diqqətə çatdıran nazir son 5 ildə bu istiqamətdə müəyyən işlərin görüldüyünü, ötən müddət ərzində 73000 müəllimin müvafiq kurslardan keçərək zəruri bilik və bacarıqlara yiyələndiyini söyləyib. Misir Mərdanov bildirib ki, VII-XI siniflərin fənn kurikulumları üzrə dərs aparacaq müəllimlər üçün müvafiq təlim kursları növbəti illərdə də davam etdiriləcəkdir. Təhsil naziri kurikulum islahatının müvəffəqiyyətlə həyata keçirilməsinin və yeni kurikulumların tətbiqinin səmərəli idarə olunmasının müəllimlərlə yanaşı, rəhbər təhsil işçilərinin də müvafiq təlim kurslarından keçməsini zərurətə çevirdiyini deyib, bu məqsədlə 4000 nəfər rəhbər təhsil işçisini əhatə edən "Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması" mövzusunda təlim kurslarına başlandığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, kurslar Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində keçirilmiş tenderdə qalib gələn "Təlim və İnkişaf Mərkəzi" MMC və "Mədəd Azərbaycan" MMC tərəfindən aparılır. Bu işə çox ciddi yanaşılmasının vacibliyini vurğulayan Misir Mərdanov Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi və Azərbaycan Milli Valideyn Müəllim Assosiasiyası tərəfindən təlim kurslarının monitorinqinin aparıldığını, təlimlər başa çatdıqdan sonra monitorinqin nəticələrinə dair arayışların müzakirəyə təqdim olunacağını bildirib. Monitorinq nəticəsində ümumilikdə təlimlərin yüksək qiymətləndirildiyini nəzərə çatdıran nazir eyni zamanda bir sıra problemlərin də aşkarlandığını və bugünkü müşavirənin də məhz onların vaxtında aradan qaldırılması məqsədilə keçirildiyini söyləyib. Təhsil naziri həmin problemlərin bir neçəsini müşavirə iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, təlim keçən təşkilatlar növbəti mərhələlərdə onların həll edilməsinə nail olmalıdırlar. Müşavirədə Bakıdakı 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova, "Zəngi" liseyinin direktoru Bayram Heydərov, 212 nömrəli tam orta məktəbin direktoru Qurban Həsənov, 167 nömrəli tam orta məktəbin direktoru Vaqif Quliyev, 7 nömrəli tam orta məktəbin direktoru Gülnaz Mehdiyeva, "Mədəd Azərbaycan" MMC-nin təlimçisi Bəhruz Mehdiyev, Kurikulum Mərkəzinin əməkdaşı Könül Mahmudova, akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Bəhman Nəbiyev, Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin proqram direktoru Elmina Kazımzadə, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova və başqaları çıxış edərək, təlim kursları ilə bağlı fikirlərini bildirib, müvafiq problemlərin aradan qaldırılması ilə istiqamətində təkliflər irəli sürüblər.

Dekabrın 28-də Təhsil Nazirliyində məktəbdaxili qiymətləndirmə ilə bağlı seminar-müşavirə keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, müvafiq struktur bölmələrin rəhbərləri, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları, dərslik müəllifləri və digər şəxslər iştirak ediblər. Təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayıb və bu müşavirənin çox aktual məsələyə həsr olunduğunu bildirib. Nazir məktəbdaxili qiymətləndirmə ilə bağlı son dövrlərdə nazirlikdə bir neçə tədbirin keçirildiyini və bu məsələnin geniş müzakirə olunduğunu xatırladıb. Sonra Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva təqdimat-məruzə ilə çıxış edib. T.Hacıyeva bildirib ki, 12 oktyabr 2012-ci il tarixində Təhsil Nazirliyində “Məktəbdaxili qiymətləndirmə: problemlər perspektivlər” mövzusunda keçirilən müşavirənin nəticəsi olaraq işçi qrup tərəfindən “Ümumi təhsil məktəblərində qiymətləndirmənin aparılması barədə təlimat” hazırlanıb. Təlimatın ümumi müddəalarını diqqətə çatdıran şöbə müdiri qeyd edib ki, məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ, summativ qiymətləndirmələrdən ibarətdir. T.Hacıyeva formativ qiymətləndirmənin təhsilin yeni məzmunundakı rolu haqqında danışıb, müvafiq qiymətləndirməni həyata keçirən müəllimin nələri bilməsini və riayət etməli olduğu məsələləri diqqətə çatdırıb. Təlim prosesində formativ qiymətləndirmənin tətbiqi zamanı qarşıya çıxan problemlərdən bəhs edən şöbə müdiri bu problemlərin həlli üçün nəzərdə tutulan işləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Təqdimat başa çatdıqdan sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, dərslik müəllifi Nayma Qəhrəmanova, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, Təhsil Nazirliyinin şöbə müdirləri Aydın Əhmədov və Fərzəli Qədirov, Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə, qiymətləndirmə üzrə milli məsləhətçi Nəzakət Mehdiyeva təqdimatla bağlı suallarını, rəy və təkliflərini səsləndiriblər.

Dekabrın 28-də Xalq Təhsili Muzeyinin yaranmasının 80 illik yubileyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasimi keçirilib.

Tədbir iştirakçılarını salamlayan Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova bildirib ki, 1932-ci ildən fəaliyyət göstərən muzeyin əsas məqsədi Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirməkdən, təhsilin bütün pillələrində qazanılmış uğurların təbliğ olunmasından ibarətdir. Muzeyin ekspozisiyasında müxtəlif dövrlərdə maarifin və bütövlükdə təhsilin inkişafı naminə fədakarcasına çalışan görkəmli maarifçilərin, ilk müəllimlərin, pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsini əks etdirən zəngin materialların olduğunu nəzərə çatdıran direktor bütün bunların təhsil tarixinin öyrənilməsi və  təbliği sahəsindəki müstəsna əhəmiyyətindən söhbət açıb. Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji ardıcıllığa uyğun ekspozisiyasının altı salonda yerləşdirildiyini söyləyən L.Bayramova kollektivinin səyi nəticəsində xalq maarifinin inkişafına dair bir çox zəngin materialların da muzey fonduna daxil edildiyini bildirib. Direktor onu da qeyd edib ki, toplanmış hər bir sənəd, material və eksponatlardan pedaqoji fikir tarixi ilə məşğul olan tədqiqatçılar, təhsil və mədəniyyət işçiləri, kütləvi  informasiya vasitələrinin nümayəndələri, kinematoqrafiya işçiləri, eləcə də digər mütəxəssislərin istifadəsi üçün hərtərəfli şərait yaradılır. L.Bayramova Xalq Təhsili Muzeyinin 80 illik yubileyi ərəfəsində muzey əməkdaşlarından 2 nəfərin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, 12 nəfərin isə Fəxri fərmanla təltif edilməsini muzey işçilərinə göstərilən diqqət və qayğının parlaq təcəssümü kimi səciyyələndirib.   Təhsil nazirinin müavini Qulu Novruzov muzeyin kollektivini təbrik edərək Xalq Təhsili Muzeyinin zəngin təhsil tariximizi yaşadan bir qurum olduğunu vurğulayıb. Muzey işinin olduqca əhəmiyyətli və müqəddəs xarakter daşıdığını nəzərə çatdıran nazir müavini tarixi ənənələrin gələcək nəsillərə çatdırılması baxımından Xalq Təhsili Muzeyinin fəaliyyətinin əhəmiyyətinə toxunub. Müstəqillik illərində Azərbaycanın həyatında müşahidə edilən hərtərəfli inkişaf tendensiyasının təhsil sahəsində də özünü qabarıq şəkildə büruzə verdiyini önə çəkən Q.Novruzov bütün bunların Xalq Təhsili Muzeyinin fəaliyyətinin müasir tələblər baxımından qurmağa kömək etdiyini bildirib. Son illərdə Azərbaycanın zəngin təhsil tarixinin araşdırılaraq xalqa çatdırılması istiqamətində görülmüş əhəmiyyətli işlərdən bəhs edən nazir müavini təhsilin tarixi inkişaf yolunun öyrənilməsinin perspektivlərin müəyyənləşdirilməsi baxımından zəruri olduğunu nəzərə çatdırıb. Çıxış edən tanınmış alimlər, görkəmli pedaqoqlar və ziyalılar Xalq Təhsili Muzeyinin yaranmasının 80 illik yubileyi münasibətilə təbriklərini çatdırıb və kollektivə gələcək işlərində uğurlar arzulayıblar.     Daha sonra Xalq Təhsili Muzeyinin yaranmasının 80 illik yubileyi münasibətilə təşkil olunmuş sərgiyə baxış keçirilib.

Yanvarın 8-də Təhsil Nazirliyinin sifarişi əsasında 2012-ci ildə Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının digər sahələrlə yanaşı, təhsil sektorunun da hərtərəfli inkişafına təkan verəcəyini bildirib.  Nazir Təhsil Problemləri İnstitutunda təhsil sahəsi üzrə ictimaiyyəti maraqlandıran müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruriliyini nəzərə çatdırıb. Görülmüş işlərin, həyata keçirilmiş islahatların nəticələrinin qiymətləndirilməsinin əhəmiyyətinə toxunan Misir Mərdanov təhsil sahəsində yeniliklərin tətbiqi prosesinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş tədqiqat mövzuları haqqında məlumat verən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov 2012-ci ildə, əsasən tətbiqi xarakterli mövzuların araşdırıldığını qeyd edib. İnstitut direktoru tədqiqat mövzuları müəyyənləşdirilərkən Təhsil Nazirliyinin müvafiq şöbələrinin və Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin tövsiyələrinin nəzərə alındığını bildirib. Müəyyənləşdirilmiş mövzular üzrə konkret tədqiqatların aparıldığını söyləyən A.Mehrabov xüsusi olaraq ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi, beş yaşlıların məktəb təliminə hazırlanması üzrə işin təşkili, uşaqların məktəbə müsabiqə yolu ilə qəbulu problemləri, yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik komplektlərinin təhlili və təkmilləşdirilməsi, təlim prosesində yeni pedaqoji və İKT texnologiyalarından istifadənin elmi əsasları və təlimin keyfiyyətinə onun təsiri, ümumi təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi (buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, milli qiymətlən­dir­mə və TİMSS, PİRLS beynəlxalq qiymətləndirmə proqramları) nəticə­lərin təhlili, ümumi təhsildə qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin tədqiqi, məsələlərinə önəm verildiyini açıqlayıb. A.Mehrabov, həmçinin tədqiqat mövzularında «Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010)» çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticələrinin təhlili və qiymətləndirilməsi, ilkin peşə-ixtisas təhsili sahəsində peşələr üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və tətbiqi, əlavə təhsilin müasir yanaşmalar əsasında təşkili problemləri, müxtəlif regionlarda qızların ümumi təhsilə cəlb edilməsi sahəsində mövcud olan problemlər, ümumi təhsil müəssisələrində fənlər üzrə tədris yükünün tənzimlən­məsi problemləri, ilkin müəllim hazırlığı üzrə ibtidai təhsil proqramlarının məzmununun mövcud vəziyyəti və yeni fənn kurikulumları baxımından təkmilləşdirilməsi, eləcə də digər bu kimi məsələlərin əhatə edildiyini vurğulayıb və onların mahiyyəti haqqında ətraflı məlumat verib. Sonra Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, Qiymətləndirmənin məzmunu və vasitələri şöbəsinin müdiri Elxan Bəylərov bir sıra tədqiqat mövzuları barədə məlumat verib, əldə olunmuş nəticələri diqqətə çatdırıblar. Təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müəyyənləşdirilməsi ilə bağlı təkliflərini nəzərə çatdırıb və daha dolğun tədqiqatların aparılması üçün digər maliyyə imkanlarından da yararlanmağın səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. Nazir Təhsil Problemləri İnstitutunun Təhsil Nazirliyi ilə birgə elmi seminarlar təşkil etməsinin əhəmiyyətindən bəhs edib, aparılan islahatların təbliği və ictimaiyyətə düzgün çatdırılması işinin əhəmiyyətinə toxunub. Aparılan elmi-tədqiqatların davam etdirilməsinin zəruriliyinə toxunan təhsil naziri əldə olunmuş nəticələrin müzakirə edilməsinin vacibliyini önə çəkib.

Yanvarın 10-da Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub.  Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinin əhəmiyyətini qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə reallaşdırılan tədbirlərin zəruriliyini nəzərə çatdırıb. Cəlilabad Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Vidadi Quliyev bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. V.Quliyev Cəlilabad Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı və digər bu kimi məsələlərdən söz açıb. 2 nömrəli Bakı Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Vidadi Quliyev qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. V.Quliyev 2 nömrəli Bakı Peşə Liseyinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib. Göyçay Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Mövlud Hacıyev təqdimat-məruzəsində liseyin fəaliyyəti, şagirdlərin hazırlıq səviyyəsi, təhsil müəssisəsinin maddi-texniki təminatı haqqında məlumat verib, ümumilikdə akkreditasiyanın nəticələrindən bəhs edib. M.Hacıyev təqdimat-məruzəsində bildirib ki, Göyçay Peşə Liseyinin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə təhsil proqramlarının məzmunu müvafiq normativ sənədlərin və Dövlət Təhsil Standartlarının tə­ləb­lərinə əsasən uyğundur. Neftçala Peşə Məktəbində aparılmış araşdırmaya dair məlumat verən Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, lisey məzunlarının işlə təminatı və digər məsələlərdən danışıb. H.Zərbəliyev Neftçala Peşə Məktəbinin maddi-texniki bazası, təhsilin məzmunu, məktəbdə çalışan mühəndis-pedaqoji heyət haqqında ətraflı məlumat verib və Akkreditasiya Komissiyasının təkliflərini nəzərə çatdırıb. Sonra qeyd olunan peşə məktəbləri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.  Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi, müvafiq ixtisasların akkreditə olunması barədə qərar qəbul edilib.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “1 şagird–1 kompüter” müsabiqəsinə start verilib.

Müsabiqənin təşkil edilməsində əsas məqsəd İKT əsaslı fərdiləşmiş təhsilin formalaşdırılmasından ibarətdir. Qeyd edək ki, müsabiqənin Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri arasında hər il keçirilməsi qərara alınıb. İki mərhələdə təşkil ediləcək müsabiqəyə təqdim olunacaq işlər müvafiq meyarlar üzrə qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqlar.  Azərbaycanın təhsil sistemində ilk təcrübə kimi təşkil edilən müsabiqə ilə bağlı ətraflı məlumatlar www.musabiqe.edu.az saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək istəyənlər fevralın 8-dək layihələrini təqdim edə bilərlər. Müsabiqə çərçivəsində qalib gəlmiş müəllimlərin tədris apardığı bir sinifdəki şagirdlərin hər birinə netbuklar veriləcək.

Yanvarın 12-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey, Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin akkreditasiyasının nəticələri müzakirə olunub.  Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ümumi təhsil müəssisələrinin akkreditasiyasının ilk dəfə aparıldığını qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub. Bakı şəhər 164 nömrəli tam orta məktəbdə aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Bəhram Şiriyev bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. B.Şiriyev 164 nömrəli tam orta məktəbdə tədrisin təşkili, təhsil müəssisəsinin pedaqoji kollektivi və şagird kontingenti, məzunların ali məktəblərə qəbulu, eləcə də digər bu kimi məsələlərdən söz açıb. Quba şəhər 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-lisey üzrə Akkreditasiya Komissiyasının sədri Nizami Əzizov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. N.Əzizov Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fəaliyyəti, pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib. Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey üzrə Akkreditasiya Komissiyasının sədri Qurban Həsənov təqdimat-məruzəsində liseyin fəaliyyəti, şagirdlərin bilik səviyyəsi, təhsil müəssisəsinin maddi-texniki təminatı haqqında məlumat verib, ümumilikdə akkreditasiyanın nəticələrindən söz açıb. Lənkəran şəhər 6 nömrəli məktəb-liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Nizami Novruzov tədris ocağında aparılmış araşdırmaya dair məlumat verib. N.Novruzov liseydə təhsilin səmərəli təşkili baxımından yaradılmış şərait, tədris ocağının maddi-texniki bazası, təhsilin məzmunu, məzunların ali məktəblərə qəbul göstəricilərindən bəhs edib və Akkreditasiya Komissiyasının təkliflərini nəzərə çatdırıb. Sonra qeyd olunan təhsil müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  Təhsil naziri orta ümumi təhsil müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib. İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb və Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin  fəaliyyətinin “yaxşı”, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin fəaliyyətinin isə “kafi” qiymətləndirilməsi, qeyd olunan təhsil müəssisələrinin akkreditə olunması barədə qərar qəbul edilib.

Yanvarın 16-da Təhsil Nazirliyində “Azərbaycanda erqoterapiyanın tədrisi” mövzusunda “Dəyirmi masa” keçirilib.

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının direktoru Qvendolin Berçel erqoterapiyanın tədrisi haqqında məlumat verərək Azərbaycanda bu sahədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən bəhs edib. Görülmüş işlər sayəsində Azərbaycanda erqoterapiya üzrə mütəxəssislərin hazırlandığını bildirən qonaq bu istiqamətdə nəzərdə tutulmuş tədbirləri diqqətə çatdırıb. UAFA təşkilatının meneceri Nuranə Abdullayeva “Erqoterapiya–reabilitasiyadan real həyata körpüdür” mövzusunda təqdimat-məruzə ilə çıxış edib. Erqoterapiyanın xüsusi qayğıya ehtiyacı olan uşaqların (həmçinin böyüklərin) sosial həyatının inkişafına təkan verdiyini vurğulayan N.Abdullayeva bu sahə üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına diqqət yetirilməsinin zəruriliyini bildirib. N.Abdullayeva 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərən UAFA təşkilatının bir sıra ölkələrin müvafiq təcrübəsindən istifadə etməsi və xüsusi qayğıya ehtiyacı olan uşaqların digər həmyaşıdları ilə birgə təhsilinin təşkili işinin təfərrüatları barədə ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Təhsil naziri Misir Mərdanov Azərbaycanda fəaliyyət göstərən internat məktəblərində və uşaq evlərində xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı ilə bağlı əldə olunmuş təcrübədən söhbət açıb. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası və inkluziv təhsil layihəsi çərçivəsində görülmüş işlərin əhəmiyyətinə toxunan nazir UAFA təşkilatının fəaliyyətinə hərtərəfli dəstək veriləcəyini, birgə əməkdaşlığın genişləndiriləcəyini söyləyib. Təhsil Nazirliyinin şöbə müdirləri Aydın Əhmədov, İlham Mustafayev və Fərzəli Qədirov, Təhsil Nazirliyi nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, UAFA təşkilatının əməkdaşı Ülviyyə Mirzəyeva, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova, Bakı Dövlət Universitetinin kafedra müdiri Rəna İbrahimbəyova, 4 nömrəli Respublika xüsusi internat məktəbinin nəzdindəki “Reabilitasiya–inkişaf mərkəzi”nin meneceri Yeganə Məmmədəliyeva və başqaları Azərbaycanda erqoterapiyanın tədrisi barədə fikirlərini bildirib, müvafiq təkliflərlə çıxış ediblər. Təhsil naziri Misir Mərdanov Azərbaycanda erqoterapiyanın tədrisi işinin genişləndirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və Fəaliyyət Planının hazırlanmasının zəruriliyini nəzərə çatdırıb. Nazir bu sahə üzrə ixtisaslı mütəxəssis hazırlığına başlanması üçün konkret tədbirlərin müəyyənləşdirilməsi barədə fikirlərini söyləyib və UAFA təşkilatı ilə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə inandığını bildirib.

Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər edib.

Yanvarın 17-də qonaqlar Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın  məzarlarını, Şəhidlər Xiyabanını və  Türk şəhidliyi abidəsini ziyarət ediblər. Daha sonra səfər çərçivəsində Bakı Dövlət Universitetində görüş keçirilib.  Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətindən, iki ölkənin ali təhsil ocaqlarının mövcud əməkdaşlığından danışıb. Tədbirdə çıxış edən Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya iştirakçıları salamlayaraq, Azərbaycana gəlişindən böyük məmnuniyyət hissi keçirdiyini bildirib. Gökhan Çetinsaya iki olkənin təhsil sahəsindəki səmərəli əlaqələrindən söz açıb və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Sonra təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək Azərbaycanla Türkiyə arasında münasibətlərin getdikcə inkişaf etdiyini, bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyəti olacağını bildirib. Nazir müavini istər tələbə mübadiləsinin səviyyəsinə, istərsə də elmi əməkdaşlığa görə Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi ölkənin məhz Türkiyə olduğunu qeyd edib. Tədbirdə Bakı Dövlət Universiteti ilə Anadolu və Rəcəb Tayyib Ərdoğan universitetləri arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd edək ki, memorandumda tələbə, tədqiqatçı və doktorantların mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım göstərilməsi, birgə simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı nəzərdə tutulur.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı