• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər edib.

Yanvarın 17-də qonaqlar Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın  məzarlarını, Şəhidlər Xiyabanını və  Türk şəhidliyi abidəsini ziyarət ediblər.
Daha sonra səfər çərçivəsində Bakı Dövlət Universitetində görüş keçirilib.  Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətindən, iki ölkənin ali təhsil ocaqlarının mövcud əməkdaşlığından danışıb.
Tədbirdə çıxış edən Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya iştirakçıları salamlayaraq, Azərbaycana gəlişindən böyük məmnuniyyət hissi keçirdiyini bildirib. Gökhan Çetinsaya iki olkənin təhsil sahəsindəki səmərəli əlaqələrindən söz açıb və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Sonra təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək Azərbaycanla Türkiyə arasında münasibətlərin getdikcə inkişaf etdiyini, bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyəti olacağını bildirib. Nazir müavini istər tələbə mübadiləsinin səviyyəsinə, istərsə də elmi əməkdaşlığa görə Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi ölkənin məhz Türkiyə olduğunu qeyd edib.
Tədbirdə Bakı Dövlət Universiteti ilə Anadolu və Rəcəb Tayyib Ərdoğan universitetləri arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd edək ki, memorandumda tələbə, tədqiqatçı və doktorantların mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım göstərilməsi, birgə simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı nəzərdə tutulur.


10 il əvvəl