SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 28-də Təhsil Nazirliyində məktəbdaxili qiymətləndirmə ilə bağlı seminar-müşavirə keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, müvafiq struktur bölmələrin rəhbərləri, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları, dərslik müəllifləri və digər şəxslər iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayıb və bu müşavirənin çox aktual məsələyə həsr olunduğunu bildirib. Nazir məktəbdaxili qiymətləndirmə ilə bağlı son dövrlərdə nazirlikdə bir neçə tədbirin keçirildiyini və bu məsələnin geniş müzakirə olunduğunu xatırladıb.
Sonra Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva təqdimat-məruzə ilə çıxış edib. T.Hacıyeva bildirib ki, 12 oktyabr 2012-ci il tarixində Təhsil Nazirliyində “Məktəbdaxili qiymətləndirmə: problemlər perspektivlər” mövzusunda keçirilən müşavirənin nəticəsi olaraq işçi qrup tərəfindən “Ümumi təhsil məktəblərində qiymətləndirmənin aparılması barədə təlimat” hazırlanıb. Təlimatın ümumi müddəalarını diqqətə çatdıran şöbə müdiri qeyd edib ki, məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ, summativ qiymətləndirmələrdən ibarətdir.
T.Hacıyeva formativ qiymətləndirmənin təhsilin yeni məzmunundakı rolu haqqında danışıb, müvafiq qiymətləndirməni həyata keçirən müəllimin nələri bilməsini və riayət etməli olduğu məsələləri diqqətə çatdırıb. Təlim prosesində formativ qiymətləndirmənin tətbiqi zamanı qarşıya çıxan problemlərdən bəhs edən şöbə müdiri bu problemlərin həlli üçün nəzərdə tutulan işləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Təqdimat başa çatdıqdan sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.
Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, dərslik müəllifi Nayma Qəhrəmanova, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, Təhsil Nazirliyinin şöbə müdirləri Aydın Əhmədov və Fərzəli Qədirov, Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə, qiymətləndirmə üzrə milli məsləhətçi Nəzakət Mehdiyeva təqdimatla bağlı suallarını, rəy və təkliflərini səsləndiriblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl